Azərbaycan və Ermənistan prezidentlərinin Kişinyov görüşü oktyabrın 8-də keçiriləcək
07.10.2009 [10:21]
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçilik edən ATƏT-in Misnk qrupunun həmsədrləri - Robert Bradke (ABŞ), Yuri Merzlyakov (Rusiya) və Bernar Fasyenin ötən həftənin sonlarında regiona başlayan səfəri dünən başa çatıb. Diplomatlar səfərin yekununa və səfər çərçivəsində keçirilən görüşlərə dair yekun bəyanatla çıxış ediblər. Dünən bu məqsədlə təşkil olunan brifinqdə çıxış edən qrupun rusiyalı həmsədri bəyanatın mətnini oxuyub.
Sənəddə qeyd olunur ki, həmsədrlər Ermənistan rəhbərliyi ilə görüşlər keçirdikdən sonra Bakıya gəliblər. Azərbaycan Prezidenti ilə görüşdə dövlət başçıları arasında Kişinyovda görüş keçirilməsi məsələsini müzakirə etdiklərini söyləyən diplomatlar Azərbaycan Prezidentinin görüşə razılıq verdiyini ifadə ediblər. Görüş isə oktyabrın 8-də axşam saatlarında Müstəqil Dövlətlər Birliyinin sammitindən öncə olacaq. Bəyanatda Kişinyov görüşünün prezidentlərin bu il iyulun 18-də Moskvada keçirilmiş görüşünün davamı olacağı qeyd edilir.
Prezident İlham Əliyevin Moskva görüşünün nəticələrini çox pozitiv adlandırdığını vurğulayan Yuri Merzlyakov, həmçinin, ümidvar olduğunu bildirib ki, Kişinyov görüşü də Moskva görüşünün pozitiv dinamikasını davam etdirəcək.
Fransadan olan həmsədr Bernar Fasye Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşlərindən çox razı qaldığını deyib: “İcmanın bütün üzvlərinin Dağlıq Qarabağ erməniləri ilə yenidən birgə yaşamağa hazır olduqları barədə bizə söylədiklərini çox yüksək qiymətləndiririk”.
ABŞ-dan olan həmsədr Robert Bradke ABŞ hökumətinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında vasitəçiliyi davam etdirməyə hazır olduğunu deyib. O, həmçinin, bu vaxta kimi danışıqlarda müəyyən tərəqqi əldə edildiyini söyləyib.
Yeri gəlmişkən qeyd edək ki, dünən brifinqdən əvvəl həmsədrlər “Dağlıq Qarabağın azərbaycanlı icması” İctimai Birliyinin sədri Bayram Səfərovla da görüşüblər. Görüşdə münaqişənin nizamlanması prosesindəki mövcud durum müzakirə edilib, azərbaycanlı icmasının mövqeyi diplomatların diqqətinə çatdırılıb.
ümumiyyətlə isə, son bir neçə ay ərzində fəallaşmış Dağlıq Qarabağ danışıqları fonunda bu səfər olduqca böyük əhəmiyyət kəsb edirdi və bir sıra ilklərə şahidlik etdi. Məsələn, ABŞ-dan olan həmsədr Robert Bradke bu posta təyin olunduqdan sonra regiona ilk dəfə səfər etdi. Eyni zamanda, həmsədrlər dövlət başçılarının Praqa görüşündən sonra yenilənmiş Madrid prinsiplərini məhz ilk dəfə bu səfər çərçivəsində tərəflərə təqdim etdi. Bu yeni variantda xüsusən 15 ildən artıqdır davam edən danışıqlar çərçivəsində razılaşdırılmamış qalan məqamlarla bağlı yeni təkliflərin əksini tapacağı gözlənilir. Eyni zamanda, diplomatlar uzun müddətdir ki, ilk dəfə Bakıda və İrəvanda səsləndirdikləri bəyanatlara və hər bir fikrə xüsusi diqqət yetirərək tərəflərdə ciddi narahatçılıq yaradacaq söhbətlərdən maksimum qaçmağa çalışdılar.
Yeri gəlmişkən, artıq rəsmi Bakı Kişinyov danışıqlarına hazırlıq işlərinə start verib. Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov Kişinyovda bəzi məsələlərə daha çox diqqət ayrılacağını, bəzilərinin isə daha sonrakı mərhələlərdə müzakirə olunacağını bildirib.
Ermənistan tərəfi isə, həmişə olduğu kimi, yenə də qeyri-konstruktiv mövqeyindən geri çəkilmək istəmir. İşğalçı ölkənin xarici işlər naziri Edvard Nalbandyan bütün dünyanın artıq yekun həllini gözlədiyi münaqişə ilə bağlı danışıqlar prosesində irəliləyiş gözləmədiyini söyləyib. “France Presse” agentliyinə açıqlamasında o, danışıqlar prosesinin müəyyən vaxt tələb etdiyini deyib və əlavə edib ki, yaxın vaxtlarda danışıqlar prosesində sıçrayış ola biləcəyinə dair proqnozların nəyə əsaslandığı ona aydın deyil.
AQŞİN
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

