Elşən Musayev: Cənubi Qafqazın tarixində tamamilə yeni mərhələ başlayır
15.01.2021 [08:59]
“Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Moskva görüşü və imzalanmış bəyanat Cənubi Qafqazda təhlükəsizliyin və inkişafın təmin olunmasına xidmət edir. Bu görüş həm yeni təhlükəsizlik formatının güclənməsinə, həm də region ölkələrinin ümumi rifahına xidmət edən əməkdaşlıq imkanlarının genişləndirilməsinə xidmət edir”. Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Demokratik Maarifçilik Partiyasının (ADMP) sədri, millət vəkili Elşən Musayev deyib.
Elşən Musayev bildirib ki, beynəlxalq kommunikasiyaların bərpası bütün region ölkələrinin iqtisadi maraqlarına cavab verir. O, 44 gün davam edən müharibənin regionun mənzərəsini tamamilə dəyişdiyini, yeni hərbi, siyasi və iqtisadi reallıqlar yaratdığını qeyd edib. Deputatın sözlərinə görə, hazırda ən mühüm vəzifələrdən biri bu reallıqlara istinad edərək region xalqlarının rifahını, təhlükəsizliyini təmin edən addımların atılmasına nail olmaqdır: “Fikrimcə, bu görüşün nəticəsi olaraq qəbul edilmiş bəyanat mahiyyət etibarilə həm də Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin məntiqi nəticəsidir. Sənəddə yalnız iqtisadi məsələlərin vurğulanması, siyasi məzmunlu vurğuların olmaması bir daha göstərir ki, artıq Ermənistan da yaranmış reallıqla barışmaq məcburiyyətindədir”.
Partiya sədri qeyd edib ki, Ermənistanın hazırkı iqtisadi, sosial durumu, müharibədə üzləşdiyi ağır məğlubiyyətin nəticələri bu ölkənin perspektivini ciddi şübhə altında qoyur. Bu baxımdan, Ermənistan hökuməti reallıqları nəzərə almalıdır. E.Musayev söyləyib ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasının nəqliyyat əlaqəsini təmin edən dəhlizin bərpası Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir: “İmzalanmış bəyanatın təhlili göstərir ki, əsas məqsəd regionun nəqliyyat-kommunikasiya sisteminin bütün ölkələrin maraqlarına uyğun formada yenidən qurulmasına nail olmaqdır. Bu, Azərbaycanın tarixiqələbəsinin etirafıdır. İndi bütün region ölkələri, o cümlədən regionda maraqları olan böyük dövlətlər 27 sentyabrdan əvvəlki dövrə qayıtmağın mümkün olmadığını anlayırlar. Yeni reallıqlar var və bu reallıqları Azərbaycan yaradıb. Artıq Cənubi Qafqazın tarixində tamamilə yeni mərhələ başlayır. Bu, əməkdaşlıq, qarşılıqlı etimada əsaslanan faydalı əlaqələrin qurulması mərhələsidir”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

