/ / Türkiyənin baş konsulu Mingəçevirdə birinci Avropa Oyunları ilə əlaqədar görülən işlərlə tanış olub
Türkiyənin baş konsulu Mingəçevirdə birinci Avropa Oyunları ilə əlaqədar görülən işlərlə tanış olub
10.04.2015 [09:59]
Türkiyənin Gəncə şəhərindəki baş konsulu Orhan İşık birinci Avropa Oyunlarına hazırlıq işləri ilə tanış olmaq üçün aprelin 9-da Mingəçevirə səfər edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə qardaş ölkənin baş konsulu şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşüb. Görüş zamanı qonağa şəhərin iqtisadi vəziyyəti, sosial və mədəni həyatı barədə ətraflı məlumat verilib. Bildirilib ki, hazırda Mingəçevir şəhəri “Bakı-2015” Avropa Oyunlarının avarçəkmə yarışlarına hazırlaşır. Şəhərin bu mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi üçün mühüm işlər görülür.
Görüşdə tərəflər arasında bir sıra sahələrdə fikir mübadiləsi aparılıb.
Baş konsul Orhan İşık “Kür” Olimpiya Tədris-İdman Mərkəzində, idmançıların və qonaqların yerləşəcəyi Olimpiya kəndində, mərkəzi şəhər xəstəxanasında yaradılan şəraitlə maraqlanıb, Heydər Əliyev Mərkəzi, Gənclər Evi, “Sahil” parkı, eləcə də şəhərin digər görməli yerləri ilə tanış olub.
Azərbaycanın bir çox bölgələrinə səfər etdiyini deyən O.İşık Mingəçevirə gəlişinin tanışlıq məqsədi daşıdığını vurğulayıb. O, Mingəçevirin geniş potensiala malik olması barədə çox eşitdiyini və bütün bunların canlı şahidi olduğunu diqqətə çatdırıb, görülən işləri yüksək qiymətləndirib.
O.İşık Mingəçevirdə böyük layihələrin həyata keçirilməsinin təqdirəlayiq hal olduğunu qeyd edib: “Əsaslı təmirdən sonra bu günlərdə istifadəyə verilən Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında yaradılan yüksək şərait məni heyran etdi. Bölgədəki bu xəstəxana müasirliyinə görə paytaxt xəstəxanalarından heç də geri qalmır. Burada müasir tibbi avadanlıqlar quraşdırılıb. Türkiyənin avarçəkmə üzrə yığma komandası Avropa Oyunlarında iştirak etmək üçün Mingəçevirə gələcək. Çox şadam ki, ölkəmin idmançıları belə müasir infrastruktura malik olan bir şəhərdə yarışacaqlar. Oyunlara hazırlıq işlərinin yüksək səviyyədə aparılmasının şahidi oldum və ümid edirəm ki, yarış iştirakçıları onlar üçün yaradılan şəraitdən razı qalacaqlar. Buradakı yaşıllıqlar, parklar, təmiz hava, insanların qonaqpərvərliyi, səliqə-sahman, müasir binalar məndə xoş təəssürat yaratdı”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

