BMT Baş Assambleya sədrinin Azərbaycan səfəri...
11.06.2022 [09:21]
Qarşılıqlı əməkdaşlıq və etimadın göstəricisidir
Nardar BAYRAMLI
BMT Baş Assambleyanın sədri Abdulla Şahid Azərbaycan xarici işlər nazirinin dəvəti ilə iyunun 12-dən 13-dək ölkəmizdə rəsmi səfərdə olacaq. BMT Baş Assambleyası sədrinin Azərbaycana səfər proqramı açıqlanıb. Belə ki, BMT-nin Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, Abdulla Şahid Prezident İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Onun Milli Məclisin sədri Sahibə Qafarova ilə də görüşü gözlənilir. Abdulla Şahid ADA Universitetində tələbə və müəllimlərlə görüş keçirəcək.
Bu səfərin əhəmiyyəti ilə bağlı qəzetimizə açıqlama verən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində fəal siyasət həyata keçirir. Onun sözlərinə görə, bu baxımdan, ölkəmizin Birləşmiş Millətlər Təşkilatında yüksək fəallığı da xüsusi vurğulanmalıdır: “Azərbaycan 30 il əvvəl üzv seçildiyi bu təşkilatda müvəffəqiyyətlə təmsil olunmaqla tarixi nailiyyətlərə imza atır. Bir zamanlar BMT sıralarında sıravi üzv olan Azərbaycan indi qurumun ən aktiv üzvlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan BMT-də uğurla təmsil olunmağa, sözügedən beynəlxalq qurumun tribunasından fəal istifadə etməyə başlayıb. Heydər Əliyev bir neçə dəfə BMT Baş Assambleyasının iclaslarında iştirak edib, bu mötəbər beynəlxalq təşkilatın tribunasından ölkəmizlə bağlı, xüsusilə Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar həqiqətləri dünya ictimaiyyətinə çatdırıb. Prezident İlham Əliyev də Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri əsasında ərazi bütövlüyünün dəstəklənməsi, işğal olunmuş bütün ərazilərdən Ermənistan qüvvələrinin tam və qeyd-şərtsiz çıxarılmasının təmin olunması istiqamətində BMT çərçivəsində fəal diplomatik iş aparılmasını xüsusi diqqət mərkəzində saxlayıb. Dövlətçilik tariximizin ən mühüm hadisələrindən biri isə, şübhəsiz ki, 2011-ci il oktyabrın 24-də Azərbaycanın BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini qurumun Təhlükəsizlik Şurasında təmsil edəcək qeyri-daimi üzv seçilməsidir. Əlbəttə, 155 dövlətin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi Azərbaycanın yüksək beynəlxalq nüfuzunun göstəricisi, Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin nəticəsi idi. 2012-ci il yanvarın 1-də isə Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başladı. Bunun ardınca həmin il may ayının 4-də Nyu-Yorkda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə BMT Təhlükəsizlik Şurasının yüksək səviyyəli iclası keçirilib. İclasda Azərbaycanın təşəbbüsü ilə “Terror aktlarının beynəlxalq sülh və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda müzakirələr aparılıb. Prezident İlham Əliyev çıxışında Ermənistanın ölkəmizə qarşı yönəlmiş terrorçu siyasətini ifşa edib və prinsipial mövqeyini bir daha dünyanın ən mötəbər qurumunun tribunasından dünya ictimaiyyətinə çatdırıb. Bundan başqa, ölkəmiz 2013-cü ilin oktyabr ayında da quruma sədrlik edib. Bütövlükdə, Azərbaycan BMT TŞ-yə sədrlik müddətini uğurla həyata keçirib. Bu dövrdə BMT TŞ-də dünyanı narahat edən bir sıra mühüm məsələlər gündəliyə daxil edilib və səmərəli müzakirələr aparılıb, müvafiq sənədlər qəbul edilib”.
Millət vəkili qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev milli maraqlara əsaslanan siaysəti ilə mühüm reallıqlar formalaşdırıb: “Məlumdur ki, Azərbaycanın 44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq torpaqlarını işğaldan azad etməsi təkcə ərazi bütövlüyünün və tarixi ədalətin bərpası deyil. Bu, eyni zamanda, dünyada yeni nümunənin - mühüm presedentin yaradılmasıdır. Söhbət Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 822, 853, 874 və 884 saylı qətnamələrinin icrasına nail olmaqdan gedir. Bu, eyni zamanda, BMT-nin korlanmış imicinin bərpası üçün yeni nümunə yaradılması və ya şərait formalaşdırılması baxımından önəmli hadisə oldu. Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi COVID 19 pandemiyası ilə qlobal mübarizə müstəvisində mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib. Bu təşəbbüslər beynəlxalq birlik tərəfindən dəstəklənib. O cümlədən, BMT-də bir neçə sənəd qəbul olunub. Hesab edirəm ki, BMT Baş Assambleyası sədrinin ölkəmizə səfəri də qarşılıqlı əməkdaşlığın və etimadın göstəricisidir. BMT rəhbərliyinin Azərbaycanın təşəbbüslərini dəstəkləməsi də bu faktı təsdiqləyir. Yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-a səfəri çərçivəsində BMT Baş Assambleyasının sədri Abdulla Şahid ilə görüşüb. Görüşdə Azərbaycanın daim çoxtərəfli diplomatiyanı dəstəklədiyi vurğulanıb və Qoşulmama Hərəkatının sədri kimi bu istiqamətdə gördüyü işlər müzakirə edilib. Abdulla Şahidin ölkəmizə gözlənilən səfəri isə qarşılıqlı əlaqələrin güclənməsinə böyük töhfələr verəcək”.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
26 İyun 23:34

Xəbər lenti
26 İyun 21:06

Gündəm
26 İyun 19:34

Xəbər lenti
26 İyun 18:30

Xəbər lenti
26 İyun 17:18

Xəbər lenti
26 İyun 15:10

Dünya
26 İyun 14:35

Gündəm
26 İyun 13:21

Xəbər lenti
26 İyun 12:40

Xəbər lenti
26 İyun 11:37

Xəbər lenti
26 İyun 11:04

Xəbər lenti
26 İyun 10:04

Gündəm
26 İyun 09:57

Gündəm
25 İyun 21:37

Dünya
25 İyun 20:47

Dünya
25 İyun 18:46

Xəbər lenti
25 İyun 18:44

Xəbər lenti
25 İyun 15:59

Siyasət
25 İyun 14:14

Siyasət
25 İyun 14:08

Xəbər lenti
25 İyun 13:40

Xəbər lenti
25 İyun 12:38

Xəbər lenti
25 İyun 12:04

Xəbər lenti
25 İyun 11:30

Mədəniyyət
25 İyun 10:35

Sosial
25 İyun 10:32

Sosial
25 İyun 10:29

Sosial
25 İyun 10:27

Xarici siyasət
25 İyun 10:25

Analitik
25 İyun 10:24

Xəbər lenti
25 İyun 10:22

Siyasət
25 İyun 10:18

İqtisadiyyat
25 İyun 10:16

MEDİA
25 İyun 10:12

Prezident bu gün
25 İyun 10:11

Xəbər lenti
25 İyun 10:10

Siyasət
25 İyun 10:01

Gündəm
25 İyun 09:58

Gündəm
25 İyun 09:52

Dünya
24 İyun 21:45

Xəbər lenti
24 İyun 21:44

Gündəm
24 İyun 19:26

Xəbər lenti
24 İyun 19:20

Xəbər lenti
24 İyun 19:14

Xəbər lenti
24 İyun 19:12

Xəbər lenti
24 İyun 19:10

Xəbər lenti
24 İyun 18:00

Xəbər lenti
24 İyun 17:48

Xəbər lenti
24 İyun 16:57

Xəbər lenti
24 İyun 16:40

Siyasət
24 İyun 16:36

Xəbər lenti
24 İyun 15:46

YAP xəbərləri
24 İyun 15:45

Xəbər lenti
24 İyun 15:11

Xəbər lenti
24 İyun 15:09

Xəbər lenti
24 İyun 14:30

Xəbər lenti
24 İyun 14:18

Xəbər lenti
24 İyun 14:04

Xəbər lenti
24 İyun 14:03

Xəbər lenti
24 İyun 13:56

Xəbər lenti
24 İyun 13:55

Xəbər lenti
24 İyun 13:48

Xəbər lenti
24 İyun 13:44

Siyasət
24 İyun 13:39

Xəbər lenti
24 İyun 13:31

Xəbər lenti
24 İyun 13:26

Xəbər lenti
24 İyun 12:46

Xəbər lenti
24 İyun 12:41

Xəbər lenti
24 İyun 12:19

Xəbər lenti
24 İyun 12:17
