Əli Əhmədov: Azərbaycanda ən müasir dünyagörüşünə malik olan sağlam gənc nəsil yetişib
15.02.2013 [02:48]
“Yeni Azərbaycan Partiyasının (YAP) gənclərlə bağlı siyasəti onların böyük potensialından ən faydalı şəkildə istifadə etməyə yönəlib. Partiyanın sıralarında olan 200 mindən artıq Azərbaycan gənci bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin reallaşmasına öz töhfəsini, dəstəyini verir. Güman edirəm ki, bu dəstək kifayət qədər yüksəkdir. Azərbaycanda geniş təhsil almış, ən müasir dünyagörüşünə malik olan gənc nəsil yetişib. Onları yüksək vətənpərvərlik, sağlam dünyagörüşü fərqləndirir”.
AzərTAc xəbər verir ki, bu fikirləri YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi gənc siyasətçilər üçün “Qış məktəbi”ndə iştirak edən partiyanın Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov jurnalistlərə müsahibəsində deyib.
Əli Əhmədov bildirib ki, YAP Gənclər Birliyinin ənənəvi olaraq gənclər üçün təşkil etdiyi yay və qış məktəblərində onlar həm istirahət edir, həm də gənclik üçün aktual olan məsələlərlə bağlı müzakirələr aparırlar: “Hesab edirəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət ölkəmizdə gənc nəslin qayğısız böyüməsi üçün lazım olan bütün imkan və şəraiti yaradıb. Azərbaycan gəncliyi təhsil alır, müxtəlif sahələrdə çalışır, dinc və əmin-amanlıq şəraitində rahat yaşayırlar. Onlar, eyni zamanda, istirahət etmək üçün hər cür imkanlara malikdirlər. Gənclərlə görüşümüzdən gəldiyimiz qənaət ondan ibarətdir ki, gənclərin əksəriyyəti qarşıdan gələn prezident seçkilərində birmənalı şəkildə partiyamızın Sədrinin namizədliyini dəstəkləmək niyyətindədirlər. Biz inanırıq ki, YAP gəncləri partiyanın seçki kampaniyasının keçirilməsində də yaxından iştirak edəcəklər. Bu gün çox yüksək keyfiyyətləri, milli mənəvi və bəşəri dəyərləri özündə birləşdirən, müasir dünyagörüşünə malik gənclərimiz formalaşıb. Bu gənclər Azərbaycanın gələcəyidirlər. İnanırıq ki, bu cür gəncliyə sahib ölkənin inkişafı da parlaq olacaq”.
Xəbər lenti
Hamısına baxGündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
YAP xəbərləri
09 İyun 14:03
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55

