/ / Azərbaycanın və Monteneqronun Konstitusiya məhkəmələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Azərbaycanın və Monteneqronun Konstitusiya məhkəmələri arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
02.10.2015 [10:29]
Oktyabrın 1-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi ilə Monteneqro Respublikasının Konstitusiya Məhkəməsi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandumu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Monteneqro Respublikası Konstitusiya Məhkəməsinin sədri xanım Desanka Lopiçiç imzalayıblar.
Mərasimdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev memorandumun imzalanmasının əlamətdar hadisə olduğunu bildirib. Sədr bu sənədin iki ölkənin Konstitusiya məhkəmələri arasında əməkdaşlığın daha da inkişaf etdirilməsinə böyük təkan verəcəyini vurğulayıb. Azərbaycan ilə Monteneqro arasında diplomatik, iqtisadiyyat, turizm və bir sıra digər sahələrdə razılaşmaların imzalandığını qeyd edən F.Abdullayev bunun xalqlarımızın əlaqələrinin daha da inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Sədr məhkəmə-hüquq sahəsində də əməkdaşlığın inkişaf etdirilməsinin dövlətlərimiz üçün böyük əhəmiyyət daşıdığını bildirib.
Azərbaycanın hüquq sisteminin inkişafından danışan Fərhad Abdullayev Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkədə dövlətçilik ənənələrinin möhkəmləndiyini, ən müasir qanunvericilik bazasının yaradıldığını, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr sayəsində Azərbaycan bu gün regionda iqtisadi, sosial və digər sahələrdə lider mövqe tutduğunu qeyd edib.
Ölkəmizin Monteneqro ilə məhkəmə-hüquq sistemi sahəsində əlaqələrinin bundan sonra daha da genişlənəcəyinə əminliyini vurğulayan Fərhad Abdullayev oktyabrın 2-də Azərbaycan Konstitusiyasının 20 illiyi ilə bağlı Bakıda keçiriləcək beynəlxalq konfransda fərdi şikayətlər vasitəsilə hüquq və azadlıqların Konstitusiya Məhkəməsi tərəfindən qorunması mövzusunda hüquqi müzakirələrin aparılacağını bildirib.
Monteneqro Konstitusiya Məhkəməsinin sədri xanım Desanke Lopiçiç iki ölkə arasında Konstitusiya ədalət mühakiməsi sahəsində əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. O, Azərbaycanın və Monteneqronun Konstitusiya məhkəmələrinin beynəlxalq tədbirlərdə də mütəmadi olaraq fikir və təcrübə mübadiləsi apardığını bildirib. D.Lopiçiç Bakıda keçiriləcək beynəlxalq konfransın Azərbaycanın və müxtəlif ölkələrin bu sahədə təcrübəsi ilə tanış olmaq üçün yaxşı fürsət olduğunu söyləyib. Azərbaycan Konstitusiya Məhkəməsi ilə memorandumun imzalanmasından məmnunluğunu bildirən qonaq bu əməkdaşlığın hər iki ölkənin konstitusiya ədalət mühakiməsi sisteminin inkişafına böyük töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

