Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycan Prezidentinə təşəkkür edib

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Azərbaycan Prezidentinə təşəkkür edib

08.04.2021 [08:49]

Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus şəxsi “Twitter” hesabında aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümumdünya Sağlamlıq Günü münasibətilə videomüraciətindəki çağırışları ilə bağlı paylaşım edib.
AZƏRTAC xəbər verir ki, ÜST-ün Baş direktoru paylaşımında Azərbaycan Prezidentinə təşəkkür edərək qeyd edib: “BMT-nin İnsan Hüquqları Şurasında ədalətli, əlverişli, vaxtında və universal şəkildə COVID-19 peyvəndlərinə çıxışın əldə olunması ilə bağlı çağırışdakı liderliyinizə görə Prezident Əliyev, Sizə təşəkkür edirəm. Razıyam ki, biz vaksinlərin ədalətli paylanmasını təmin etmək, peyvənd və sağlamlıq təminatı üçün birlikdə daha çox iş görməliyik”.

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31