Sabitlik və inkişaf adası...
05.10.2024 [10:13]
Milli güc bütün təhlükələrə və təhdidlərə qarşı müdafiə funksiyasını uğurla yerinə yetirir
Prezident İlham Əliyevin inkişaf strategiyası Azərbaycanda heç bir dövlətdə rast gəlinməyəcək reallıqlar formalaşdırıb
Bir müddət öncəyə qədər “söz dueli”ndən” ibarət olan lokal anlaşılmazlıqlar qlobal kataklizmlərə çevrilir. XXI əsrin ikinci onilliyinin ilk yarısında beynəlxalq aləm mühüm çağırışlarla üzü-üzə qalmaq məcburiyyəti yaşayır. Təəssüf ki, bu çağırışlar təhlükə, faciə və müharibə fonunda inkişaf etməkdədir. İstər Avropada, istərsə də Asiyada baş verənlərin proyeksiyası dünyanın iqtisadi-siyasi həyatına bu və ya digər şəkildə sirayət edir - hər kəsin diqqəti bu qarışdurmaların inkişaf trayektoriyalarını izləməyə kəsilib. Xüsusilə, dünyanın aparıcı coğrafiyaları bu kimi hallarda özünün həssaslıq indeksini gücləndirmək, refleksini artırmaq məcburiyyətində qalır. Yalnız az bir qism bu təhdidlərdən kənarda qala bilir - daxili və xarici siyasətində müstəqil mahiyyəti qorumağı bacaran, milli marağını ön plana çıxaran, sülhü və sabitliyi hədəfləyən və dəstəkləyən, beynəlxalq uzlaşmanın tərəfdarı kimi çıxış edən dövlətlər...
Milli güc amili...
Bu gün siyasi-hərbi qarışıqlığın əsas coğrafiyası Yaxın Şərqdir desək, yanılmarıq. Aylardır davam edən bu və ya digər lokal hərəkətlənmələr dinamizm qazanıb - sirr deyil ki, Yaxın Şərqdə baş verənlər hər kəs üçün maraq kəsb edir və diqqətlə izlənir. Paralel olaraq müharibələrin təsirindən yayınmaq milli güc potensialı “görünməz zireh” kimi özünü aktivləşdirir. Məhz milli güc amili bütün kataklizmlərə, qeyri-sabitliyə, terrora və nəhayət müharibələrə qarşı kontur-arqument kimi çıxış edir.
Azərbaycanı həm regional, həm də qlobal miqyasda fərqləndirən əsas parametrlərdən biri məhz milli güc amilini formalaşdırması, doğru istiqamətləndirməsi, möhkəm özüllər üzərində yaşatmasıdır. Milli gücü yaradan predmetlərə nəzər salaq. Ölkədə:
- İctimai-siyasi sabitlik hökm sürür;
- Cəmiyyət ilə dövlət arasında qarşılıqlı etimad ən yüksək səviyyədədir;
- Xarici siyasət kursu yalnız milli maraqları ehtiva edir;
- İqtisadi inkişaf bütün parametrlər üzrə təmin olunur;
- Sosial təminat ildən-ilə gücləndirilir;
- Dövlət - vətəndaş münasibətlərində müasir uğurlu standartlar məyyənləşdirilir;
- Hərbi güc daha da inkişaf etdirilir;
- Nəhayət, ideoloji əsaslar möhkəmləndirilir.
Bu kriteriyalar ayrı-ayrılıqda dövlətin prioritetləri sayılsa da, bir yerdə milli güc kimi xarakterizə olunur. Və bu gün Azərbaycanda milli güc bütün təhlükələrə və təhdidlərə qarşı müdafiə funksiyasını uğurla yerinə yetirir.
Yaxın coğrafiyalarda yaşananlar...
Bəzən siyasi analitiklər hazırki kataklizmləri müasir qloballaşmanın yaratdığı tendensiya adlandırır və burada bir qanunauyğunluq yaratmağa çalışırlar- burada həqiqət payı olduğu qədər, istisnalar da mövcuddur. Məsələn, 2020-ci il Vətən müharibəsində qələbə qazanan Azərbaycan özünün tarixi “tolerant və sabitlik nümunəsi” prototipinə xəyanət etmədi - əksinə, qələbəmizlə böyük bir regionun yeni inkişaf mərhələsini formalaşdırmağa çalışdıq. Azərbaycan post-müharibə dövründə əməkdaşlıq platformasının geniş və fərqli sivilizasiyalara malik auditoriyaları əhatə etməsi üçün səy göstərdi və bu gün də həmin səylər davam etdirilir. Milli kimlik bağlılığı fonunda Türk dövlətləri ilə, inanc birliyi bağlılığı fonunda müsəlman dünyası ilə, müasir dünya çağırışları fonunda Qərb dünyası ilə bərabərhuqüqlu tərəfdaşlıq elementləri bugünki mənzərəni yaradır:
- Mərkəzi Avropada baş verən müharibə səbəbilə yaranan qütbləşmə Azərbaycana təsir etməyib;
- Yaxın Şərqdə yaşananlar Azərbaycanın “sabitlik adası” tezisini yenidən aktuallaşdırır;
- Bu qədər gərginliyin arasında Azərbaycan yenə də həqiqət, hüquq və ədalət üçün mübarizə aparır - neokolonialist maraqların bloklanması, istismarçı imperialist hərisliklərin tormozlanması, tapdanan və ya bəzi məqamlarda tanınmayan insan hüquqlarının bərpası uğrunda mübarizə aparır.
Bu Azərbaycan reallığıdır - biz yaşadığımız ölkənin real göstəriciləri ilə yerləşdiyimiz bölgədə, bütövlükdə yaxın coğrafiyamızda sabitiliyin və inkişafın nümunəsi kimi çıxış edirik.
Milli birlik simvolu...
Qeyd edilən parametrlərə nail olmaq isə asan deyil - xüsusilə, Cənubi Qafqaz kimi geostrateji bir məkanda yerləşən Azərbaycan üçün bütün “dəngələrin” qorunması olduqca çətindir. Bunun üçün siyasi fəhm, siyasi iradə, siyasi qətiyyət vacib şərt kimi çıxış edir. Qlobal miqyasda hökm sürən mürəkkəb şəraitdə Azərbaycanın öz sabit inkişaf trayektoriyasında inamla irəliləməsi olduqca mühüm bir göstəricidir - həm daxili, həm də beynəlxalq müstəvidə ictimai-siyasi sabitliyin təmin olunması isə birmənalı şəkildə Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir. Bu gün dünyada mühüm amil məhz LİDER amilidir - bəlkə də yaşanan kataklizmlərin bir çoxu məhz bəzi liderlərin populizm dalınca getməsindən, siyasi səriştəsizliyindən doğur. Prezident İlham Əliyevin inkişaf strategiyası isə mühüm təməllərə əsaslanır. Bu gün Azərbaycanda heç bir dövlətdə rast gəlinməyəcək reallıq formalaşıb:
- Ölkədə bütün sosial təbəqələrin nümayəndələri Prezident İlham Əliyevə inanır və etibar edir;
- Siyasi konfiqurasiya sağlam ideoloji tarazlığı özündə əks etdirir - milli maraqlar, dövlət maraqları ön planda tutulur;
- Prezident dövlətin milli birlik simvolu kimi çıxış edir - ölkə başçısının fikirləri, verdiyi vədlər cəmiyyətdə etalon kimi qəbul olunur və onların həyata keçiriləcəyinə heç bir şübhə yeri qalmır. Ən sadə və real misal: 4 il öncə baş vermiş müharibədə əldə olunan qələbənin əsasında dayanan ən əsas məqamlardan biri Prezident İlham Əliyevin ifadə etdiyi “ Biz hər şeyi vaxtında edəcəyik” frazasına dövlətin, xalqın inamı idi - bu inam, artıq üstündən 4 il ötən qələbənin təməl bazası olmaqla yanaşı, gələcək hədəflərimiz üçün də bir işıqdır. Bu günün fonunda həmin hədəflər yeni tarixi bir mərhələ yaradır.
Azərbaycanı fərqləndirən cəhət...
Nəhayət, qarşıdakı perspektivə inam dövlətimizin sabit inkişafının əsas meyarı kimi çıxış edir. “Xalq - hakimiyyət birliyi bütün çətinliklərin öhdəsindən gəlir” tezisi öz real nəticələrini məhz Azərbaycanın misalında təsdiqlədi. Azərbaycandakı mövcud sabit və təhlükəsiz durum xalq - hakimiyyət tandeminin qarşılıqlı şəkildə həm öz vəzifəsini, həm məsuliyyətini yerinə yetirməsindən, həm də inamın sarsılmazlığından irəli gəlir. Bizi dünyanın müasir hərbi çaxnaşmalarından, qarşıdurmalardan qoruyan ən böyük meyar məhz budur: xalq- hakimiyyət birliyinin milli maraqlar ətrafında sıx birləşməsi, dövlətin inkişaf hədəflərinin düz müəyyənləşdirilməsi, strateji inkişaf yolundakı inam və etimad...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

