Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mehdi Səlimzadə: Azərbaycan və Türkiyə bələdiyyələri arasında əməkdaşlıq sürətlə inkişaf edir

Mehdi Səlimzadə: Azərbaycan və Türkiyə bələdiyyələri arasında əməkdaşlıq sürətlə inkişaf edir

21.11.2015 [10:25]

Azərbaycan və Türkiyə bələdiyyələri arasında əməkdaşlıq son illərdə sürətlə inkişaf edir.
AZƏRTAC xəbər verir ki, bu fikir Türkiyə Kocaeli Azərbaycan Heydər Əliyev Mədəniyyət Evinin nəşri olan “Azərbaycanın səsi” jurnalının oktyabr ayında dərc edilən xüsusi nömrəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi, Türk Dünyası Bələdiyyələr Birliyinin həmsədri Mehdi Səlimzadənin məqaləsində yer alıb.
M.Səlimzadə jurnalın “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” adlanan buraxılışındakı məqaləsində ölkəmizdə məhkəmə-hüquq sahəsində həyata keçirilən islahatlardan, bələdiyyələrin fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən, həmçinin Azərbaycan və Türkiyə bələdiyyələri arasında əməkdaşlığın inkişafından danışıb.
Yazıda M.Səlimzadə Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın hüquq sisteminin daha da təkmilləşdiyini və müasirləşdiyini vurğulayıb.
Məqalədə bildirilib ki, respublikamızın ictimai-siyasi həyatında ənənəvi xarakter almış dinamik inkişaf prosesi nəticəsində əldə olunan nəticələr bələdiyyələrin fəaliyyətinə müsbət təsir göstərib. Yerli özünüidarə sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, qarşılıqlı səmərəli əməkdaşlıq şəraitində həyata keçirilən tədbirlər barədə də məlumat verən müəllif bu sahədə geniş maarifləndirmə işlərindən danışıb.
Yazıda, həmçinin son illərdə Azərbaycan və Türkiyə bələdiyyələri arasında əməkdaşlığın daha da inkişaf etdiyi bildirilib. Bu ilin sentyabrında Nəsimi rayon bələdiyyəsi ilə Türkiyənin İzmit bələdiyyəsi arasında “Qardaşlaşmış bələdiyyə münasibətlərinin yaradılması haqqında” niyyət protokolunun imzalanmasının bu əməkdaşlığın göstəricisi olduğu diqqətə çatdırılıb.

Paylaş:
Baxılıb: 560 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31