Musa Quliyev: İlk Avropa Oyunları həm Avropa, həm də Azərbaycan üçün əhəmiyyətlidir
02.05.2015 [09:28]
“İlk Avropa Oyunları həm Avropa, həm də Azərbaycan üçün əhəmiyyətlidir. Avropa üçün ona görə əhəmiyyətlidir ki, artıq yeni bir Olimpiya Oyunları səviyyəsində idman yarışı təşkil olunub. Qısa müddətdə, iki il yarım ərzində Azərbaycan belə bir işin öhdəsindən gəldi. Hansı ki, başqa dövlətlər bunu 6-7 il ərzində edirlər”. Bu fikirləri Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, bu müddət ərzində ölkəmiz bütün idman infrastrukturunu hazırlaya bilib. İdmanın dostluq, həmrəylik bayramı olduğunu deyən millət vəkilinin sözlərinə görə, bu hadisənin Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, ölkəmiz Avropa xalqlarına, eləcə də, bütün dünyaya özünü təqdim etmək imkanı qazanır.
“Bu tədbir çərçivəsində Azərbaycana təkcə idmançılar gəlməyəcək, tamaşaçılar, turistlər gələcək, Azərbaycanın təbiəti, mədəniyyəti, bütövlükdə inkişafı ilə, insanlarımızın milli-mənəvi xüsusiyyətləri ilə tanış olacaqlar, xalqımızın qonaqpərvərliyinin şahidi olacaqlar. Digər tərəfdən, xarici qonaqlar yeni bir turist məkanı ilə tanış olacaqlar. Belə olan təqdirdə sonrakı illərdə də istirahət üçün ölkəmizi seçəcəklər. Bu da turizmin inkişafına təkan verəcək, iqtisadi dividendlər əldə olunacaq. Ümumilikdə, Azərbaycan cəmiyyəti özünü dünyaya nümayiş etdirəcək. Bir daha dünya xalqları görəcək ki, Azərbaycan hüquqi, demokratik bir dövlətdir. Burada tolerantlıq hökm sürür, multikulturalizm ənənələri var. Anlaşılacaq ki, Azərbaycan xalqı bədxahlarımızın dünyaya göstərmək istədiyi kimi xalq deyil. Eyni zamanda, erməni lobbisi ölkəmizi nüfuzdan salmaq üçün müxtəlif kampaniyalar aparır. İlk Avropa Oyunlarını izləməyə gələn qonaqlar isə görəcək ki, Azərbaycan iqtisadi cəhətdən Ermənistandan qat-qat yüksəkdir, tolerantdır, sivil dövlətdir. Ermənilərin yalanları bir daha ifşa olunacaq”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
M.Quliyevin fikrincə, bu tədbir vasitəsilə Azərbaycan özünü dünyaya idman ölkəsi kimi təqdim edəcək: “Gələn il ölkəmizdə şahmat üzrə Dünya Olimpiadası, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları keçiriləcək. Bununla da, Azərbaycan beynəlxalq nüfuzunu daha da artıracaq, iqtisadi və turizm dividendləri əldə edəcək. Bu hadisə İlk Avropa Oyunları kimi tarixə düşəcək və ilk növbədə, Azərbaycan xatırlanacaq. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi ilk Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə həyata keçirir. Düşünürəm ki, bu Oyunlarda məğlub olmayacaq. Hamı qalib gələcək. Ən əsası, Azərbaycan həqiqətləri qalib gələcək”.
NARDAR
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

