Revanşistlərin “parlament şousu” baş tutmadı
04.06.2022 [10:41]
Simonyan iclası tərk edib
N.PAŞA
Artıq bir neçə aydır Ermənistanda radikal müxalifət etiraz aksiyaları keçirir. Hər dəfə yeni xəyallara qərq olan revanşistlər hansısa yeni mərhələlər elan edirlər və ya kökündən cəfəngiyat olan vədləri dəyişirlər. Amma ortada bir nəticə yoxdur... Bu ölkənin adi vətəndaşları mövcud hakimiyyəti devirməyə məcbur etmək üçün edilən bütün cəhdlərə reaksiyasız qalırlar. Revanşistlər isə buna görə onları müxtəlif vasitələrlə - yolları bağlamaqla, nəqliyyatın hərəkətini pozmaqla “cəzalandırırlar”, bununla da insanların alışdığı həyat tərzini pozurlar. Beləliklə, “Qarabağ klanı”ndan olan hazırkı müxalifətin kölgə liderləri - keçmiş prezidentlər Robert Köçəryan və Serjik Sarkisyan hakimiyyətdə olduqları illərdəki kimi, erməni xalqına ancaq itkilər, məşəqqətlər və qurbanlar gətirməkdə davam edirlər.
Köçəryanın marioneti olan Saqatelyan bir müddət əvvəl bildirmişdi ki, iyunun 3-də müxalifətdə olan “Hayastan” və “Şərəfim var” fraksiyalarının tələbi ilə Ermənistan parlamentinin növbədənkənar iclası çağırılaraq, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri ilə bağlı bəyanat qəbul ediləcək. Daşnakın səsləndirdiyi bəyanat layihəsində deyilir ki, revanşistlər Qarabağın Azərbaycanın tərkibində qalmasını nəzərdə tutan istənilən sülh müqaviləsini istisna edirlər. Bundan əlavə, revanşistlər Qarabağla Ermənistan arasında “etibarlı quru dəhlizi”nin yaradılmasını “tələb edirlər”. Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasına gəlincə, Saqatelyanın fikrincə, bu, “bütün hərbi əsirlər geri qayıtmayana qədər” mümkün deyil.
Bir sözlə, erməni revanşistləri parlamentdə “səsvermə” yolu ilə “Qarabağın taleyini” həll etməyi planlaşdırırdılar...
Nəhayət, geridə qoyduğumuz gün maraqlı dairələrin arzusuyla alışdığı “böyük gün” yetişdi. Amma sadəcə təqvim günü olaraq. Çünki həmişə olduğu ???? bu dəfə də Ermənistan siyasi uğursuzluqla üzləşməli oldu. Belə ki, elə Ermənistan mətbuatının yaydığı məlumatda bildirilir ki, parlamentin müxalifətin təşəbbüsü ilə keçirilən növbədənkənar sessiyası kvorum olmadığı üçün baş tutmayıb. Erməni mətbuatının yazdığına görə, hakim “Mülki Müqavilə” fraksiyası Ermənistan Milli Assambleyasının Azərbaycan və Türkiyə ilə əlaqələrin qurulmasına dair bəyanatının müzakirəsi olduğunu qeyd edərək iclasa gəlməyib.
Parlamentin spikeri Alen Simonyan bildirib ki, cəmi 33 deputat qeydiyyatdan keçib. Elə ona görə də kvorum təmin edilməyib.
“Ermənistan” fraksiyası açıqlama vermək istəsə də, Simonyan buna imkan verməyib və iclas zalını tərk edib. Beləliklə, erməni revan?istlərin yeni “parlament şousu” baş tutmayıb.
44 günlük Vətən müharibəsində əldə etdiyimiz parlaq qələbədən sonra bütün reallıqlar dəyişdi. Ermənistanın illərdir qurduğu məkrli planlar, dünya qarşısında axıtdığı timsah göz yaşları fayda vermədi. Ali Baş Komandanın rəhbərliyi altında möhtəşəm qalibiyyət əldə edən Azərbaycan Ordusu hər kəsi bizimlə hesablaşmağa məcbur etdi. Və ən əsası, artıq sadə erməni əhalisi də yaxşı başa düşür ki, o günlər bir də geri dönməyəcək.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

