/ / Hikmət Babaoğlu: Prezident İlham Əliyev son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən müzəffər sərkərdə oldu
Hikmət Babaoğlu: Prezident İlham Əliyev son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən müzəffər sərkərdə oldu
17.11.2020 [09:53]
“Azərbaycan mütləq Qələbə əldə edib. Qələbənin miqyası olduqca böyükdür. Bu Qələbə bütövlükdə Azərbaycan xalqının yenidən doğuşu, tarixidir. Bu Qələbə Ermənistanın kapitulyasiya aktına qeyd-şərtsiz imza atması ilə nəticələnib. Əldə olunan böyük tarixi Qələbə bütövlükdə regionumuzda yeni geostrateji reallıq yaradacaq qədər böyük Qələbədir”.
Bu sözləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Millət vəkili vurğulayıb: “Çox mürəkkəb tarixi mərhələdən keçdik. 44 günlük müharibə tarixində hər hansı kiçik səhv böyük faciələrə səbəb ola bilərdi. Otuz ilə qədər davam edən danışıqlar prosesində Azərbaycan xalqının səbri, dəyanəti, dözümü sınağa çəkildi. Ancaq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev mürəkkəb regionda bu qətiyyətli qərarı və çox mürəkkəb prosesi diplomatiyanın və siyasətin mümkün etdiyi ən mahir incəliklə idarə etməyi bacardı, Qələbəmizi diplomatik siyasi müstəvidə də möhkəmləndirdi”.
Hikmət Babaoğlunun sözlərinə görə, müharibələri başlatmaq bəzən asan olur, ancaq onu bitirmək və müharibədə qazandığını axıra qədər əldə saxlamaq bəzən ondan da çətin olur: “Biz 44 günlük prosesdə qələbəni təmin edəcək bütün komponentlərin hamısının necə ustalıqla təmin edildiyini gördük. Azərbaycan Ordusu döyüş meydanında Qələbəni təmin etdi və bu Qələbə siyasi, diplomatik müstəvidə qorundu. Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Azərbaycan xalqı bu prosesdə bir daha sübut etdi ki, ölkəmizdə xalq-iqtidar birliyi olduğu təqdirdə ən çətin məsələlər belə həll edilir. Azərbaycan xalqı bu Qələbə əhval-ruhiyyəsini böyük coşqu ilə yaşayır. Bu Qələbə Azərbaycan xalqına, xalq da bu Qələbəyə layiqdir. Çünki Azərbaycan dövlətçiliyi böyük imtahanlardan keçdi. Azərbaycan Prezidenti ən doğru zamanda ən doğru qərarı qəbul etməklə xalqımızın tarixi Qələbəsini təmin etdi. Diplomatik, siyasi və hərbi müstəvidə əldə etdiyi qələbələrlə qalibiyyətimizin simvoluna çevrildi. İlham Əliyev Qarabağ fatehi kimi adını hərbi-siyasi tariximizə qızıl hərflərlə yazdırdı. Son 200 illik tariximizdə ilk dəfə torpaqlarımızı azad edən müzəffər sərkərdə oldu. 2020-ci ilin ikinci həftəsi ən yeni siyasi tariximizə böyük zəfərlər həftəsi kimi yazıldı”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

