XİN rəhbərləri yenidən masa arxasına oturacaqlar
05.11.2021 [10:29]
Görüşün vaxtı bəlli olmasa da, mövzusu bəllidir
Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin yeni görüşü planlaşdırılır. Bununla bağlı, Ermənistan XİN başçısının müavini Vahe Gevoqyan açıqlama verib. Görüşün zamanı və müzakirə olunacaq məsələlərlə bağlı detallı məlumat bildirilməsə də, Azərbaycan ilə Ermənistan arasında açıq qalan bəzi məsələlərin həllinə həsr olunacağı bəllidir. Belə ki, 44 günlük Vətən müharibəsindən bir ilə yaxın zaman keçsə də, qarşı tərəf 10 noyabr üçtərəfli Bəyanatının müddəalarına tam riayət etmir, dövlət sərhədlərinin müəyyənləşdirilməsi istiqamətində qeyri-konstruktiv mövqe sərgiləyir. Bundan başqa, razılaşmada öz əksini tapan kommunikasiyaların açılması və bərpa olunması öhdəliyi ilə bağlı da rəsmi İrəvan tərəfindən real addımlar görünmür.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov da yaxın zamanda Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşün keçirilməsinin aktual olduğunu deyib. Onun sözlərinə görə, görüşdə əsas mövzu iki ölkə arasında müxtəlif məsələlərin həllinə yönəlmiş mövzular olacaq. Belə ki, Azərbaycan tərəfi özünün suveren ərazisi olan Qarabağ məsələsini Ermənistanla müzakirə predmeti saymır: “Bu danışıqların motivi əsasən, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Ermənistan tərəfinin bu məsələ ilə bağlı manipulyasiyalara yol verdiyi, vaxt uzatmağa çalışdığı ortadadır. Eyni zamanda, kommunikasiya xətlərinin açılması da müzakirə olunacaq məsələlər sırasında yer ala bilər. Bəlli olduğu kimi, bu məsələdə də Paşinyan hakimiyyəti ikibaşlı oyun oynamaq istəyir. Müəyyən açıqlamalar verilsə də, əməli addımlar görünmür. Baxmayaraq ki, Rusiya tərəfi də həm 2020-ci il 10 noyabr, həm də 2021-ci il 11 yanvar bəyanatlarına əsasən açılması nəzərdə tutulan kommunikasiyalarla bağlı öz qəti mövqeyini səsləndirib. Amma rəsmi İrəvan hələ də gözləmə mövqeyi tutub. Beləliklə də, cəmi 40 km olan, Naxçıvanla Azərbaycanı birləşdirəcək dəmiryolu xəttinin və avtomagistralın açılması ilə bağlı vaxtın uzadılmasının şahidi olmaqdayıq”.
Üçtərəfli formatda görüşlərin davamlı olacağını diqqətə çatdıran Z.Məmmədov artıq ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu görüşlərdə iştirakının gözlənilmədiyini düşünür. Onun fikrincə, artıq məsələ iki ölkə arasında həll edilir. “ATƏT-in Minsk qrupunun həmsədrləri gələcəkdə Azərbaycanla Ermənistan arasında sülhə töhfə verəcək görüşlərdə iştirak edə bilər. Amma bu görüşlər və ya iştirak yalnız iki ölkə arasındakı münasibətlərlə bağlı ola bilər. Azərbaycan öz ərazisi olan Qarabağı hansısa formatda müzakirəyə çıxarmaq fikrində deyil”, - deyən politoloq onu da əlavə edib ki, XİN rəhbərlərinin və hökumətlərarası işçi qrupunun fəaliyyəti, təması nəticə etibarı ilə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri arasında görüş üçün də zəmin yarada bilər: “Fikrimcə, Paşinyan iradə nümayiş etdirməli və ortaya mövqe qoymalıdır. Görüşün baş tutması üçün aradakı mövzuların ətrafında konkret olaraq niyyətini irəli sürməlidir. Artıq 2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının bir ili tamam olmaq üzrədir. Və indi bəyanatda yer alan müddəaların yerinə yetirilməsi çox vacibdir. Bu müddəaların yerinə yetirilməməsi təbii ki, Azərbaycan tərəfindən xoş qarşılanmayacaq. Ermənistanın vaxtı uzatmaq cəhdi davam edəcəksə, bu, onların xeyrinə olmayacaq. Azərbaycan buna qədər atdığı addımları daha da intensivləşdirərək Ermənistanı irəli sürülən tələbləri yerinə yetirməyə vadar edəcək”.
Pərviz Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

