Ünvan hara olacaq - Bakı, yoxsa Ankara?
11.03.2022 [23:57]
Münaqişə tərəfləri müzakirə predmetlərini müəyyənləşdirməyə yollandı
Pərviz SADAYOĞLU
Martın 10-da Antalyada keçirilən üçtərəfli görüş Ukrayna-Rusiya qarşıdurmasında yeni bir mərhələ yarada bilər. Müharibə başlayandan sonra ilk dəfə canlı təmasda olan xarici işlər nazirləri Türkiyənin vasitəçiliyi ilə mesajlarını bir-birlərinə çatdırmaq imkanı qazandılar. Digər tərəfdən, bu görüş danışıqlar prosesinin mümkünlüyünü nümayiş etdirdi. Nəzərə alınmalıdır ki, həm Kuleba, həm də Lavrov problemin həllində danışıqlar yolunun seçilməsini ən effektiv üsul saydıqlarını bəyan etdilər. Ukraynalı nazir görüşlərin davam etdirilməsinin tərəfdarı olduğunu dedi. Onun rusiyalı həmkarı isə danışıqları əvəz edə bilcək alternativ yolun olmadığını dilə gətirdi.
Təbii ki, danışıqların tam effektivliyi üçün əsas şərt masa arxasına birinci şəxslərin - ölkə prezidentlərinin oturmasıdır. Üçtərəfli görüşdə bunun anonsu verilsə də, hər iki tərəf dolayısı ilə müəyyən şərtlər səsləndirdi. Daha doğrusu, Rusiya tərəfi “Zelenski ilə görüşə bilərik, amma...” deyərək, ön şərtlər haqqında danışdı. Bu görüşün reallaşması üçün nələr lazımdır?
Antalyada XİN başçıları... danışıqlar masası etimad masasına çevriləcəkmi?
2022-ci ilin əvvəlindən başlayaraq Rusiya ilə Ukrayna arasındakı gərginliyin pik həddə çatacağı, hətta hərbi qarşıdurmaya çevriləcəyi siyasi ekspertlər tərəfindən proqnozlaşdırılırdı. Səslənən bəyanatlarda hərbi ritoriikadan istifadənin intensiv hal alması da bunu təsdiqləyirdi. Həmin dövrdə bir sıra ölkələr tərəflərə özünün vasitəçilik rolunu təklif etmişdi. Təbii ki, hansısa dövlətin “vasitəçi” olması üçün ilkin şərtlər tərəflərin ona inanması, etimad etməsi və həmin ölkənin regionda mühüm siyasi aktor olmasıdır. Bu mənada, həm Ukrayna, həm də Rusiya Türkiyə və Azərbaycanın vasitəçilik təkliflərinə daha “isti” yanaşdıqlarını nümayiş etdirdilər. Nəzərə almaq lazımdır ki, Türkiyə ilə Azərbaycan strateji tərəfdaşlıq əlaqələrinə malikdirlər, hər iki dövlətin münaqişəyə baxışı və münasibəti də demək olar ki oxşardır - problem danışıqlar yolu ilə həll edilməlidir. Bu baxımdan, XİN rəhbərlərinin Antalyadakı görüşü münaqişə tərəflərinin bu vasitəçiliyə razılıq verməsini göstərir. Sadəcə olaraq, protokola əsasən prezidentlər danışıqlar prosesinin ən sonuncu mərhələsində masa arxasına keçəcəklər. Antalya danışıqları həm də prezidentlərin görüşünün mümkünlüyünün əlamətidir. Bu çox əsas və həssas məqamdır. İndiki halda, dövlət başçılarının üz-üzə oturmasını təşkil etmək belə böyük bir uğur sayıla bilər. XİN rəhbərlərinin görüş sonrası bəyanatları bu perspektivin reallaşacağına inamı artırır. Bir çox siyasi ekspertlər bütün bu detallara arxalanaraq Türkiyənin və Azərbaycanın bu münaqişəni hərbi müstəvidən diplomatik müstəviyə inteqrasiyasını gerçəkləşdirəcəyini düşünür.
Antalyanın davamı - son raund uzaqda deyil
“Bu, həqiqətən də ölüm-dirim mübarizəsidir. Rusiya dünya xəritəsində olacaq, ya yox? Bu müharibə hazırda gedir”, - deyən Lavrov Ukraynaya verilən silahlarla bağlı Qərbə xəbərdarlıq etməklə yanaşı, prezidentlərin müzakirə mövzusunun alt predmetlərini “sadaladı”. Bəli, məsələ yalnız Krım və ya Donetsk, Luqansk məsələsi deyil. Rusiyanın masada danışacağı sözü çoxdur. Kremlin düşüncəsinə görə, Qərbin şərqə doğru demarşı sona çatmalıdır. Ukrayna Rusiya üçün “tormozlama yoludur”. Zelenski bununla razılaşmalı və “Avropa arzularını” ertələməlidir. Lavrov bu mənada prezidentlərə qədər detalları tam şəkildə ictimaiyyətə açıqlayır. Başqa sözlə, zəmin hazırlayır. Antalya görüşünün əsas cəhəti məhz bu zəminin hazırlanmasına xidmət göstərir. Son iki gündə qərbin aparıcı ekspertləri danışıqların növbəti, bəlkə də həlledici raundunun çox da gecikdirilməyəcəyini yazır. Ünvan isə dəyişə bilər - Antalya danışıqlarının davamı ya Bakıda, ya da Ankarada reallaşa bilər. Azərbaycan Prezidentinin danışıqlar prosesində aktiv rol alma imkanlarını dəyərləndirən ekspertlər bir qənaətdədirlər - İlham Əliyev həm Zelenskinin, həm də Putinin inandığı, etimad göstərdiyi azsaylı liderlərdəndir. Bu mənada, Kiyev uğrunda gedən “döyüşlər”in taleyinin Bakıda və ya Ankarada müəyyənləşəcəyi gün uzaqda deyil...
Xəbər lenti
Hamısına baxMaraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20

