Azərbaycan və Rusiya gəncləri vahid mövqedən çıxış edirlər
07.11.2015 [10:04]
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva noyabrın 5-də Moskvada Rusiya Federasiyasının Gənclər Məsələləri üzrə Federal Agentliyinin rəhbəri Sergey Pospelovla görüşüb.
Görüşdə könüllülük və skaut hərəkatları, ekologiya, istedadlı gənclərin, Azərbaycanda rus dilinin və Rusiyada Azərbaycan dilinin dəstəklənməsi üzrə müştərək layihələrin həyata keçirilməsi imkanları müzakirə edilib.
RAGB-in sədri Leyla Əliyeva qeyd edib ki, Azərbaycanda tədrisin rus dilində olduğu bütün məktəblər qorunub saxlanıb, Rusiya mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə beynəlxalq tədbirlər keçirilir. Bakıda Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib. Sergey Yeseninin xatirə gecəsinin keçirilməsi planlaşdırılır. Leyla Əliyeva onu da qeyd edib ki, RAGB Rusiyanın ali məktəblərində təhsil alan əlaçı tələbələr üçün xüsusi təqaüd ayırır.
Sergey Pospelov isə qeyd edib ki, Azərbaycan və Rusiya gəncləri bir sıra beynəlxalq məkanlarda vahid mövqedən çıxış edirlər və bu, sevindirici haldır. O, Soçidə F1 yarışlarının keçirilməsi üzrə təşkilat komitəsinin könüllülər korpusunun köməyini təklif edib. Bu təcrübə 2016-cı ildə Bakıda keçiriləcək yarışlar üçün faydalı ola bilər.
Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Rusiya Federasiyasının Gənclər Məsələləri üzrə Federal Agentliyinin rəhbərinin müşavirləri Denis Zavarzin və İlya Yarmanov, habelə RAGB idarə heyətinin üzvü Emin Hacıyev görüşdə iştirak ediblər.
Tərəflər görüşdə Rusiya Federasiyasının Gənclər Məsələləri üzrə Federal Agentliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu arasında əməkdaşlıq haqqında razılığa gəliblər.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

