Yubiley sammitinin sürprizi...
18.05.2022 [10:24]
KTMT-nin gələcəyi parlaqdırmı?
Mayın 16-da Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaranmasının 30 illiyinə həsr olunan sammit bir sıra məqamları ilə diqqət çəkdi. “Hərbi ittifaq” kimi xarakterizə olunsa da, mövcud situasiyalarda uğurlu addımları ilə seçilməyən KTMT keçmiş postsovetin bəzi dövlətlərinin birgə hərbi sazişindən uzağa gedə bilmir. Özünün fəaliyyətində dönüş yaratmaq istəyən qurum 30 ildən sonra komplektləşmə və bu kimi qərarlar vermək məcburiyyətində qalır. Bundan sonrakı fəaliyyətin “yol xəritəsi”nə çevriləcəyi düşünülən sammit dönüş nöqtəsi rolunu oynaya biləcəkmi? 6 dövlətin bir masa arxasına toplanması hansı perspektivi vəd edir?
Rusiya “şimal müharibəsi”nə tək gedəcək
Sammitdə əsas diqqət çəkən məqamlardan biri Rusiya prezidenti Vladimir Putinin nitqi oldu. Təbii ki, nitqdə toxunulan bir sıra məqamlar gündəmin aktual mövzularına, əsasən də Ukrayna və NATO məsələlərinə həsr olunmuşdu. Rusiya lideri Ukrayna ilə bağlı məqamlara gizli qapılar arxasında aydınlıq gətirəcəyini bildirsə də, NATO ilə mümkün qarşıdurmaya həsr edilən müzakirələr açıq formatda baş tutdu. Qeyd edək ki, Putin növbəti dəfə NATO-nun genişlənmə planının yarada biləcəyi təhlükələri vurğuladı. Bu təhlükələr arasında artıq ən aktualına çevrilən İsveç və Finlandiya məsələsinin isə Rusiya gündəmindən KTMT gündəminə daşınması gözlənilsə də, bu baş vermədi. Hətta yubiley sammitinin əsas sürprizi KTMT-nin Avrasiyada “gərginliyi azaltmaq” üçün bu alyansla əməli əməkdaşlıq qurmağa hazır olması olub. Demək ki, Rusiya mövcud reallığı görür və dəyərləndirir. Bəli, Putin şimal alyansının yeni üzvlər - Finlandiya və İsveçin hesabına genişlənməsi məsələsinə toxunan zaman həmin ölkələrlə heç bir problemlərinin olmadığını önə çəkib. Bununla belə, Rusiya həmin ərazilərdə hərbi infrastrukturun genişlənməsi ilə razılaşmır: “Bu bizi cavab tədbirləri görməyə çağırır. Bu cavab tədbirləri necə olacaq, bizim üçün yaradılacaq təhdidlərdən çıxış edərək cavab verəcəyik. Problem boş yerə yaradılır. Biz buna müvafiq şəkildə reaksiya verəcəyik”.
Artıq Rusiya NATO ilə mümkün qarşıdurma zamanı mübarizəyə tək qoşulacağını dəqiqləşdirib. Düzdür, Rusiya prezidenti nitqinin bir sıra məqamlarında KTMT üzvlərindən yalnız Belarusu yaxınında gördüyünü xatırladıb və digər üzvlərinin fəal dəstəyini hiss etmədiyini açıq biruzə verib. Nəticə etibarı ilə, KTMT-nin yubiley sammiti Rusiyaya proqnozlaşdırılan “şimal döyüşləri” üçün müsbət stimul və ya dəstək vəd etməyib.
KTMT-nin cənub sərhədlərində “əzələ nümayişi”
Sammitin proqramından da bəlli olduğu kimi, müzakirə edilən məsələlər arasında Asiyada, daha konkret KTMT üzvü olan ölkələrin sərhədlərinə yaxın təhlükələrlə bağlı məsələlər də yer alıb. Bu sırada Əfqanıstan təhlükəsi daha aktualdır. Artıq bir neçə aydır ki, “Taliban”ın Orta Asiya ilə bağlı “planları” haqda informasiyalar dolaşır və bu da mümkün təhdidlərin anonsu sayıla bilər. Bəlkə də bunun nəticəsidir ki, həmin müzakirədə Mərkəzi Asiyadan olan üzvlər daha aktivlik göstərdilər. Bunun qarşısını almaq üçün isə “Taliban”a və onun “himayəçilərinə” əzələ nümayiş etdirmək qərarı verilib. Belə ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan ölkələr payızda Qazaxıstan, Tacikistan və Qırğızıstan ərazisində iri hərbi təlimlər keçirmək niyyətindədir. Bu sözləri Rusiya prezidenti Vladimir Putin KTMT sammitində deyib: “Bu ilin payızında təşkilatımız Qazaxıstan, Qırğızıstan və Tacikistanda bir sıra birgə hərbi təlimləri planlaşdırır”.
Onun sözlərinə görə, təlimlərin məqsədi təşkilata üzv ölkələrin silahlı qüvvələrinin müasir silah və texnika ilə təchiz edilməsi, hərbi kontingentin əməliyyat uyğunluğunun artırılması, hərbi strukturların və xüsusi xidmət orqanlarının birgə hərəkətlərinin əlaqələndirilməsinin təkmilləşdirilməsi olacaq. Putin əmin olduğunu bildirib ki, bu tədbirlər “dövlətlərimizin hərbi strukturlarının döyüş hazırlığının və koordinasiya səviyyəsinin və ümumilikdə KTMT-nin sülhməramlı potensialının artırılmasına xidmət edəcək. Rusiya liderinin KTMT-nin cənub “sərhədində stabillik yaratmaq istəyinin arxasında bir məqsəd dayanır - indiki məqamda diqqəti qərbdən və ya şimaldan yayındırmaq olmaz. Bununla yanaşı, cənubu unutmaq da mümkün təhlükələrin reallaşması ilə nəticələnə bilər. Terrorçu təşkilatın bu dəfə kimlərin şinelindən çıxa biləcəyini proqnozlaşdırmaq isə çətin deyil.
KTMT Ukrayna cəbhəsində Rusiyaya dəstək olmadı
O ki qaldı Ukrayna ilə bağlı məsələyə, qeyd edildiyi kimi Rusiya lideri qərb cəbhəsində baş verənlər haqqında öz müttəfiqlərinə bağlı qapılar arxasında məlumat verib. Bu “mübarizədə” KTMT üzvlərindən Belarusdan savayı kimsəni “görmədiyini” vurğulayan Putinin “narazılığının səbəbləri” bəllidir. KTMT üzvü olan bəzi dövlətlər açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıyır. Rusiyadan sonra qurumun ən böyük üzvü sayılan Qazaxıstan buna bariz misaldır. Bundan başqa, Kasım-Jomart Tokayev Türkiyəyə səfəri zaman mətbuat konfransında bildirmişdi ki, Türkiyə ilə əməkdaşlığa böyük əhəmiyyət verirlər. Qazaxıstan prezidenti rəsmi Ankaranı ölkəsi üçün vacib strateji müttəfiq adlandırmışdı. İmzalanan sazişlər arasında isə siyasi və hərbi əməkdaşlığın dərinləşdirilməsini özündə ehtiva edən sənədlər də yer alır. Bu isə Rusiyanı razı sala bilməz. Bu səbəbdəndir ki, həm Rusiya, həm də Belarus prezidentləri çıxışları zamanı yanvarda Qazaxıstanda baş verən hadisələri və KTMT-nin prosesə vacib müdaxiləsini xatırladıblar. Bu, növbəti mərhələdə Qazaxıstanın öz mövqeyini daha da dəqiqləşdirməsi üçün edilən “xatırlatmadır”. Görünür, Rusiya NATO-nun və ya Avropa Birliyinin Ukraynaya monolit formada dəstəyini KTMT-dən də gözləyirmiş. Amma gözləntilər öz bəhrəsini verməyib. Yeri gəlmişkən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas da bildirib ki, sammitdə KTMT kollektiv qüvvələrinin Ukraynada keçirilən xüsusi əməliyyatda iştirakı məsələsi müzakirə olunmayıb. Demək ki, Rusiyanın mümkün şimal müharibəsi zamanı KTMT-yə olan güvənsizliyinin ən böyük səbəblərindən biri də məhz bu fikir ayrılıqlarıdır. Rusiya prezidenti dolayısı ilə bunu öz müttəfiqlərinə çatdırmış oldu...
Paşinyanın arzuları növbəti dəfə suya düşdü
KTMT-nin hazırki sədri, Ermənistanın baş naziri Nikol Paşinyan isə fürsətdən istifadə edərək yenidən Qarabağ məsələsinə toxunmağa çalışıb. Erməni baş nazir növbəti dəfə 44 günlük müharibə dövründə KTMT-nin onlara kömək etmədiyini, hətta qurumun üzv dövlətlərinin Azərbaycana silah satdığını vurğulayıb. Paşinyanın bu uğursuz sızlamaları isə sammit iştirakçılarının məsələ ilə bağlı mövqelərinə təsir edə bilməz. Bunu onların davranışları da sübut edir. Hətta Rusiya prezidenti ilə görüşü zamanı Vladimir Putin bildirib ki, Qarabağ probleminin həllində birgə fəal işləməyə davam edirlər: “Üçtərəfli formatda, Azərbaycandan olan tərəfdaşlarımızla birlikdə. Bir çox məsələlər var. Sizin görüşmək və bütün komplekslər haqqında danışmaq imkanı əldə etdiyimə görə şadam”, deyə - Putin əlavə edib.
Maraqlıdır ki, sammitöncəsi keçirilən ikitərəfli görüşdə erməni baş nazir ATƏT-in Minsk qrupunun “mühüm rolunun” müzakirə olunacağına ümid etdiyini bildirsə də, bu məsələyə toxunulmayıb. Rusiya lideri öz nitqində və görüşdə ATƏT-in Minsk qrupunu xatırlatmayıb. Bu isə, ermənilərin növbəti dəfə sülh danışıqlarını uzatmaq üçün əl ata biləcəkləri manevrlərin qarşısını alır. Paşinyanın “unutqanlıq xəstəliyi” isə növbəti dəfə özünü ortaya qoyur. Minsk qrupunun həmsədrləri belə artıq regiona başqa statusla səfərlər etdiyi halda, Paşinyan keçmişdən qopa bilmir...
KTMT böyüyəcəkmi?
Nəticə etibarı ilə, KTMT-yə üzv 6 dövlətin apardığı müzakirələr quruma qeyri-müəyyən və mücərrəd gələcəkdən başqa heç nə vəd etmir. Baxmayaraq ki, bəzi ölkələrin rəsmiləri, məsələn Belarusun müdafiə naziri Viktor Xrenin KTMT-nin yaxın gələcəkdə böyüyəcəyi, onlarla dövlətin quruma üzv olacağı haqda proqnozlar verir, bu indiki halda inandırıcı sayıla bilməz. KTMT-nin hansı baza üzərində genişlənəcəyi də olduqca maraqlı bir sualdır. Çünki yaxın gələcəkdə baş verə biləcək siyasi-hərbi proseslərin başqa istiqamətlərə də yol aça biləcəyini istisna etmək olmaz...
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43
