İtaliya portalı: Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır
21.04.2021 [08:49]
İtaliyanın “Inside Over” informasiya portalında “Azərbaycan İtaliyanın strateji tərəfdaşıdır” başlıqlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ötən həftə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda iştirak edən italyan politoloq Salvatore Santancelo ilə müsahibə əsasında tərtib edilib.
S.Santancelo müsahibəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin konfransda səsləndirdiyi fikirlər və iki ölkə arasındakı əlaqələrin perspektivləri barədə danışıb. Qeyd edilib ki, Azərbaycan və İtaliya arasında qarşılıqlı münasibətlər mühüm əhəmiyyətə malikdir. Belə ki, Prezident İlham Əliyev konfransdakı çıxışında İtaliya barədə ayrıca olaraq danışdı, münaqişə dövründə İtaliya diplomatiyasının tutduğu mövqeyi yüksək qiymətləndirdi və həmçinin Qarabağın yenidən qurulmasında italyan şirkətlərinin aktiv fəaliyyətinə ümid bəsləndiyini vurğuladı.
Azərbaycanın nəyə görə İtaliyanın strateji tərəfdaşı olması sualına aydınlıq gətirən politoloq qeyd edib ki, 2013-cü ildən bəri Azərbaycan İtaliyanı xam neftlə təmin edən iki əsas ölkədən biridir. Əgər təkcə üç ilə nəzər salınsa, o zaman İtaliyanın idxalının praktiki olaraq iki dəfəyədək artdığını görmək mümkündür (2016-cı ildə 2,9 milyard avro və 2019-cu ildə təxminən 5 milyard avro). 2019-cu ildə İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşüb. 2020-ci ildə ticarətin həcmi 6 milyard avroya yüksəlib və bu da Azərbaycanın xarici ticarətinin 18 faizinə bərabərdir. “Trans-Adriatik” qaz boru kəmərinin fəaliyyətə başlaması ilə Azərbaycan və İtaliya arasında əlaqələrin inkişafı üçün daha münbit şərait yaranıb. Əslində bu, iki ölkə arasında əlaqələrin strateji əhəmiyyətini ictimaiyyətə nümayiş etdirən əsas məqamdır.
İtalyan politoloq daha sonra bildirilib ki, siyasi nöqteyi-nəzərdən də İtaliya şübhəsiz ki, Azərbaycanın Avropada ən vacib tərəfdaşıdır. Bununla yanaşı, Bakının əhəmiyyəti və çəkisi İtaliya-Azərbaycan münasibətləri çərçivəsindən kənarda da qiymətləndirilməlidir. Azərbaycan sivilizasiyaların kəsişməsində dayanan, Qərblə Şərq arasında münasibətlərin qurulmasında körpü rolunu oynaya bilən bir ölkədir. S.Santancelo, həmçinin bu mülahizələrə hazırkı geosiyasi gərginliyin mərkəzlərindən biri olan Qara dəniz regionunda münasibətlərin sabitləşməsində Azərbaycanın oynaya biləcəyi roldan danışıb. Qeyd edib ki, bu sabitləşmədə yol təkcə Ankara ilə deyil, həm də Kiyev və Tbilisi ilə sıx əlaqələrə malik Bakıdan keçə bilər.
Məqalənin sonunda S.Santancelonun İtaliyanın xarici siyasətdə prioritet istiqamətləri, geosiyasi müstəvidə müasir çağırışlar və ölkəsinin tutmalı olduğu mövqe barədə fikirləri də yer alıb.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

