Səbail rayonunda Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
26.02.2014 [09:38]
Ölkənin hər yerində olduğu kimi, Bakı şəhərinin Səbail rayonunda da Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir. Səbail rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış Tədbirlər planına uyğun olaraq keçirilən tədbirlər çərçivəsində fevralın 25-də rayonun ali və orta məktəblərində ilk dərslər Xocalı faciəsinə həsr edilib, həmçinin, Dövlət Gənc Tamaşaçılar Teatrında və Badamdar Mədəniyyət evində faciəyə həsr olunmuş tamaşalara ictimai baxış təşkil olunub.
Bundan başqa, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi Səbail rayon şöbəsinin Şəhidlər Xiyabanındakı qərargahında Xocalıdan köçkün düşərək Səbail rayonda məskunlaşmış 26 ailənin nümayəndələri ilə görüş keçirilib. Mərasimdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, məhz xalqımızın Ümummilli lideri Heydər Əliyevin böyük əməyi sayəsində Xocalı faciəsi haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Məhz Onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü ilə əlaqədar istər respublikamızda, istərsə də Azərbaycanın hüdudlarından kənarda tədbirlər keçirilir, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin iç üzü göstərilir.
Natiq, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının, həmçinin, işğal altında olan bütün Azərbaycan torpaqlarının düşməndən azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əmin olduğunu, lazım gələrsə ölkə başçısı, Ali Baş Komandanın əmri ilə silaha sarılaraq müharibə yolu ilə torpaqlarımızın azad olunması üçün bütün qüvvələrin səfərbər ediləcəyini bildirib.
O da qeyd olunub ki, fevralın 26-da rayonun sənaye, təhsil, səhiyyə və s. müəssisələrin kollektivlərinin “Xocalı harayı” abidəsini ziyarəti təşkil ediləcək. Həmin gün rayondakı məscidlərdə Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunacaq, Bibiheybət və İçərişəhər Cümə məscidlərində ehsanlar veriləcək.
Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev və başqaları Xocalının işğaldan azad olunacağı günü səbrsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər.
Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalıdan olan köçkünlərə rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımları göstərilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

