Siyavuş Novruzov: Azərbaycan Ermənistan tərəfini də bir daha təxribatlara əl atmamağa çağırır
07.04.2016 [10:17]
Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun “Publika.az”-a müsahibəsi:
- Siyavuş müəllim, aprelin 2-də Ermənistan hərbi birləşmələrinin təmas xəttində həyata keçirdiyi təxribatlara Azərbaycan ordusu tərəfindən layiqli cavab verildi. Bu zaman Azərbaycan ordusu öz mövqelərində xeyli irəlilədi. Sizcə, ermənilər bundan özlərinə dərs çıxara biləcəkmi?
- Azərbaycan hər zaman sülhsevər siyasət yürüdüb. Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan olunan zaman da Azərbaycan tərəfi buna əməl edib. Lakin Ermənistan tərəfi mütəmadi olaraq atəşkəsi pozub. Ermənistan nəinki işğal olunan ərazilərimizin, həmçinin digər rayonlarımızın, o cümlədən Naxçıvan Muxtar Respublikasının dinc sakinlərinə qarşı mütəmadi olaraq atəş açır.
Ermənistan hərbçiləri təmas xəttində yaşayan əhalimizə ziyan vurub, çalışıb ki, əhali qorxu içərisində yaşasın. Son hadisələr də onu göstərdi ki, Ermənistan hər gün cəbhə xəttində yaşayan əhaliyə atəş açır, mülki insanları öldürür, evlərə ziyan vurur. Bunun nəticəsi olaraq da aprelin 2-də məlum hadisələr baş verdi. Həmin gün Azərbaycan Ali Baş Komandanının rəhbərliyi altında ordumuz düşmənin hücum və təxribatlarına layiqli və qətiyyətli cavab verib. Ordumuz erməniləri çox pis vəziyyətə salıb. Ermənistan ordusunun onlarla hərbi texnikası, yüzlərlə canlı qüvvəsi məhv edilib. Bununla Azərbaycan ordusu bir daha sübut etdi ki, onun kifayət qədər böyük gücü var, lazımi hərbi texnikaya və təchizata malikdir. Ən əsası isə ordumuzda döyüş ruhu yüksəkdir, Azərbaycan xalqı ilə milli ordusu bir yerdədir. Bütün bunlara baxmayaraq, Azərbaycan Prezidenti və ordusu bir daha sülhsevər tərəf olduğunu dünyaya nümayiş etdirmək üçün birtərəfli qaydada atəşi dayandırmaqla bağlı bəyanat verib. Azərbaycan Ermənistan tərəfini də bir daha təxribatlara əl atmamağa çağırır. Əgər Ermənistan yenə də bu cür təxribatlara əl atacaqsa, artıq bunun nəticələri daha ağır olacaq.
- Qəfil atəşkəsin elan edilməsi gözlənilmirdi. Azərbaycanın döyüşmək qabiliyyətinə malik olan əhalisinin mütləq əksəriyyəti səfərbərlik elan olunması, döyüşmək və torpaqları bütövlüklə azad etmək üçün Ali Baş Komandana müraciətlər edirlər. Yəqin ki, hökumət bu addımı atmaqla hansısa məqamları nəzərə alıb?
- Təbii ki, hökumət ölçüb-biçir, götür-qoy edir, daha sonra addım atır. Burada beynəlxalq təşkilatların çıxaracağı əsas nəticə o oldu ki, “dondurulmuş münaqişə” sülh demək deyil. Yəni “dondurulmuş münaqişə” istənilən an alovlana və ağır nəticələr verə bilər. Eyni zamanda, ATƏT Minsk qrupu həmsədrlərinə tapşırdı ki, artıq bu münaqişəni həll edin. Yenə də təkrar edirəm, Azərbaycan sülh tərəfdarıdır, beynəlxalq hüququn, BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamənin tələblərinin icra edilməsini istəyir. Azərbaycan bir daha dünyaya və Ermənistana çatdırdı ki, baxın, hər bir üstünlüyün bizim tərəfimizdə olmasına baxmayaraq, biz hələ də sülh istəyirik. Son hərbi əməliyyatlarda Azərbaycan ordusu kifayət qədər irəliləmişdi. Lakin beynəlxalq birlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyirsə, o zaman beynəlxalq təşkilatlar bu işlə tez və ciddi məşğul olmalıdır.
- Yəqin ki, yaxın vaxtlarda Dağlıq Qarabağ münaqişəsinin ya sülh, ya da müharibə yolu ilə həll ediləcəyi məlum olacaq?
- Bəli. Biz bu yolun ikisini də göstərdik. İndi hansı yolla həll edilirsə, buna onlar qərar verməlidirlər.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17

