/ / Fəzail Ağamalı: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir
Fəzail Ağamalı: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir
09.01.2021 [09:28]
"Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dərin islahatlar kursu ölkəmizin hərtərəfli inkişafına xidmət edir. Bu islahatlar müasir dövrdə ölkəmizdə iqtisadi inkişafın, siyasi plüralizmin daha yüksək səviyyəyə çatmasında vacib rol oynayır. Bu mənada, yeni siyasi münasibətlərin, hakimiyyətlə siyasi partiyalar arasında siyasi dialoqun qurulması da ölkəmizin siyasi sistemində yeni keyfiyyət dəyişikliyi yaratmaqdadır. Cənab Prezident 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə də məsələyə toxunaraq siyasi münasibətlərin əhəmiyyətini vurğulayıb". Bu fikirləri qəzetimizə açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı deyib.
Fəzail Ağamalı bildirib ki, ölkəmizdə islahatlar 2018-ci il prezident seçkilərindən sonra daha geniş vüsət almağa başladı: "2019-cu ildə də geniş sosial-iqtisadi, hüquqi, struktur və kadr islahatları həyata keçirildi. 2020-ci ilin parlament seçkiləri isə siyasi islahatların və siyasi münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, yaradılmış bu mühit siyasi partiyaların üzərinə ciddi məsuliyyət də qoyur. Bu məsuliyyəti bölüşərək hər kəs öz imkanları daxilində dövlətçiliyimizə, onun siyasi sisteminə özünün töhfəsini verəcəkdir".
Partiya sədrinin sözlərinə görə, ölkədə mövcud olan demokratik mühit respublikamızın inkişafına etibarlı zəmin yaradır: "İslahatlar çərçivəsində Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Cənab Prezidentin tapşırığı ilə şöbənin müdiri Ədalət Vəliyev siyasi partiyaların rəhbərləri ilə mütəmadi olaraq görüşür. Bu da genişmiqyaslı iqtidar-müxalifət dialoqunun ciddi göstəricisidir. Amma özünü bu prosesdən kənarda qoyan dairələr də oldu. Daha çox radikal, anarxist, inkarçı mövqedə dayananlar, əslində, "beşinci kolon" rolunu oynayanlar bu prosesdən kənarda qaldılar. Biz 44 günlük Vətən müharibəsində siyasi partiyaların həmrəyliyini müşahidə etdik. Radikallar istisna olmaqla 50 siyasi partiya vahid mövqedən çıxış edərək Ali Baş Komandana və ordumuza birmənalı dəstəyini nümayiş etdirdi. Amma antimilli şura yenə də bu həmrəylikdən kənarda qaldı. Bununla da onlar ermənipərəst qüvvələrin əlində alət olduqlarını göstərmiş oldular. Bu ünsürlərin müharibədə qazandığımız parlaq qələbəyə bu günədək kölgə salmaq cəhdləri bunu təsdiqləyir. Radikallar bu davranışları ilə satqın olduqlarını təsdiqləyirlər".
"Əminəm ki, bundan sonra da normal, sivil, Azərbaycan dövlətçiliyinə və milli maraqlara söykənən iqtidar-müxalifət münasibətləri daha yüksək səviyyədə olacaq", - deyə AVP sədri vurğulayıb.
NARDAR
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

