Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Tahir Budaqov: Azərbaycan bu gün öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır

Tahir Budaqov: Azərbaycan bu gün öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır

26.10.2021 [19:47]

"Azərbaycan bu gün öz şanlı tarixinin çox əlamətdar dövrünü yaşayır. 44 günlük Vətən müharibəsini Zəfərlə başa vuran -  möhtəşəm Qələbə qazanan Azərbaycan  öz ərazi bütövlüyünü təmin etməklə yanaşı tarixi ədaləti və milli ləyaqətini bərpa etmiş oldu. Təbii ki, istər bu müharibə, istər ondan öncəki, istərsə də sonrakı dövrdə Azərbaycan xalqı və dövləti  hər zaman Türkiyə dövlətinin və xalqının, qardaş ölkənin Prezidentinin, rəsmilərinin güclü dəstəyini hiss edib. Şübhəsiz ki, Türkiyə kimi qüdrətli bir dövlətin birmənalı mənəvi - siyasi dəstəyi  Azərbaycana əlavə güc verdi, ölkəmizə qarşı olan bir çox dairələrin, qüvvələrin neytrallaşdırılması bu proseslərə aktiv müdaxilənin qarşısını aldı”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib.

Tahir Budaqov bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri postmüharibə dövründə də yüksələn xətlə inkişaf edir: “Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana növbəti səfəri və bu səfər çərçivəsində Füzuli Beynəlxalq Hava Limanının açılması Azərbaycan -Türkiyə qardaşlığının, dostluğunun, tərəfdaşlığının, strateji müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərinin növbəti təzahürüdür. Eyni zamanda, bu səfər iki ölkə arasında sarsılmaz dostluğu növbəti dəfə dünya ictimaiyyətinə açıq şəkildə  nümayiş etdirəcək, çox mühüm bir mesaj olacaq. Bu səfər, həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası  və ümumilikdə regionda yeni reallıqların, yeni geostrateji vəziyyətin möhkəmlənməsi baxımından xüsusi önəm daşıyacaq”. 

Paylaş
Baxılıb: 154 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31