Cüzeppe Marra: AZƏRTAC ilə tərəfdaşlıq əlaqələri qurmaqdan çox məmnun olardıq
17.06.2015 [10:37]
İtaliyanın ən önəmli özəl media qurumlarından biri olan “Adnkronos” xəbər agentliyinin prezidenti Cüzeppe Marra AZƏRTAC-ın xüsusi müxbirinə müsahibə verib. Müsahibəni təqdim edirik.
- Əvvəlcə, uğurlu karyeranızda atdığınız ilk addımlar barədə məlumat verməyinizi xahiş edirik.
- Mətbuata hər zaman marağım olub. Hələ beş yaşımda olarkən nəşriyyatçı kimi çalışan dayımın çap maşını ilə oynamağı xoşlayırdım. Məktəbi bitirdikdən sonra Romaya köçdüm və bir sıra qəzetlər üçün çalışmağa başladım. O vaxtdan indiyədək keçən dövrdə müvafiq sahədə uğurlar qazanmışam. Bu gün mən İtaliyanın ən önəmli özəl media şirkətlərindən birinə rəhbərlik edirəm. Biz fəaliyyətimizə xəbər agentliyi olaraq başladıq. Hazırda media və kommunikasiya sahəsində çoxşaxəli bir qurum kimi fəaliyyət göstəririk. Şirkətimizin fəaliyyətini yeni minilliyin tələblərinə uyğun olaraq qurmağa çalışırıq. Hesab edirəm ki, nəşriyyatçıların və jurnalistlərin bacarıqlarına söykənən gələcək media dünyasının önəmini anlamaq vacibdir. Çünki texnologiya informasiyanın və ya etik dəyərlərin keyfiyyətini, etibarlılığını heç vaxt əvəz edə bilməz. Bu prinsiplər işimizin əsasını təşkil edir.
- “Adnkronos”un yaranma tarixi və hazırkı fəaliyyəti barədə nə deyə bilərsiniz?
- 1963-cü ildə təsis olunmuş bu qurum “Adn” və “Kronos” agentliklərinin birləşməsi nəticəsində yaranıb. “Adnkronos” bu gün İtaliyada ən önəmli özəl xəbər agentliyidir. Romada baş idarəmiz, İtaliyanın digər bölgələrində isə şöbələrimiz fəaliyyət göstərir. Gün ərzində təxminən 2 min 200 xəbər hazırlayırıq. İllər keçdikcə qurumun fəaliyyəti çərçivəsində kommunikasiya, məşğulluq, səhiyyə, ətraf mühit və mədəniyyət sahələrini əhatə edən spesifik strukturlarımız yarandı. Fəaliyyət dairəmizi bu cür genişləndirməyimiz həm milli, həm də beynəlxalq informasiya bazarının tələblərinə uyğunlaşmaqda bizə kömək edir. “Adnkronos”un ixtisaslaşdırılmış sahələrindən biri də beynəlxalq xəbərlərin istehsalı ilə məşğul olan “Adnkronos International” (AKI) agentliyidir. Qurum italyan, ingilis və ərəb dillərində xəbərlər yaymaqdadır.
- AZƏRTAC-ın geniş beynəlxalq əlaqələri var, mötəbər informasiya alyanslarında nüfuz sahibidir. O, bir sıra ölkələrin aparıcı media qurumları ilə uğurla əməkdaşlıq edir. “Adnkronos” ilə tərəfdaşlığın qurulması bu istiqamətdə növbəti addım ola bilər. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
- AZƏRTAC-ın tarixi və agentliyinizin Azərbaycanın media sahəsinə verdiyi töhfələr, gördüyü dəyərli işlər barədə məlumatlıyıq. Eyni zamanda, Azərbaycanın önəmli iqtisadi tərəqqi mərhələsində olduğunu da bilirik. Bu baxımdan AZƏRTAC-ın jurnalistlərinin üzərinə bütün bu inkişafı, əldə edilən uğurları dolğun şəkildə təqdim etmək öhdəliyi düşür. Əsas istəyimiz keyfiyyətli xəbər istehsalı ilə məşğul olan AZƏRTAC ilə tərəfdaşlıq əlaqələri qurmaqdır.
“Adnkronos” bir sıra önəmli beynəlxalq media qurumları ilə əməkdaşlıq edir. Bu sırada “Washington Post” qəzeti, “DPA” (Almaniya), “Sinxua” (Çin), “JİJİ Press” (Yaponiya) və digər xəbər agentliklərini qeyd etmək olar. Bu kontekstdə AZƏRTAC ilə də tərəfdaşlıq əlaqələri qurmaqdan çox məmnun olardıq. Çünki bu əlaqələr bizə ölkələrimiz haqqında reallıqları çatdırmaq, xəbərlərimizi, foto və videolarımızı paylaşmaq imkanı verəcək. Zənnimcə, əməkdaşlığımızı genişləndirmək üçün bütün mümkün vasitələri nəzərdən keçirmək olar.
- İtaliyalı jurnalistlər son illər Azərbaycana daha böyük maraq göstərirlər. Sizin fikrinizcə, ölkəmizin İtaliya mətbuatı üçün cəlbedici bir məkana çevrilməsinə təsir göstərən amillər hansılardır?
- Daha əvvəl də qeyd etdiyim kimi, Azərbaycan son illər köklü tərəqqi dövrü yaşayır. İqtisadi tərəqqi ilə yanaşı, mədəni və sosial sahələrin inkişafı da heyranedicidir. Bu baxımdan Azərbaycan ilə daha yaxın əlaqələr qurmağa böyük maraq göstəririk. Bu, ölkənizdəki dinamik inkişaf barədə daha çox məlumat əldə etmək və Azərbaycanda fəaliyyət göstərmək arzusunda olan İtaliya şirkətləri üçün hansı imkanların mövcud olduğunu analiz etmək baxımından da vacibdir. İtaliya Azərbaycan, bu ölkənin mədəniyyəti, malik olduğu potensial ilə, gələcəkdə görəcəyi işlərlə maraqlanır. Digər tərəfdən, Azərbaycan strateji baxımdan önəmli məkanda yerləşir. Bu da ölkənizə olan marağın əsas səbəblərindən biridir.
Xəbər lenti
Hamısına baxDünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30

