Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 22 saylı Nəsimi ikinci seçki dairəsi Dairə Seçki Komissiyasında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb

22 saylı Nəsimi ikinci seçki dairəsi Dairə Seçki Komissiyasında seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlanılıb

25.08.2015 [10:11]

Avqustun 24-də Azərbaycan Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”na əsasən aşağı seçki komissiyalarının üzvlərinin maarifləndirilməsi məqsədilə bütün respublikanı əhatə edən irimiqyaslı layihənin ikinci mərhələsi çərçivəsində 22 saylı Nəsimi ikinci seçki dairəsi Dairə Seçki Komissiyasında aşağı seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar keçirilir.
Avqustun 26-dək davam edəcək kursların məqsədi seçki komissiyalarının üzvlərinin Milli Məclisə seçkilərlə bağlı müxtəlif istiqamətlərdə maarifləndirilməsi ilə əlaqədar seçki hüququ üzrə ixtisaslaşdırılmasıdır.
22 saylı Nəsimi ikinci seçki dairəsi Dairə Seçki Komissiyasının sədri Vaqif Qasımov AZƏRTAC-a bildirib ki, kurslarda seçki dairəsinin 28 seçki məntəqəsinin üzvləri iştirak edirlər. İştirakçılara qarşıdan gələn parlament seçkilərinə hazırlıq, seçici siyahılarının təkmilləşdirilməsi, toplanan imzaların dəqiq yoxlanılması, səsvermə günü görüləcək işlər, vəzifələrin qüsursuz icra olunması və digər prosedurlarla bağlı məlumat verilir.
O qeyd edib ki, 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə 38 min 160 seçici qeydə alınıb. Onlardan 180 nəfəri 18 yaşı yeni tamam olan, 2 nəfəri isə 100 yaşdan yuxarı vətəndaşlardır. 22 saylı Nəsimi ikinci seçki dairəsindəki 10 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

 
Paylaş:
Baxılıb: 576 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31