/ / Elmar Məmmədyarov: Ermənistanın işğalçılıq siyasəti Şərq Tərəfdaşlığının yaratdığı çoxtərəfli əməkdaşlıq çərçivəsindən tam istifadəni qeyri-mümkün edir
Elmar Məmmədyarov: Ermənistanın işğalçılıq siyasəti Şərq Tərəfdaşlığının yaratdığı çoxtərəfli əməkdaşlıq çərçivəsindən tam istifadəni qeyri-mümkün edir
24.07.2014 [10:03]
Avropada sabitlik və əmin-amanlıq daha yaxın əməkdaşlığın ilkin şərtləridir. Azərbaycan Avropa ittifaqı ilə ikitərəfli əməkdaşlığa üstünlük verərək Şərq Tərəfdaşlığının təsis olunmasından etibarən çoxtərəfli formatda əməkdaşlıq həyata keçirib. Lakin Azərbaycanın Dağlıq Qarabağ regionu və yeddi ətraf rayonunu əhatə edən ərazilərinin Ermənistan tərəfindən işğalının davam etdirilməsi Şərq Tərəfdaşlığının yaratdığı çoxtərəfli əməkdaşlıq çərçivəsindən tam olaraq istifadəni qeyri-mümkün edir.
AzərTAc xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramına daxil olan ölkələrin xarici işlər nazirlərinin iyulun 22-də Brüsseldə keçirilmiş 5-ci iclasındakı çıxışında söyləyib.
Nazir bildirib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə tam nəzarət edərək mövcud status-kvonu saxlamağa və bu ərazilərdə qanunsuz iqtisadi fəaliyyətlərlə məşğul olaraq fait accompli praktikasını tətbiq etməyə səy göstərir. Bu fəaliyyətlərlə bağlı Avropa İttifaqının sanksiya və digər cəza tədbirlərinə gəlincə, Ermənistana güzəştli rəftar tətbiq olunmamalıdır.
E.Məmmədyarov qeyd edib ki, Şərq Tərəfdaşlığının yaratdığı imkanlarından istifadə edən Azərbaycan ölkənin inkişaf gündəliyi və prioritetləri əsasında Avropa İttifaqı ilə əməkdaşlığı uğurlu şəkildə davam etdirir. Azərbaycan Vilnüs Sammiti Bəyannaməsinin həyata keçirilməsinə fəal dəstək göstərərək Avropa İttifaqının qabaqcıl təcrübələri və standartlarının ölkədə tətbiq edilməsi istiqamətində ciddi səylər göstərib.
Nazir Avropa Komissiyasının sabiq sədri Jose Manuel Barrozunun ötən ay Bakıya səfəri zamanı imzalanmış Azərbaycanın Avropa İttifaqı proqramlarında iştirakı barədə Protokolu ölkənin avrointeqrasiya prosesində önəmli hadisə adlandırıb. O əlavə edib ki, bu çərçivə sənədi Azərbaycanın təsisatları və vətəndaşlarının Avropa İttifaqının təhsil, araşdırma, mədəniyyət, incəsənət, elm və bir sıra digər sahələri əhatə edən proqramlarında iştirakına şərait yaradacaq.
E.Məmmədyarov qeyd edib ki, Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi Azərbaycanın prioritet fəaliyyətlərindən biri də Şuranın üç əsas istiqaməti üzrə digər beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı ilə əməkdaşlıq və birgə fəaliyyətin gücləndirilməsidir.
Azərbaycan xarici siyasət idarəsinin rəhbəri diqqətə çatdırıb ki, 2014-cü ilin noyabrında Bakıda Avropa Şurasının qonşuluq siyasəti üzrə yüksək səviyyəli nazirlər konfransı keçiriləcək. İki qitənin kəsişməsində yerləşən dövlət kimi Avropa və Asiya ölkələri ilə möhkəm tarixi əlaqələrə malik olan Azərbaycan daha təhlükəsiz və sabit qonşuluğun təmin edilməsi istiqamətində Avropanın səylərini dəstəkləmək niyyətindədir. Konfrans gücləndirilmiş siyasi dialoq vasitəsilə qonşuluq siyasəti ilə əhatə olunmuş dövlətlərlə uzunmüddətli əlaqələri araşdırmaq üçün faydalı forum rolunu oynayacaq.
E.Məmmədyarov deyib ki, Avropa İttifaqı-Avropa Şurası əməkdaşlığı çərçivəsində Azərbaycanın sədrlik dövründə təşkil etmək niyyətində olduğu digər mühüm tədbir Avropa Şurası və Avropa Komissiyasının birgə fəaliyyəti olan Avropa irs günlərinin qeyd edilməsidir. Oktyabrın əvvəlində Bakıda keçirilməsi nəzərdə tutulan tədbir “İrs” gününün məqsədlərinə əlavə təkan verəcək və mədəni irsin qorunmasına olan ehtiyac və onun əhəmiyyəti barədə məlumatlandırmanı daha da artıracaq.
“Azərbaycan Avropa İttifaqının enerji sahəsində etibarlı tərəfdaşı olduğunu sübuta yetirib”, - deyən nazir “Cənub” qaz dəhlizinin açılması üzrə davam edən prosesin, eləcə də Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinin, TANAP və Trans-Adriatik boru kəmərlərinin tikintisinin Azərbaycanın Vilnüs Bəyannaməsinin məqsədlərinin həyata keçirilməsinə əsas töhfələr olduğunu bildirib. Nazir bu layihələrin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə yardım göstərəcəyini vurğulayıb. O, Azərbaycanın, eyni zamanda, Xəzər regionu ilə Avropanı birləşdirən potensial qaz nəqli infrastrukturunun yaradılması istiqamətində də səylərini davam etdirdiyini diqqətə çatdırıb.
E.Məmmədyarov deyib ki, hazırda Azərbaycanın Avropa İttifaqına ixrac məhsullarının böyük hissəsini neft və neft məhsulları təşkil etsə də, ixrac məhsullarının çeşidinin artırılması üçün səylər gücləndirilir.
Təhrif olunmuş ticarət əməliyyatları ilə bağlı məyusedici faktların narahatlıq doğurduğunu bildirən nazir deyib ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və ona bitişik digər ərazilərdə Ermənistan tərəfindən istehsal edilmiş məhsullar Dünya Ticarət Təşkilatının malın mənşəyi haqqında qaydalarına zidd olaraq saxta etiketlərlə Avropa İttifaqı bazarlarında satılır. Bu, Ermənistanın aşkar şəkildə Dünya Ticarət Təşkilatı qarşısında olan öhdəliklərini pozması deməkdir. Ermənistan Dünya Ticarət Təşkilatına daxil olarkən quruma üzvlükdən doğan şərtlər və öhdəliklərin, eləcə də Ermənistanın həmin təşkilatın razılaşmaları və bu razılaşmaların müddəalarından irəli gələn öhdəliklərinin yalnız ölkənin BMT tərəfindən tanınan ərazilərinə şamil olunduğunu təsdiq edib. Nazir Şərq Tərəfdaşlığı regionunda buna bənzər hallarla bağlı yaxın zamanlarda qəbul olunmuş tənzimləyici hüquqi çərçivəni xatırladaraq, Avropadan olan tərəfdaşları Ermənistanın bu kimi mənfur addımlarının qarşısını almaq məqsədilə bütün lazımi tədbirlərin görülməsinə çağırıb.
E.Məmmədyarov vurğulayıb ki, Azərbaycanın Avropa İttifaqı ilə dialoqunda ikitərəfli çərçivə prioritet olaraq qalmalıdır. Hər bir Şərq Tərəfdaşı dövlətinin fərqlənməsi, özünəməxsusluğu və inkişaf tempi və islahat gündəliyi olduğuna görə bu yanaşma saxlanılmalıdır.
Avropa İttifaqı-Azərbaycan əlaqələrinin perspektivlərinə toxunan nazir rəsmi Bakının qarşılıqlı maraqlar və ortaq prioritetlər əsasında hüquqi öhdəlik doğuran strateji xarakterli sənəd üzərində çalışmağa hazır olduğunu söyləyib.
E.Məmmədyarov sentyabrın 8-9-da Bakıda Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər və enerji nazirlərinin növbəti görüşünün keçiriləcəyini də iclas iştirakçılarının diqqətinə çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13

