Biz Xocalıya qayıdacağıq!
25.02.2015 [00:57]
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar olaraq Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, yerli icra hakimiyyəti orqanları, mülki təşkilatlar, idarə və müəssisələrin kollektivləri ilə nazirliyin birgə tədbirlər təşkil etməsi artıq ənənə halını alıb.
Fevralın 24-də Müdafiə Nazirliyinin dəstəyi ilə Bakıxanov qəsəbəsindəki “Kaspi” Liseyində bu təhsil müəssisəsinin “Milli yaddaş” layihəsi çərçivəsində “Biz Xocalıya qayıdacağıq!” devizi altında xatirə mərasimi keçirilib.
Əvvəlcə mərasim iştirakçıları “Xocalı faciəsi şagirdlərin gözü ilə” mövzusunda rəsm işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirdə “Kaspi” Təhsil Şirkətinin və “Kaspi” qəzetinin təsisçisi Sona Vəliyeva Azərbaycan xalqının tarixində ən dəhşətli faciələrdən olan Xocalı soyqırımı barədə geniş çıxış edib və böyük əminliklə bildirib ki, işğal altında olan torpaqlarımız, eləcə də yerlə-yeksan edilmiş Xocalı şəhəri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində tezliklə azad ediləcək, bayrağımız Xankəndi, Şuşa, Laçın və yolumuzu gözləyən digər əzəli və əbədi yurd yerlərimizdə dalğalanacaqdır.
Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani, Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, istefada olan general-mayor Dadaş Rzayev, Silahlı Qüvvələrin zabiti, mayor Ramil Səfərov, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və başqaları dünya xalqlarının gec-tez Xocalının harayına səs verəcəklərinə, bu dəhşətli soyqırımını törədənlərin tezliklə beynəlxalq müttəhimlər kürsüsünə çıxarılacaqlarına inamlarını ifadə ediblər.
Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupunun, solistlərin, incəsənət ustalarının və Liseyin bədii özfəaliyyət kollektivlərinin iştirakı ilə ədəbi-bədii kompozisiya, videosüjetlər, Azərbaycan Hərb Tarixi Muzeyinin layihəsi olan “Briqada, irəli!” qəhrəmanlıq balladası təqdim edilib.
“Kaspi” Liseyinin direktoru Tural Əliyev Xocalı faciəsinin ildönümü ərəfəsində təşkil olunan tədbirin şagirdlərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini qeyd edib və bundan sonra da Müdafiə Nazirliyi ilə birgə silsilə tədbirlər keçirəcəklərini vurğulayıb.
Xəbər lenti
Hamısına baxSosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17

