Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Gəncədə olub

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Gəncədə olub

16.10.2015 [10:49]

Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti Ramazan Abdulatipov oktyabrın 15-də Gəncədə olub.
AZƏRTAC xəbər verir ki, Prezident Ramazan Abdulatipov Gəncəyə səfəri çərçivəsində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə keçirilən görüşdə şəhərdə aparılan abadlıq-quruculuq işlərindən danışılıb. Ramazan Abdulatipov Azərbaycan və Dağıstan arasında qurulan sosial-iqtisadi, mədəni əlaqələri yüksək qiymətləndirib. Qeyd edib ki, Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirir.
Görüşdə Gəncə və Dərbənd şəhərlərinin qardaşlaşması məsələsi də müzakirə olunub.
Dağıstanlı qonağa Nizami Gəncəvinin “Xəmsə”si hədiyyə edilib.
Prezident Ramazan Abdulatipov jurnalistlərə müsahibəsində Azərbaycan ilə Dağıstan arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: “Azərbaycan və Rusiyanın dövlət başçılarının dostluq münasibəti əməkdaşlığı daha da genişləndirməyə imkan verir. Dərbəndin 2000 illiyi ərəfəsində şəhərdə aparılan bərpa işlərində Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan yaxından iştirak edib. Dərbəndin tarixi bizim ümumi tariximizdir”.

Paylaş:
Baxılıb: 507 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31