/ / Aydın Hüseynov: Birinci Avropa Oyunları təkcə Azərbaycan deyil, həm də dünya səviyyəsində möhtəşəm bir hadisədir
Aydın Hüseynov: Birinci Avropa Oyunları təkcə Azərbaycan deyil, həm də dünya səviyyəsində möhtəşəm bir hadisədir
20.05.2015 [09:52]
“Avropa Oyunları tarixdə ilk dəfə keçirildiyi üçün ona maraq çox böyükdür. Digər tərəfdən isə, hər hansı böyük yarışlar keçirilirsə, təbii ki, burada iqtisadi mənfəət də olur. Əgər belə olmasaydı, o zaman ölkələr Olimpiya Oyunlarının, müxtəlif tədbirlərin öz ölkələrində təşkil olunmasına bu qədər maraq göstərməzdilər. Azərbaycan kimi dünyanın digər aparıcı ölkələri də Avropa və Yay Olimpiya Oyunlarına, futbol çempionatlarına və sairə bu cür tədbirlərə ev sahibliyi etmək istəyirlər. Bu cür böyük tədbirlər üçün hansı ölkə ev sahibliyi etmək şansı qazanırsa, bu, həmin ölkələrin ən yüksək uğurlarından olur”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, Avropa Oyunları tarixdə ilk dəfə keçirildiyi üçün belə bir nümunə olmayıb. Onun sözlərinə görə, Azərbaycan artıq dünyaya yeni bir nümunə və standart təqdim edir.
“Birinci Avropa Oyunları təkcə Azərbaycanda deyil, həm də dünya səviyyəsində möhtəşəm bir hadisədir. Bu Oyunlar təkcə Azərbaycanın deyil, həm də Avropa ölkələrinin marağı çərçivəsindədir. Bu, Azərbaycanın dünyada artan imicinə müsbət təsir edəcək. Azərbaycan ilk Avropa Oyunlarına hazırlıq işini Oyunların başlamasına bir aya yaxın vaxt qalmış uğurla yekunlaşdırıb. Artıq bir çox ölkələr ilk Avropa Oyunlarında ən güclü heyətlə iştirak edəcəklərini bəyan ediblər. Həmin ölkələrin rəhbər şəxsləri də ilk Avropa Oyunlarının tarixi əhəmiyyətini və möhtəşəmliyini dəfələrlə bildiriblər. Təbii ki, bütün bunlar bizi çox sevindirir. Birinci Avropa Oyunlarının Bakıda keçirilməsindən narahat olan bəzi qruplar isə bizi istəməyən qüvvələrdir. Onlar elə başa düşürdülər ki, Azərbaycan bu yarışlara hazır ola bilməyəcək, Bakı bu yarışlara hazırlığı bitirə bilməyəcək. Çünki bu müddət az idi. Ancaq onlar gördülər ki, artıq Bakı ilk Avropa Oyunlarına tamamilə hazırdır, bu vaxt narahat olmağa başladılar. Ancaq ilk Avropa Oyunlarına qarşı həyata keçirilən müxtəlif kampaniyalar bizi yolumuzdan qətiyyən çəkindirə bilməz. Əgər kimsə birinci Avropa Oyunlarının timsalında idmana qarşı çıxırsa, deməli, onun ruhu sağlam deyil, o, xəstədir”, - deyə YAP Siyasi Şurasının üzvü vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

