Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Ərdoğandan növbəti xəbərdarlıq...

Ərdoğandan növbəti xəbərdarlıq...

02.04.2022 [09:00]

Erməni silahlı dəstələri tamamilə çıxarılmalıdır!

Nurlan QƏLƏNDƏRLİ

Dünyanın nəzəri təkcə Rusiya-Ukrayna müharibəsində deyil. Cənubi Qafqazda sülh, sabitlik-təhlükəsizlik və əməkdaşlıq mühitinin təmin olunması da diqqət mərkəzindədir. Xüsusilə də, Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi ilə əlaqədar məsələlər müxtəlif səviyyələrdə müzakirə olunur. Qeyd edilir ki, bunun üçün ilk növbədə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın bütün tələblərinin qeyd-şərtsiz yerinə yetirilməsi vacibdir.

Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirir, beynəlxalq hüquq normalarına uyğun faydalı təklif və səmərəli təşəbbüslərlə çıxış edir. Yəni Bakının strateji fəaliyyəti göz önündə - diqqət mərkəzindədir. Amma Ermənistan üçtərəfli Bəyanatda əksini tapmış tələbləri yerinə yetirməkdən boyun qaçırmaqla siyasi sabotajla məşğul olur. Xüsusilə də, 4-cü bənddə əksini tapmış “erməni silahlı qüvvələrinin çıxarılması” məsələsində. Azərbaycan bu istiqamətdə qəti - birmənalı mövqe sərgiləyir, Prezident İlham Əliyev görüşlər və təmaslar zamanı prinsipial yanaşma ortaya qoyur. Yeri gəlmişkən, martın 31-də İlham Əliyevin Vladimir Putinə zəngi zamanı - telefon danışığında da bu məsələlər diqqət mərkəzində olub. Söhbət əsnasında 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli üçtərəfli bəyanatların bütün müddəalarının ardıcıl surətdə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə yerli jurnalistlərə açıqlamasında Azərbaycanın üçtərəfli bəyanata tam əməl etdiyini bildirib. O, Azərbaycan Ordusunun erməni silahlı dəstə üzvlərinin növbəti təxribatına cavab verdiklərini diqqətə çatdırıb. Ərdoğan xəbərdarlıq edib: “Əsas odur ki, üçtərəfli bəyanatın bəndlərinə uyğun olaraq, erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərindən tamamilə çıxarılması təmin edilsin”.

İndi İrəvan düşünməli, təkcə düşünməklə kifayətlənməməli, konkret addımlar atmalıdır. Nəzərə almalıdır ki, bütün hallarda Azərbaycan öz ərazilərində təhlükəsizliyi tam təmin etmək, istənilən təxribat cəhdinin qarşısını almaq iqtidarındadır və bu istiqamətdə müvafiq addımlar atılır. BMT-nin 30 ilə yaxın kağız üzərində qalmış 4 qətnaməsinin icrasını təmin etdik. İndi isə 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndinin icrasını təmin etmək əzmi və qətiyyəti nümayiş etdiririk. Hər ikisinin mahiyyəti eynidir - qanunsuz silahlı birləşmələrin çıxarılması (zərərsizləşdirilərək qovulması) və suverenliyin bərpası! Azərbaycanın timsalında hüquq gücdür, güc isə hüququ təmin etmək vasitəsidir!

Regional təcrid vəziyyətində olan, müharibədə sarsıdıcı məğlubiyyətlə üzləşmiş Ermənistanın üçtərəfli bəyanatın tələblərini tam icra etməkdən başqa başqa çıxış yolu-əlavə şansı və alternativ imkanları yoxdur. Cənubi Qafqazda postmüharibə dövrü olsa da, hərbi-siyasi təxribatlar, üçtərəfli Bəyanatda əksini tapmış öhdəlikləri yerinə yetirməkdən, sülh müqaviləsini imzalamaqdan yayınmaq kimi siyasi sabotajlar  gərginliyə səbəb olur. Doğrudur, Azərbaycan müharibə olmasını istəmir, sülh və məsələlərin diplomatik yolla həllinin tərəfdarıdır. Amma Ermənistanın yanaşması adekvat olmalıdır. Hər halda, Bakı istənilən yolla hədəfinə çatacaq!

Paylaş:
Baxılıb: 896 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30