Asim Mollazadə: ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyi yanlışdır
27.04.2021 [08:30]
“Qondarma “erməni soyqırımı” məsələsi yalnız siyasi təzyiq alətidir və ikili standartların təzahürüdür. Ölkələr və xalqlar arasında dözümsüzlük təlqin edən bu cür yanaşmalar ayrı-ayrı regionların və ümumilikdə bəşəriyyətin dayanıqlı sülhpərvər inkişafına təhdid törədir”.
Bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.
Millət vəkilinin sözlərinə görə, ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyi yanlışdır: “Əvvəla, 1915-ci il hadisələrinə qiymət vermək tarixçilərin işidir. Digər tərəfdən, bu addım, ilk növbədə, ABŞ-ın milli təhlükəsizliyinə və dövlət maraqlarına ziddir. ABŞ-ın öz müttəfiqləri qarşısında inamının itirilməsinə gətirib çıxara bilər. Belə ki, rəsmi Vaşinqton faktiki olaraq NATO üzrə müttəfiqi və regionda təhlükəsizliyə, sabitliyə töhfə verən Türkiyəyə qarşı tarixi haqsızlıq nümayiş etdirib. Bu da, ilk növbədə, iki ölkə arasındakı münasibətlərə xələl gətirə, ciddi problemlər yarada bilər. Hesab edirəm ki, siyasi nöqteyi-nəzərdən ABŞ Prezidenti tərəfindən belə bir addımın atılması qəbuledilməzdir. Çünki indiyə qədər erməni lobbisinin bütün ciddi-cəhdlərinə baxmayaraq, ABŞ-ın dövlət başçıları “genosid” ifadəsini işlətməyib”.
A.Mollazadə deyib ki, atılan bu addımın heç bir tarixi və hüquqi əsası yoxdur: “Fikrimcə, tarixi əsası olmayan qondarma “erməni soyqırımı” iddialarından istifadə edərək öz müttəfiqinə təzyiq göstərmək uğursuz addımdır. Görünür, son illərdə Türkiyənin regionda ardıcıl olaraq müstəqil siyasət yürütməsi və bölgədə nüfuzunun artması bəzi dairələri narahat edir. Buna görə də saxta iddialardan siyasi təzyiq vasitəsi kimi istifadə edilir. Zənnimcə, bu addım regionda sülhə və stabilliyə xidmət etmir. Bu baxımdan “Bir millət, iki dövlət” olaraq Azərbaycanın bu haqsızlığa qarşı öz səsini ucaltması, bir daha qardaş Türkiyənin yanında olduğunu nümayiş etdirməsi təbii haldır”.
Qaşqay RAMAZANOV
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

