Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əhməd Oruc: Azərbaycan ictimaiyyəti Ali Baş Komandanımızın apardığı siyasəti dəstəkləyir

Əhməd Oruc: Azərbaycan ictimaiyyəti Ali Baş Komandanımızın apardığı siyasəti dəstəkləyir

24.10.2020 [08:42]

“Ermənistanın Gəncə şəhərinə etdiyi xain hücumlar, mülki vətəndaşları, dinc əhalini hədəfə alması bir daha onların mənfur xislətini bütün dünyaya nümayiş etdirdi. Bu gün Azərbaycan cəmiyyəti vahid düşmənə qarşı birlik nümayiş etdirir. Ölkəmizdə bütün siyasi qüvvələr Azərbaycan dövlətinin, Ali Baş Komandanımızın apardığı siyasəti dəstəkləyir. Bu birlik cəbhədə düşmənə qarşı vuruşan ordumuzun ruh yüksəkliyinin daha da artmasında müstəsna rola malikdir. Əsgərimiz arxada sabitliyin hökm sürdüyünü, milli birliyin formalaşdığını görür və düşmənə qarşı daha mübariz formada döyüşür”.

Bunu qəzetimizə açıqlamasında Azadlıq Partiyasının sədri Əhməd Oruc deyib.

Onun sözlərinə görə, bu gün cəmiyyətin milli həmrəylik nümayiş etdirməsi, ölkə daxilində siyasi dialoqun olması, münasibətlərin normallaşması mühüm amildir. Azərbaycan dövlətinin Ermənistanla yanaşı, xaricdə yaşayan erməni lobbisi, eləcə də işğalçı dövlətə havadarlıq etməyə çalışanlarla mübarizə apardığını önə çəkən Ə.Oruc bu qüvvələrin birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmininə qarşı olduqlarını da vurğulayıb. “Hətta münaqişənin tənzimlənməsində vasitəçilik missiyasını üzərinə götürmüş ATƏT-in Minsk qrupunun bəzi ölkələri açıq şəkildə ermənilərə dəstək nümayiş etdirir. Məsələn, Fransanın tarixən ermənipərəst mövqedən çıxış etməsi hər kəsə bəllidir. Bu ölkə qondarma “erməni soyqırımı” məsələsində tutuduğu mövqe ilə Ermənistan- Azərbaycan münaqişəsində bitərəf qala bilməyəcəyini özü sübut edib. Bu baxımdan, Azərbaycan cəmiyyəti bu gün bütün cəbhələrdə düşmənə və ona havadarlıq edənlərə qarşı inamlı olmalı, milli birlik nümayiş etdirməlidir. Bu gün bütün müxalifət düşərgəsinin hakimiyyəti dəstəkləməsi vacib bir amildir. Hər bir siyasi qüvvə milli maraqlar naminə ölkə hakimiyyətinin atdığı istənilən addımı qeyd-şərtsiz dəstəkləməlidir. Biz Prezidentin rəhbərliyi ilə aparılan əks-həmlə əməliyyatlarını tam dəstəkləyirik”, - deyə Ə.Oruc əlavə edib.

PƏRVİZ

Paylaş:
Baxılıb: 344 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31