/ / Türkiyə Respublikasının İzmit bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olub
Türkiyə Respublikasının İzmit bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olub
18.09.2015 [10:04]
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının İzmit bələdiyyəsinin nümayəndə heyəti Nəsimi rayon İcra Hakimiyyətində olub. Nümayəndə heyətini qəbul edən Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov öncə qonaqları salamlayıb, paytaxtımızın mərkəzi rayonu olan Nəsimi rayonunun strateji əhəmiyyət kəsb etdiyini bildirib və rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat verib. Asif Əsgərov son illərdə Azərbaycanda əldə olunmuş nailiyyətlərdən, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən Nəsimi rayonunda görülən işlərdən danışıb, bu nailiyyətlərin qazanılmasında Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük rolunu qeyd edib. Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrindən danışan, həmçinin xalqlarımızın bir-birinə nə qədər yaxın olmasını vurğulayan natiq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, onun xalqımıza gətirdiyi bəlalardan da söz açıb.
Asif Əsgərov rayon bələdiyyəsi, onun fəaliyyətindən də söz açaraq bildirib ki, bələdiyyə rayondakı abadlıq, sosial quruculuq işlərində yaxından iştirak edir, rayon İcra Hakimiyyəti ilə birgə vacib sosial layihələri reallaşdırır. O həmçinin qarşıda duran vəzifələr barədə məlumat verib.
Ölkəmizdə səfərdən məmnunluq hissi keçirdiyini deyən İzmit bələdiyyəsinin başqanı Nevzat Doğan Azərbaycanın inkişafından qürur duyduğunu söyləyib. O, təmsil etdiyi bələdiyyə ilə Bakı şəhəri Nəsimi bələdiyyəsi arasında dostluq və qardaşlıq münasibətlərinin yaradılmasının vacibliyindən danışıb. Bildirilib ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında hər iki tərəf maraqlıdır: “Türkiyə Azərbaycan üçün beynəlxalq aləmdə müttəfiq və dayaqdırsa, Azərbaycanın da güclü dövlət olması Türkiyənin dünya siyasətində gücünün və rolunun artması deməkdir. Ona görə də bu iki dövlətin münasibətlərinin beynəlxalq hüquq normalarından irəli gələn prinsiplər əsasında inkişafı zəruridir”.
Görüşdə Türkiyə Respublikasının İzmit bələdiyyəsi ilə Azərbaycan Respublikası Bakı şəhər Nəsimi bələdiyyəsi arasında “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” niyyət protokolu imzalanıb. Protokolu İzmit bələdiyyəsi tərəfindən bələdiyyənin başqanı Nevzat Doğan, Bakı şəhər Nəsimi bələdiyyəsi tərəfindən bələdiyyənin sədri Nazim Qaraxanov imzalayıblar.
Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.
Sonra qonaqlar şəhərin görməli yerlərində olub, paytaxtımızın gözəlliyinə vurğun olduqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

