Bakı-Ankara-Moskvaxəttində geosiyasi fəallıq artır
22.02.2022 [10:05]
Yeni geosiyasi reallıqlar tərəflərin diqqət mərkəzindədir
NURLAN
Son zamanlar Cənubi Qafqazda geosiyasi fəallıq artır, diplomatik təmaslar güclənir. Bu prosesdə regionun lider dövləti olan Azərbaycanın müstəsna rolu, həmçinin qardaş Türkiyə və Rusiyanın aktivliyi müşahidə edilir.
Ölkəmiz regionda sabitlik və təhlükəsizliyin təmin olunması, əməkdaşlığın gücləndirilməsi ilə əlaqədar mühüm təşəbbüslərlə çıxış edir. Bakı ilə Ankaranın ortaq siyasi iradəsi əsasında atılan addımlar postmüharibə dövründə proseslərin tənzimlənməsinə dayanıqlı zəmin formalaşdırır - əlverişli şərait yaradır. Azərbaycan ilə Rusiya arasındakı intensiv təmaslar isə bu baxımdan mühüm əhəmiyyətə malikdir. Ankara-Moskva xəttində cərəyan edən proseslər də regional təhlükəsizlik və əməkdaşlığın diqqət mərkəzində olduğunu deməyə əsas verir. Bir sözlə, telefon zəngləri, səfərlər intensiv diplomatik trafikdən xəbər verir. Yeri gəlmişkən, Rəsmi Kremlin dünən yaydığı məlumatda qeyd olunur ki, Prezident İlham Əliyev və Prezident Vladimir Putin bu gün Moskvada Qarabağla bağlı razılaşmaların icrasını müzakirə edəcəklər. Prezidentlər qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında bəyannaməyə də imza atacaqlar. Tərəflər, həmçinin siyasi, ticari-iqtisadi və humanitar sahələrdə ikitərəfli münasibətlərin gələcək inkişafını müzakirə edəcəklər.
Məsələ ilə əlaqədar “Yeni Azərbaycan”a danışan Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Ramil Həsən deyib ki, Azərbaycan postmüharibə dövründə regionda təhlükəsizliyin gücləndirilməsinin tərəfdarıdır: “Prezident İlham Əliyev həm müxtəlif görüşlər zamanı, həm də ayrı-ayrı tədbirlərdə bu mövqeyi qətiyyətlə ifadə edib. Sabitlik və əməkdaşlığın təmin olunması isə konkret təşəbbüslərin irəli sürülməsindən, konstruktiv yanaşmadan və qarşılıqlı-faydalı əməkdaşlıqdan asılıdır. Ölkəmiz bu istiqamətdə vacib addımlar atır, xüsusilə də postmüharibə dövründə sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası kimi məsələləri daim diqqət mərkəzində saxlayır. Bu səpkidə qardaş Türkiyə və regionda strateji maraqları olan Rusiyanın fəallığı da diqqəti cəlb edir. Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Xüsusilə də, ölkələrimiz arasında imzalanmış Şuşa Bəyannaməsi ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı, regional təhlükəsizlik müstəvisində də böyük əhəmiyyət daşıyır. Bakı ilə Ankara ortaq maraqlar əsasında hərəkət edirlər, birgə fəaliyyət mexanizmi yaradıblar. Paralel olaraq Azərbaycan-Rusiya, Rusiya-Türkiyə cəbhəsində postmüharibə dövrünün reallıqları və regional proseslər kontekstində zəruri təmaslar var. Rusiya 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli Bəyanatın tərəflərindən biridir. Dolayısıyla, Azərbaycanla təmaslar bu baxımdan da vacibdir. Ankara-Moskva xəttində də bu məsələ daim gündəm mövzusudur və diqqət mərkəzində saxlanılır, daimi müzakirələr aparılır”.
Millət vəkili bölgədə diplomatik təmasların intensivləşməsinin müşahidə edildiyini də diqqətə çatdırıb: “Regionun geosiyasi gündəliyini müəyyənləşdirən Azərbaycan Prezidenti Rusiya və Türkiyə prezidentləri ilə bu məsələləri mütəmadi olaraq müzakirə edir. Bu yaxınlarda verilən məlumata əsasən, Rusiya prezidentinin Türkiyəyə səfəri gözlənilir.
Doğrudur, səfərin tarixi məlum olmasa da, hər halda, tərəflərin gündəmində olan aktual məsələlərdəndir. Prezident İlham Əliyevin Rusiyaya səfəri isə həm regionda postmüharibə reallıqlarının, həm hər iki ölkə arasında əməkdaşlığın, həm də üçtərəfli Bəyanatın icrasının müzakirə edilməsi baxımından olduqca əhəmiyyətlidir. Bütövlükdə, Bakı-Ankara-Moskva xəttində geosiyasi fəallıq regionda strateji maraqları olan bütün tərəflərin, o cümlədən güc mərkəzlərinin diqqətindədir”.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

