Azərbaycan Qazaxıstan üçün Avropaya açılan qapıdır
28.12.2012 [02:06]
Səfir Serik Prımbetov: Azərbaycanla əməkdaşlıq Qazaxıstan üçün hər zaman prioritet təşkil edib
“2012-ci il Qazaxıstan-Azərbaycan əlaqələrində uğurlu bir il kimi yadda qalacaq. Cari il ərzində iki ölkənin dövlət rəsmiləri Bakıya və Astanaya səfərlər ediblər, bu səfərlər çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri geniş şəkildə müzakirə olunub. Bütün bunlar isə Qazaxıstanla Azərbaycan arasında əlaqələrin daha da genişlənməsinə, qarşıdakı illərdə ölkələrimiz arasındakı ticarət dövriyyəsinin daha da artmasına səbəb olacaq”. Bu sözləri Qazaxıstanın Azərbaycandakı səfiri Serik Prımbetov ötən gün keçirdiyi mətbuat konfransında bildirib. Tədbir Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin dövlətin siyasi kursunu əks etdirən “Qazaxıstan-2050” Strategiyasının qəbul edilməsi ilə bağlı dekabrın 14-də xalqa müraciətinə həsr olunub.
Səfirin sözlərinə görə, 1991-ci ilin 16 dekabr tarixində qazax xalqı üçün XX əsrdə ən önəmli siyasi hadisələrdən biri baş verdi. Qazaxıstan dövlət müstəqilliyinə qovuşdu. Məhz, bu tarix, Qazaxıstanın tarixində dönüş nöqtəsinə çevrildi, ölkənin iqtisadi inkişafının əsasını qoydu , onu dünya birliyinin həqiqi üzvünə çevirdi. İndi Qazaxıstan nəinki Asiyanın , eləcə də dünyanın nüfuzlu dövlətlərindən biridir.
Serik Prımbetov qeyd edib ki, keçmiş sovetlər dönəmində Semipalatinsk Nevadadan(ABŞ) sonra, dünyanın sayca ikinci nüvə sınaqlarının keçirildiyi poliqon olub. Müstəqillik əldə etdikdən sonra, prezident Nursultan Nazarbayevin təşəbbüsü və səyləri nəticəsində bu hərbi bazanın bağlanmasına nail olunub. Sonrakı illərdə Qazaxıstanın nüvə sınaqlarının qadağan edilməsi istiqamətində apardığı aktiv fəaliyyət BMT tərəfindən dəstəklənib və 29 avqust tarixi Beynəlxalq nüvə sınaqlarının istifadəsinə qarşı birgə fəaliyyət günü kimi təsdiq edilib.
Qazaxıstanın Türk xalqlarının birliyi istiqamətində aktiv fəaliyyətinə toxunan diplomat, ölkəsinin Türkdilli ölkələrin Parlament Assambleyası və TÜRKSOY-da uğurla təmsil olunduğunu, Astanada Türkdilli ölkələrin Mədəni İrs Muzeyinin yaradıldığını, Türkdilli ölkələrinin dövlət başçılarının ilk zirvə görüşünün Almatıda keçirildiyini xatırladıb.
Azərbaycan-Qazaxıstan əlaqələrinin perspektivləri barədə danışan diplomat, bu əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Azərbaycanla iqtisadi əməkdaşlığın ölkəsi üçün prioritet təşkil etdiyini qeyd edən səfir, 2013-cu ildə Kaşaqan yatağında hasil ediləcək neftin “Bakı -Tbilisi-Ceyhan” neft boru kəməri vasitəsi ilə dünya bazarlarına nəql ediləcəyini bildirib.
“Azərbaycan Qazaxıstan üçün Avropaya açılan bir qapıdır. Odur ki, bu ölkə ilə əməkdaşlıq Qazaxıstan üçün hər zaman prioritet təşkil edib”, – deyə səfir vurğulayıb.
İki ölkə arasında rəsmi səfərlər baxımından 2013-cü ilin çox uğurlu bir il olacağını qeyd edən diplomat, bunların sırasında ilk öncə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana planlaşdırılan səfərini xüsusi vurğulayıb. Ötən il Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana gerçəkləşən rəsmi səfərini xatırladan diplomat, qarşıdakı səfərin buna cavab olduğunu vurğulayıb. Onun sözlərinə görə, səfər çərçivəsində Prezident N.Nazarbayev, həmçinin, Bakıda keçiriləcək Türkdilli ölkələrinin III sammitində də iştirak edəcək. Səfir, hazırda diplomatik kanallar vasitəsilə bu səfərin proqramının hazırlandığını bildirib. O, həmçinin, 2013-cü ilin mayında Bakıda Dünya Dini liderlərinin 10 illik yubileyinin keçiriləcəyini və bu tədbirdə iştirak etmək üçün Qazaxıstan parlamenti Senatının sədri K.Maminin Azərbaycana səfər edəcəyini söyləyib. Bundan əlavə, Bakıda Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın 10-cu yubiley iclası keçiriləcək, eləcə də, xarici işlər naziri Elmar Məmmədyarovun dəvəti ilə onun Qazaxıstandan olan həmkarı Y.İdrisovun Bakıya səfəri də gerçəkləşəcək.
Planlaşdırılan rəsmi səfərlər çərçivəsində ölkələrimiz arasında əməkdaşlığa dair bir sıra sənədlərin imzalanacağını xatırladan diplomat, bunların Azərbaycanla Qazaxıstan arasında ticarət dövriyəsinin artmasına da öz müsbət təsirini göstərəcəyini vurğulayıb.
Səlim Loğmanoğlu
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

