“Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda konfrans
22.11.2014 [12:13]
Noyabrın 21-də Milli Məclisdə “Uşaq Hüquqları Konvensiyasının 25 illiyi: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib.
AzərTAc xəbər verir ki, Milli Məclisin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkil etdiyi konfransda bu sahədə əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr müzakirə edilib.
Tədbir iştirakçıları əvvəlcə Milli Məclisin foyesində Ulu öndər Heydər Əliyevin büstünün qarşısına əklil qoyublar.
Konfransda çıxış edən Milli Məclisin sədr müavini Bahar Muradova Azərbaycanda Uşaq Hüquqları Konvensiyasına uyğun olaraq həyata keçirilən işlərdən, ölkəmizdə uşaq hüquqlarının qorunmasına verilən dövlət dəstəyindən danışıb. Bildirilib ki, bu sahədə Azərbaycan modeli formalaşıb və Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul olunan Dövlət proqramları, həyata keçirilən layihələr, həmçinin qanunvericilik bazası uşaq hüquqlarının qorunmasında əhəmiyyətli rol oynayır.
Azərbaycanın UNICEF-lə uğurla əməkdaşlıq etdiyini vurğulayan Bahar Muradova Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx münasibətlər qurduğunu bildirib.
UNICEF-in Bakıdakı nümayəndəliyinin rəhbəri Andro Şilakadze qeyd edib ki, bu toplantının keçirilməsi Azərbaycan hökuməti və cəmiyyətinin uşaq hüquqlarının qorunmasına və Konvensiyaya verdiyi önəmi sübut edir. O, gələn il Milli Məclisdə UNICEF-in Resurs Mərkəzinin açılacağını diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda dövlət uşaq siyasətinin artıq milli strategiya kimi formalaşdığını bildirib. Qeyd edilib ki, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Dövlət Komitəsinin sədri deyib ki, bu konfrans uşaq hüquqlarının qorunması ilə bağlı məsələlərin müzakirəsi baxımından mühüm önəm kəsb edir.
Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli konfransda uşaqların iştirakının əlamətdar hadisə olduğunu bildirib. O, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşmüş azərbaycanlı uşaqların hüquqlarının pozulduğunu xatırladıb. H.Rəcəbli uşaqlarla bağlı dövlət siyasətinin, xüsusilə qaçqın və məcburi köçkün uşaqların sosial müdafiə hüquqlarının təminatı sisteminin gücləndirilməsi ilə bağlı görülən işləri qeyd edib.
Uşaq hüquqlarının qorunması sahəsində ölkəmizin lider dövlətlərdən birinə çevrildiyini deyən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bildirib ki, Azərbaycan bu sahədə təcrübəsini bölüşməyə hazırdır.
Çıxış edən deputatlar Azərbaycanda Uşaq Hüquqları Konvensiyasının həyata keçirilməsi, həmçinin ölkəmizdə uşaq hüquqlarının qorunması ilə bağlı görülən işlərin yüksək qiymətləndirildiyini söyləyiblər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə mühüm layihələrin reallaşdırıldığı vurğulanıb.
Konfransda çıxış edən uşaqlar onlara göstərilən diqqət və qayğıdan danışıblar, gələcəkdə cəmiyyət üçün layiqli vətəndaş olacaqlarını bildiriblər.
Uşaqların hazırladıqları ədəbi-bədii hissə təqdim edildikdən sonra tədbir iştirakçıları sərgiyə baxıblar. Müxtəlif mövzulara aid rəsm əsərləri böyük maraqla qarşılanıb.
Sonra uşaqlar Milli Məclisin iclas zalı ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

