/ / Hikmət Babaoğlu: İslahatların dərinləşməsində Azərbaycan parlamentinin özünəməxsus yeri və rolu var
Hikmət Babaoğlu: İslahatların dərinləşməsində Azərbaycan parlamentinin özünəməxsus yeri və rolu var
11.03.2021 [09:20]
“Parlamentarizmin ən yeni tarixini sırf siyasi münasibətlər kontekstində qiymətləndirməyə çalışsaq, görəcəyik ki, bu tarix siyasi dialoq və əməkdaşlıq tarixi kimi də qiymətləndirilə bilər. Çünki demokratik cəmiyyətlərdə ənənəvi olaraq parlamentlər xeyli sayda müxtəlif siyasi partiyalardan təşkil olunur ki, buradakı təmsilçilik proporsiyasını da xalqın iradəsi, yaxud elektoratın səsi təyin edir. Ona görə də vahid fəaliyyət məkanı özlüyündə bu fəaliyyətin səmərəli təşkili üçün əməkdaşlıq tələb edir. Bu da dialoqsuz mümkün deyil”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat qeyd edib ki, bu mənada hətta siyasi sistem qarşıdurma vəziyyətində olsa belə, əksər hallarda parlamentlər əsasən dialoqa köklənmiş olurlar: “Dolayısıyla, parlament siyasi münasibətlərdə dialoq mühitini yaratmaq üçün ortaq məkan olmaqla yanaşı, həm də siyasi gərginliyi azaldan, onu amortizə edən siyasi yastıq rolunu oynayır. Bundan başqa, nəzərə almaq lazımdır ki, parlamentdə təmsil olunan hər bir siyasi partiya, əslində, xalqdan mandat almaqla bu təmsilçilik hüququnu qazandığı üçün paralel olaraq cəmiyyətin müəyyən hissəsini də dialoq ovqatına kökləyə bilir. Bununla da dialoqdan kənarda olan partiyalar üçün də bir növ nümunə, yaxud rol model təşkil edir. Yəni öz fəaliyyəti ilə siyasi dialoqu təşviq və motivasiya edir. Nəticədə bütövlükdə siyasi sistemdə əməkdaşlıq platformasının çərçivəsi daha da genişlənmiş olur. Elə Azərbaycan təcrübəsi də bu mənada, istisna təşkil etmir”.
“Hazırda Azərbaycan parlamentində 10-dan çox siyasi partiya təmsil olunur. Bu isə yuxarıda ifadə etdiyimiz məntiqə əsasən, artıq özlüyündə dialoq platforması yaradır. Hamıya məlumdur ki, Milli Məclisin hazırkı tərkibi məhz 2018-ci ildən sonra Azərbaycanda daha da dərinləşən siyasi islahatlar kontekstində formalaşıb. Ölkəmizdə hakim Yeni Azərbaycan Partiyası öz Sədri, Prezident İlham Əliyevin islahatlar siyasətinə dəstək məqsədilə parlamentin özünü buraxması və növbədənkənar seçkilərə getməsi haqqında qərar qəbul edib. Beləliklə, siyasi islahatların miqyası və əhatəsi daha da genişlənib. Ancaq bu da məsələnin hamısı deyil. 2020-ci il parlament seçkilərindən sonra yaranan yeni siyasi reallıq həm də parlamentarizm tariximizdə müxalifət partiyalarının yeni iyerarxik strukturunu formalaşdırıb. Nəticədə bu yeni model bütövlükdə qeyri-parlament müxalifətinə də pozitiv ismarıc verməklə siyasi sistemin sosial sementi funksiyası rolunu oynamağa başlayıb. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev yeni tərkibdə formalaşan parlamentdə çıxış edərkən bu hadisəni parlamentarizm tariximizdə yeni siyasi konfiqurasiya kimi xarakterizə etməklə onu yüksək qiymətləndirdi. Çox keçmədən bu pozitiv siyasi hadisə bir növ siyasi tendensiyaya çevrilməyə başladı və nəticədə Vətən müharibəsində tarixi qələbəmizin əldə edilməsində milli gücümüzü real əsaslarda artıran faktorlardan birinə çevrildi. Mən burada fikrimi yekunlaşdıraraq bildirmək istəyirəm ki, biz bu gün Azərbaycan modeli kimi səciyyələndirə bildiyimiz islahatların uğurla baş tutması və daha da dərinləşməsində Azərbaycan parlamentinin özünəməxsus yeri və rolu olduğunu əminliklə deyə bilərik”, - deyə Hikmət Babaoğlu əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

