/ / Ölkəmizdə elə proseslər başlanıb ki, bunlar yalnız hüquqi və siyasi sistemimizin güclənməsinə, dövlətimizin maraqlarının qorunmasına xidmət edir
Ölkəmizdə elə proseslər başlanıb ki, bunlar yalnız hüquqi və siyasi sistemimizin güclənməsinə, dövlətimizin maraqlarının qorunmasına xidmət edir
24.04.2020 [11:46]
Asim Mollazadə: Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi dövlətin humanist siyasətinin nümunəsidir
Məlum olduğu kimi, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Bu islahatlar müasir dövrdə ölkəmizdə iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır. Bu mənada, yeni siyasi münasibətlərin, hakimiyyətlə müxalifət partiyaları arasında siyasi dialoqun qurulması da ölkəmizin siyasi sistemində yeni keyfiyyət dəyişikliyi yaratmaqdadır.
Ötən gün Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədova və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərova bəraət verilməsi də ekspertlər tərəfindən hüquqi və siyasi islahatların nümunəsi kimi dəyərləndilir.
Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə ilə söhbətimiz bu məsələlər haqqındadır.
- Asim müəllim, məlumdur ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar siyasi müstəvidə də davam etdirilir. Sizcə, Azərbaycanda siyasi islahatların əhəmiyyəti nədən ibarətdir?
- Ümumiyyətlə, ölkəmizdə Prezident İlham Əliyevin strateji seçimi əsasında çox ciddi islahatlar həyata keçirilir. Bu islahatlar, demək olar ki, ölkənin bütün sahələrini əhatə edir və mahiyyət etibarilə demokratik xarakter daşıyır. Təbii olaraq, həyata keçirilən genişmiqyaslı tədbirlər sırasında ölkədə siyasi islahatlar da başlayıb. Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasında çıxışı zamanı siyasi islahatların, siyasi münasibətlərin inkişafının ölkəmizə böyük fayda gətirəcəyini bildirib. Dövlətimizin başçısı ölkəmizdə fəaliyyət göstərən bütün siyasi qüvvələri Azərbaycanın maraqları uğrunda birgə əməkdaşlığa dəvət edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə 2020-ci ilin sosial-iqtisadi yekunlarına həsr olunan videkonfrans şəklində keçirilən müşavirədəki çıxışında da dövlətimizin başçısı bu məsələlərə geniş şəkildə toxunub. Prezident İlham Əliyev siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulmasının əhəmiyyətini bir daha vurğulayıb. Prezident ölkədə aparılan islahatlardan danışaraq qeyd edib ki, əsas məqsədimiz elə siyasi sistem yaratmaqdır ki, fərqli baxışlardan asılı olmayaraq, hər bir siyasi qüvvə üçün bir amal müqəddəs olsun, o da dövlətçilik, müstəqillik, azadlıq, rifah və inkişafdır.
-Aprelin 23-də Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Bu hadisəni siyasi münasibətlərin inkişafı və milli birliyin gücləndirilməsi kontekstində necə dəyərləndirirsiniz?
- Hesab edirəm ki, ölkə Prezidenti Öz strategiyasında israrlıdır. Bunu son vaxtlar atılan addımlar da göstərir. Bu, Azərbaycanın müasir demokratik dövlət kimi daha da gücləndirilməsistrategiyasıdır.
Əlbəttə ki, dövlət başçısının strategiyasında milli birliyin gücləndirilməsi də mühüm yer tutur. Bu mənada, təbii olaraq mən Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın idarə heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini müsbət addım kimi qiymətləndirirəm. Düşünürəm ki, irəlidə bir sıra digər addımlar da atılacaq ki, bütün bunların məqsədi Azərbaycanı müasir, güclü dövlət kimi inkişaf etdirməkdir.
-Həmin qərar ölkəmizin hüquq sistemində aparılan islahatların nümunəsi kimi necə dəyərləndirilə bilər?
-Bəli, ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar hüquq sistemini də əhatə edir. Bu sahədə islahatlarla bağlı dövlətimizin başçısı mühüm qərarlar verib. Onların sırasında ötən ilin aprel ayında imzalanmış “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin Fərmanını da qeyd etmək olar.
Eyni zamanda, bu yaxınlarda dövlət başçısının qanunvericilik təşəbbüsü ilə parlamentə daxil olmuş bir sıra qanunvericilik aktlarına dəyişikliklər məsələsi müzakirə olundu. Belə ki, Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişiklik edilməsinə dair qanun layihələri məhkəmə-hüquq sistemində islahatlar müstəvisində çox vacibdir. 200-ə yaxın dəyişikliyin nəzərdə tutulduğu qanun layihələri ölkədə cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək məqsədi daşıyır. Təbii ki, bu dəyişikliklər ölkəmizdə hüquq sisteminin təkmilləşdirilməsində mühüm addımdır.
Bütün bunlar, o cümlədən Ali Məhkəmənin Plenumunda Real Partiyasının sədri İlqar Məmmədov və partiyanın İdarə Heyətinin üzvü Rəsul Cəfərov barədə cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi dövlətin humanist siyasətinin nümunəsidir. Mənə elə gəlir ki, ölkədə elə proses başlanıb ki, bunu yalnız yüksək qiymətləndirmək mümkündür və bu proses çoxşaxəlidir. Mən həyata keçirilən bu kimi tədbirləri çox yüksək dəyərləndirirəm və əminəm ki, bütün bunlar ölkəmizin inkişafına, hüquq və siyasi sistemin güclənməsinə, eləcə də dövlətimizin maraqlarına xidmət edir.
- Asim müəllim, müxalifəti təmsil edən Azadlıq Partiyasının sədri Əhməd Orucun ailəsi Prezident İlham Əliyevə təşəkkür məktubu göndərib. Məktubda Əhməd Orucun səhhətindəki problemlər səbəbindən, siyasi baxışlara fərq qoyulmadan onun ailəsinə göstərilən dəstək və qayğıya görə minnətdarlıq ifadə olunur. Bu addımı necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, mən dövlət başçısının Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhətindəki durumla bağlı göstərdiyi dəstəyi, ona və ailəsinə diqqət və qayğısını yüksək qiymətləndirirəm. Bilirsiniz ki, Prezident İlham Əliyevin siyasətində humanizm əsas yerlərdən birini tutur.
Dövlət başçısı tərəfindən davamlı olaraq bu kimi xeyirxah addımlar atılır. Bu mənada, Azadlıq Partiyasının sədri Əhməd Orucun səhhəti ilə bağlı göstərilən qayğı həm onun ailəsi, həm də bütövlükdə cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. Bu, Prezident tərəfindən atılan çox nəcib addımdır.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08
İqtisadiyyat
07 İyul 16:08
YAP xəbərləri
07 İyul 16:06
İqtisadiyyat
07 İyul 16:00
YAP xəbərləri
07 İyul 15:50
İqtisadiyyat
07 İyul 15:45

