Səlim Müslümov: Azərbaycanın əmək və məşğulluq siyasəti G20 qrupu tərəfindən maraqla qarşılanıb
05.09.2015 [11:12]
Türkiyə Respublikasının sədrliyi ilə fəaliyyət göstərən G20 qrupuna üzv olan və dəvət edilən ölkələrin əmək və məşğulluq nazirlərinin iki günlük toplantısı sentyabrın 4-də Ankara Bəyannaməsinin qəbul edilməsi ilə başa çatıb.
Azərbaycanın G20 qrupunda xüsusi statuslu qonaq kimi iştirak etməsinin ölkəmiz üçün böyük əhəmiyyət daşıdığına diqqət çəkən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov AZƏRTAC-a müsahibəsində bildirib ki, G20 qrupunda təmsilçilik Azərbaycana ilk növbədə təcrübə mübadiləsi üçün geniş şərait yaradır. Bu toplantıda dünya əmək bazarının, əhali məşğulluğunun, işçı qüvvəsinin formalaşması və sərbəst hərəkəti, sosial müdafiənin təşkilindəki mövcud problemlər və onların həll yolları müzakirə olundu. Məşğulluq proqramları, əmək şəraitinin yaxşılaşdırılması və əmək gəlirlərinin artırılması məsələləri toplantının qəbul etdiyi Ankara Bəyannaməsində öz əksini tapdı.
Müzakirələrin əsasən üç məsələ ətrafında getdiyini qeyd edən nazir deyib: “Mövzulardan birincisi heç bir fərq qoymadan işçi qüvvəsinin sərbəst yerdəyişməsi, hər yerdə işçilərin maneəsiz iş yerlərinə sahib olmasına şəraitin yaradılması, ikincisi, işçi qüvvəsinə sərmayələrin qoyulması, yəni insanların ümumi və peşə təhsilinin yüksəldilməsi və birbaşa iş yerlərinə yönəldilməsi, sonuncu isə bu məsələlərin real icra mexanizmlərinin müəyyənləşdirilməsi idi. Bu istiqamətlərdə Azərbaycanın əldə etdiyi təcrübə və real nəticələr, o cümlədən, perspektivdə olan müştərək layihələr iştirakçılar tərəfindən maraqla qarşılandı”.
Xatırladaq ki, Türkiyənin sədrliyi ilə G20 qrupunun ayrı-ayrı sahələri əhatə edən toplantıları G20-nin dövlət başçılarının bu ilin noyabrında Antalya şəhərində keçirilməsi nəzərdə tutulan Zirvə görüşünə hazırlıq məqsədi daşıyır.
Türkiyədən sonra G20-yə Çin Xalq Respublikası sədrlik edəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

