/ / BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinə Ermənistanın hərbi təxribatları barədə məlumat verilib
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinə Ermənistanın hərbi təxribatları barədə məlumat verilib
06.10.2020 [09:59]
Azərbaycan Respublikası Baş Nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Əhmədov oktyabrın 2-də BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş Nazirin müavini Əli Əhmədov Ermənistanın Azərbaycana qarşı törətdiyi və bu gün də davam edən növbəti hərbi təxribatla bağlı vəziyyət barədə məlumat verib. Qeyd edib ki, sentyabrın 27-də Ermənistan qoşunlarının təmas xətti boyu yaşayış məntəqələrimizi, hərbi birləşmələrimizin mövqelərini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində mülki şəxslərimiz və hərbi qulluqçularımız həlak olublar. Azərbaycan buna cavab olaraq özünümüdafiə hüququ çərçivəsində və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan silahlı qüvvələrinə qarşı müvafiq əks-hücum əməliyyatları həyata keçirir. Bundan əvvəl də iyul-avqust aylarında Ermənistan tərəfindən Azərbaycana qarşı hərbi təxribatların törədildiyini və nəticədə hərbçilərimizin və mülki şəxslərimizin həlak olduğunu deyən Əli Əhmədov bu təxribatları Ermənistanın ölkəmizə qarşı təcavüzkar siyasətinin davamı kimi qiymətləndirib. Qeyd edib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır.
Baş Nazirin müavini vurğulayıb ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulması və müharibə cinayətidir. Ermənilərin Azərbaycan əhalisinin cəmi bir faizini təşkil edən, Azərbaycan ərazisində yaşayan etnik azlıq olduğunu bildirən Əli Əhmədov dünyanın heç bir yerində belə bir azlığın özünə müstəqillik tələb etməsi hallarına rast gəlinmədiyini deyib.
Qulam İshaqzai Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı narahatlığını ifadə edib. O, cəbhə xəttinə yaxın yerləşən rayonların mülki əhalisi arasında sorğu keçirilməklə BMT-nin müvafiq humanitar yardım göstərməyə hazır olduğunu bildirib. Qeyd edib ki, bu yardımın psixoloji dəstək, xüsusi çadırların qurulması, ərazilərin minalardan təmizlənməsi və digər formalarda reallaşdırılması mümkündür.
Baş Nazirin müavini Əli Əhmədov təklifə görə qarşı tərəfə minnətdarlığını bildirib, hazırkı mərhələdə Azərbaycanın yardıma ehtiyac duymadığını vurğulayıb.
Xəbər lenti
Hamısına baxSiyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30

