/ / Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Press Association və Associated Press agentliklərinin rəhbərləri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov Press Association və Associated Press agentliklərinin rəhbərləri ilə görüşüb
15.05.2015 [10:06]
Mayın 14-də Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC-ın dəvəti ilə Bakıda səfərdə olan Böyük Britaniyanın Press Association xəbər agentliyinin baş icraçı direktoru, Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşal və ABŞ-ın Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Prezidentin köməkçisi Əli Həsənov qonaqlara Azərbaycanda söz və məlumat azadlığının vəziyyəti, kütləvi informasiya vasitələrinin fəaliyyəti, onların inkişafına dövlət dəstəyi barədə ətraflı məlumat verib. Əli Həsənov Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıqla bağlı görülən işlər barədə danışaraq, “Bakı-2015”-in rəsmi informasiya agentliyi olan AZƏRTAC-ın tərəfdaşları - Associated Press və Press Association agentlikləri tərəfindən də bu idman tədbirinin geniş işıqlandırılacağına əminliyini vurğulayıb. Əli Həsənov 2016-cı ildə AZƏRTAC-ın sədrliyi ilə Bakıda keçiriləcək V Dünya Xəbər Agentlikləri Konqresinin, habelə Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatının Baş Assambleyasının yüksək səviyyədə təşkil olunması üçün Azərbaycan hökuməti tərəfindən bütün lazımi tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.
Avropa Xəbər Agentlikləri Alyansının prezidenti Klayv Marşal qeyd edib ki, bu ilin martında Bakıda keçirilmiş Dünya Xəbər Agentlikləri Şurasının iclasında Avropa Oyunlarının işıqlandırılması və Dünya Xəbər Agentlikləri Konqresinə hazırlıq məsələləri ətrafında geniş müzakirələr aparılıb. O, həm AZƏRTAC-ın, həm də Azərbaycanın dostları kimi medianın inkişafı, onun problemlərinin həlli və peşəkarlığın yüksəldilməsi ilə bağlı lazımi dəstəyi göstərməyə hazır olduqlarını söyləyib.
Associated Press agentliyinin vitse-prezidenti Con Danişevski xəbər agentliklərinin təmsilçiləri kimi Azərbaycanda medianın inkişafına və Dünya Xəbər Agentlikləri Konqresinin uğurla keçməsinə kömək göstərəcəklərini diqqətə çatdırıb, bu məsələlərlə bağlı fikirlərini bölüşüb.
Görüş zamanı mətbuat azadlığının, plüralizmin inkişaf etdirilməsi, medianın müstəqilliyinin gücləndirilməsi, dünyada mövcud olan müasir standartların tətbiqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Qonaqlar səmimi görüşə görə Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova minnətdarlıqlarını bildiriblər.
Görüşdə AZƏRTAC-ın baş direktoru Aslan Aslanov iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

