Türkiyənin Orta Asiyada növbəti mühüm addımı
31.03.2022 [16:12]
Rəqəmlər göstərir ki, Daşkənd Ankaranın Mərkəzi Asiyada aşkar favoritinə çevrilir
Taleh Ağaverdiyev
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu günlərdə Özbəkistana səfər edib. Səfər zamanı Ərdoğan və həmkarı Şavkat Mirziyoyev iki ölkə arasında münasibətlərin yeni mərhələsini - hərtərəfli strateji tərəfdaşlığı elan ediblər.
Danışıqların yekununda Mirziyoyev və Ərdoğan birgə bəyanat və 9 hökumətlərarası və idarələrarası saziş imzalayıblar. Onların arasında hərbi sahədə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, döyüş hazırlığının və hərbi təhsilin inkişafı məqsədilə genişləndirilmiş hərbi çərçivə sazişi də var. Ərdoğan həmkarına onunla hərbi-sənaye kompleksinin imkanlarını paylaşacağına söz verib. Görünür, söhbət məşhur “Bayraktar”ların alınmasından (hətta bəziləri istehsalından da danışır) gedir.
Son illər iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2,5 dəfə artaraq 2021-ci ildə 3,6 milyard dollardan çox olub, birgə müəssisələrin sayı 5 dəfə, Türkiyə sərmayələrinin Özbəkistan iqtisadiyyatına yatırılan həcmi 1,5 milyard dollara çataraq 70 dəfə artıb. Türkiyə müştərək müəssisələrin sayına görə Özbəkistanda Rusiya və Çindən sonra üçüncü yeri tutur. 2016-cı ilə qədər Özbəkistan və Türkiyə arasında qarşılıqlı əlaqənin minimum səviyyədə olduğunu nəzərə alsaq, bu rəqəmlər Daşkəndin Ankaranın Mərkəzi Asiyada aşkar favoritinə çevrildiyini deməyə əsas verir.
Daşkəndin Rusiyanın logistik marşrutlarına alternativ axtardığı bir vaxtda Özbəkistan, Türkmənistan, Azərbaycan və Gürcüstanın dəmir yollarını Türkiyənin nəqliyyat şəbəkəsi ilə birləşdirəcək Nəvai-Türkmənbaşı-Bakı-Tbilisi-Qars dəmir yolu nəqliyyat dəhlizindən istifadə məsələsi də aktiv şəkildə araşdırılır. Bu dəmir yolu Özbəkistanın Türkiyənin Mersin limanı vasitəsilə Aralıq dənizinə çıxışını təmin edəcək.
Mərkəzi Asiya bütövlükdə Türkiyənin xarici siyasətinin prioritet istiqamətlərindən biridir, onun tarixi təsir bölgəsi kimi qəbul edilir. Bundan əlavə, Orta Asiya respublikalarının beşindən dördü - türkdillidir. Əslində Tacikistan da fars etnik qrupuna mənsub olmasına baxmayaraq, mədəni baxımdan fars dünyasından daha çox türk dünyasına yaxındır. Türkiyə isə ənənəvi olaraq bütün türk xalqları, xüsusən də türk-müsəlman xalqları ilə əlaqələri inkişaf etdirməyə çalışır. Və bu gün Özbəkistan belə siyasət üçün ən optimal hədəfdir. Orta Asiyanın ən böyük ölkəsinin Türkiyənin türkdilli ölkələrin konsolidasiyasına dair layihələrini dəstəkləməsi Ankara üçün də vacibdir.
Təzyiq və siyasi (bəzən də hərbi) şantaj üsullarından istifadə edən bəzi böyük dövlətlərdən fərqli olaraq, Türkiyənin Mərkəzi Asiyada təsirinin genişlənməsi, ilk növbədə, yumşaq gücə əsaslanır: təhsil müəssisələri, biznes strukturları və beynəlxalq təşkilatlar vasitəsilə mədəni, humanitar, iqtisadi əlaqələrin inkişafına. Və bununla bağlı mühüm alətlərdən biri də Türk Dövlətləri Təşkilatıdır (TDT). Belə mühüm siyasi platformanın mövcudluğu türk ölkələrinə ətraf bölgələrdə yaranmış təlatümlü vəziyyətlə bağlı yaranan riskləri minimuma endirməyə imkan verir.
Türk dövlətlərinin əməkdaşlığı bu gün qlobal siyasət amilinə çevrilir, əməkdaşlığın üfüqlərini genişləndirmək və bütün sahələrdə - siyasi, humanitar, iqtisadi - dialoqu gücləndirmək vəzifəsi qoyulub. TDT çərçivəsində iqtisadi əməkdaşlıq böyük nəqliyyat dəhlizlərinin layihələrinə, investisiya əməkdaşlığının həyata keçirilməsi planlarına və ümumi investisiya platformasının yaradılmasına əsaslanır. Bundan başqa İKT, turizm, aqrar-sənaye sektoru kimi sahələrdə də yeni layihələrə start verilir, türk dövlətləri üçün Avropaya qapılar açılır, gömrük prosedurları sadələşdirilir. Bir sözlə, Türkiyənin bölgədə başlatdığı əməkdaşlıq qarşılıqlı fayda verəcəyinə əminlik yaradır.
Xəbər lenti
Hamısına baxDünya
21 Aprel 19:16
Dünya
21 Aprel 18:20
Analitik
21 Aprel 17:54
Maraqlı
21 Aprel 17:39
Dünya
21 Aprel 16:41
Dünya
21 Aprel 16:25
Sosial
21 Aprel 16:17
Dünya
21 Aprel 15:59
Turizm
21 Aprel 15:44
Dünya
21 Aprel 15:30
İqtisadiyyat
21 Aprel 15:13
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:12
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:11
Sosial
21 Aprel 15:10
Sosial
21 Aprel 15:09
Sosial
21 Aprel 15:06
İqtisadiyyat
21 Aprel 15:04
Hadisə
21 Aprel 14:55
Dünya
21 Aprel 14:45
Dünya
21 Aprel 14:18
Dünya
21 Aprel 13:50
Sosial
21 Aprel 13:49
Dünya
21 Aprel 13:21
Dünya
21 Aprel 12:43
Sosial
21 Aprel 12:42
Gündəm
21 Aprel 12:19
Gündəm
21 Aprel 11:52
Gündəm
21 Aprel 11:30
Siyasət
21 Aprel 11:14
Gündəm
21 Aprel 11:12
Gündəm
21 Aprel 10:59
Gündəm
21 Aprel 10:35
Gündəm
21 Aprel 10:17
İqtisadiyyat
21 Aprel 09:53
Analitik
21 Aprel 09:31
Analitik
21 Aprel 09:15
Sosial
21 Aprel 08:57
Sosial
21 Aprel 08:34
Sosial
21 Aprel 07:29
Dünya
21 Aprel 07:16
Dünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Siyasət
20 Aprel 18:28
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20

