/ / Avropa Şurasının Azərbaycana qarşı qərəzli və ikili standartlara söykənən mövqeyinin arxasında nə durur?
Avropa Şurasının Azərbaycana qarşı qərəzli və ikili standartlara söykənən mövqeyinin arxasında nə durur?
30.09.2017 [11:58]
İslamofob meyillərin gücləndiyi Avropa Şurası Azərbaycanın müstəqil siyasətindən ciddi narahatlıq keçirərək ölkəmizə qarşı “qara piar” və təzyiq kampaniyası aparır
Müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru olan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi çıxış edir. Cənubi Qafqaz regionunun lider dövləti olan ölkəmiz həm də beynəlxalq miqyasda etibarlı strateji tərəfdaş kimi tanınır və Azərbaycanla əməkdaşlıq siyasi, iqtisadi, geopolitik nöqteyi-nəzərdən mühüm əhəmiyyət kəsb edir. Digər tərəfdən, ölkəmiz dünya iqtisadiyyatına uğurla inteqrasiya edir, beynəlxalq əməkdaşlıq və təhlükəsizlik platformalarının formalaşdırılmasında əhəmiyyətli rol oynayır. Bu kontekstdə əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə, əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin inkişafına təkan verir, perspektiv nailiyyətlər üçün strateji zəmin rolunu oynayır.
Eyni zamanda, müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Azərbaycanda insan və vətəndaş hüquqları milli dövlətimizin Konstitusiya tələblərinə görə qorunur və ölkəmizdə hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir.
“Qoca qitə”dəki islamofob dairələr Azərbaycanı nə üçün hədəfə çevirib?
Bütün bunlara baxmayaraq, bəzi dairələr Azərbaycanın müstəqil xarici siyasətini narahatlıqla qarşılayır, bu kontekstdə öz məhdud geosiyasi maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar. Həmin dairələr “demokratiya”, “insan hüquqları” kimi institusional məfhumlardan istifadə edərək ölkəmizə qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışırlar. Bu istiqamətdə “qoca qitə”nin müxtəlif təşkilatlarının xidmətlərindən istifadə edilir. Bu cür təşkilatlar vaxtaşırı olaraq təqdim etdikləri hesabat və ya bəyanatlarda müstəqil daxili və xarici siyasət kursuna malik olan ölkələri hədəfə alır, müxtəlif ittihamlar səsləndirərək subyektiv, ədalətsiz və qərəzli mövqe sərgiləyirlər. Bu kontekstdə son olaraq Avropa Şurasının Baş katibi Turbyern Yaqlandın ittiham xarakterli qərəzli iddiası deyilənlərin bariz nümunəsidir. Məlumat üçün qeyd edək ki, Turbyern Yaqland Azərbaycan məhkəməsinin qərarına əsasən məhkum olunmuş, lakin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarına rəğmən, “siyasi məhbus” kimi qələmə verilən və azadlığa buraxılması tələb olunan REAL təşkilatının rəhbəri İlqar Məmmədov azadlığa buraxılmadığına görə Azərbaycana qarşı misli görünməmiş hüquqi hərəkət edilməsinə çağırıb. Sentyabrın 13-də Avropa Şurasına daxil ölkə səfirlərinin iclasında Yaqland Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinin 46.4-cü maddəsinin tətbiq olunmasını istəyib ki, bu, son nəticədə ölkənin Avropa Şurasından çıxarılmasına gətirib çıxara bilər. Bu, “qoca qitə”dəki islamofob dairələrin Azərbaycana qarşı növbəti qərəzli təzyiq və ya “qara piar” kampaniyasıdır...
Əlbəttə, qeyd etdiyimiz kimi, bu cür qərəzli yanaşmalar, ölkəmizə qarşı təzyiq kampaniyası təsadüfi xarakter daşımır. Hər şeydən öncə, Prezident İlham Əliyevin Azərbaycanın milli maraqlarına söykənən müstəqil siyasəti, qətiyyətli mövqeyi və beynəlxalq miqyasda çoxsaylı nailiyyətlərin əldə edilməsi bəzi Qərb dairələrində, o cümlədən Avropa Şurasında ciddi narahatlığa səbəb olur. Digər tərəfdən, yüksək nüfuza malik olan Azərbaycan müsəlman ölkəsi olduğuna görə islamofobiyanın gücləndiyi Avropa Şurasında bu cür qərəzli, subyektiv çalarlara söykənən ittiham hədəfinə çevrilib. Ən əsası, Azərbaycanın regional güc mərkəzinə çevrilməsi, beynəlxalq nüfuzunun, regional və qlobal siyasi proseslərə təsir imkanlarının mütəmadi olaraq artması Avropa Şurasındakı anti-Azərbaycan və ermənipərəst dairələri ciddi narahat edir.
Yaqland bəzi Qərb dairələri və region ölkələrindən aldığı sifariş əsasında hərəkət edir
Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olduqdan sonra təşkilatda daim subyektiv və selektiv yanaşmalarla, ikili standartlarla və qərəzli, ədalətsiz münasibətlə qarşı-qarşıya qalıb. Müxtəlif dövrlərdə Andreas Qross, Andreas Herkel, Kristofer Ştrasser və digər bu kimi xüsusi maraqlara xidmət edən məruzəçilər anti-Azərbaycan mövqeyindən çıxış edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində ədalətsiz, qərəzli və beynəlxalq hüquq normalarına zidd mövqe nümayiş etdirilib, qurumdakı müxtəlif qruplar tərəfindən Azərbaycana qarşı “qara piar” kampaniyası aparılıb. Bunlarla yanaşı, son zamanlar AŞPA-da islamofob meyillər olduqca şiddətlənib, bu qurum faktiki olaraq müsəlman ölkələrinə qarşı ikili standartlar siyasəti yürüdən bir təsisata çevrilib.
Bütün bunların fonunda haqlı sual ortaya çıxır: necə ola bilər ki, 10 min qərarının icra olunmadığı Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycanla bağlı bir qərarı ölkənin bu qurumdan kənarlaşdırılması proseduruna start verilməsinə səbəb olsun? Əminliklə söyləmək olar ki, bu, Baş katib Yaqlandın həm bəzi Qərb dairələri, həm də region ölkələrindən aldığı sifarişin nəticəsidir. Ümumiyyətlə, Yaqland Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən, sifarişlə müstəqil ölkələri hədəfə götürməyi sanksiyalaşdıran bir şəxsdir.
Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandıran bir təşkilatdan nə isə gözləməyə dəyərmi?
Bütün bu sadalananlar daha bir haqlı sualın ortaya çıxmasına səbəb olur: Azərbaycan Avropa Şurasına 16 illik üzvlük dövründə nə əldə edib? İslamofob mövqedən çıxış edən, ölkəmizə qarşı ikili standartlara əsaslanan qərəzli münasibət bəsləyən, Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində heç bir təsirli addım atmayan Avropa Şurasından nə isə gözləməyə dəyərmi? Qərbə inteqrasiya siyasəti yürüdən Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra yalnız davamlı təzyiqlər, daxili işlərinə kobud müdaxilə, ikili standartlar, ədalətsiz və qərəzli mövqe ilə üzləşib. Onu da nəzərə almaq lazımdır ki, Avropa dairələrinin bu zamana qədər həyata keçirdiyi siyasət Ermənistanın işğalçılığına bəraət qazandırmaq, Dağlıq Qarabağın işğalını rəsmiləşdirmək və onu Azərbaycandan uzaqlaşdırmaq məqsədinə xidmət edib.
Avropa Şurasında Azərbaycana qarşı çirkin oyun quranlar düşünməlidirlər ki, AŞ Azərbaycana daha çox lazımdır, yoxsa Azərbaycan Avropa Şurasına? Azərbaycan öz müstəqil inkişaf yolunda irəliləyir və bu qurumsuz da inkişaf edə bilər. Avropa isə Cənubi Qafqaz kimi strateji əhəmiyyət kəsb edən regionda güclü tərəfdaşını itirə bilər. Təsadüfi deyil ki, Qərbdəki müstəqil ekspertlərin qənaəti ondan ibarətdir ki, Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlıq Avropa üçün strateji əhəmiyyət kəsb edir. Ölkəmizin əlverişli coğrafi mövqedə yerləşməsi, azad bazar iqtisadiyyatına malik olması, xarici investorların fəaliyyətinə geniş şərait yaratması, beynəlxalq siyasi nüfuzunun güclənməsi və digər amillər region dövlətlərini respublikamızla əməkdaşlığa cəlb edən başlıca amillərdir.
Bütün bunlar belə bir qənaətə gəlməyə əsas verir ki, Azərbaycan inteqrasiya meyillərini yenidən nəzərdən keçirməli, öz milli maraqlarına uyğun strateji hədəflərinə doğru irəliləməlidir. Yəni ölkəmiz region ölkələri, İslam dünyası, Şərqlə əlaqələrini daha da genişləndirməli, onların böyük potensialından yararlanmalı, öz milli dövlətçiliyini daha da gücləndirməlidir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyun 19:39
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00
Hadisə
14 İyun 12:29
Dünya
14 İyun 11:47
YAP xəbərləri
14 İyun 11:40
Dünya
14 İyun 11:35
İdman
14 İyun 10:40
Hadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40

