Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bir gündə iki təxribat...

Bir gündə iki təxribat...

18.06.2022 [11:11]

Fərqli məkan, bir məqsəd

N.BAYRAMLI

Cənubi Qafqazda sülh və əməkdaşlıq məsələləri gündəmdə olsa da, ermənilər Azərbaycana qarşı təxribatlarını davam etdirirlər. Növbəti təxribatların biri Fransada baş verib. Belə ki, Fransanın paytaxtı Parisdə bir qrup erməni Azərbaycan səfirliyinin Mədəniyyət Mərkəzinə hücum edib. Ermənilər Parisdə “Qarabağa aparan yol” filminin nümayişinin baş tutmaması üçün təxribat törətməyə çalışıblar. Onlar Şuşa, o cümlədən Qarabağla bağlı təxribatçı şüarlar səsləndiriblər. Təxribatçılar Fransanın “Qarabağa aparan yol” filminin çəkilişini və nümayişini təşkil etmiş “Ere TV” kanalına etirazlarını bildiriblər.  Hücum zamanı Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının vitse-prezidenti Aytən Muradova xəsarət alıb. Polis hadisə yerinə gələrək təxribatın qarşısını alıb.

Digər bir təxribat isə Azərbaycanla Ermənistanın dövlət sərhədində baş verib. İyunun 17-si gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bir gün ərzində ermənilərin iki təxribatı hansı məqsədə xidmət edir? Məsələ ilə bağlı politoloq Ramiz Alıyev qəzetimizə açıqlamasında bildirib ki, belə  təxribatların törədilməsi Ermənistanın ikili oyunudur. Onun sözlərinə görə, ermənilər bu addımları ilə sülh istəmədiklərini nümayiş etdirirlər: “Ermənistan bir tərəfdən sülhün tərəfdarı olduğunu deyir, digər tərəfdən isə sülh prosesinə mane olacaq təxribatlar törədirlər. Fransada baş verən hadisə erməni diasporunun əməlidir. Yəqin ki, bu təxribat Ermənistan daxilində müəyyən qüvvələrlə razılaşdırılıb. Çünki Ermənistanda Azərbaycanla sülh sazişinin imzalanmasına qarşı çıxan qüvvələr var. Dövlət sərhədində isə hərbi təxribat Ermənistan müxalifətinin sifarişi ilə də törədilə bilər. Çünki Ermənistan silahlı qüvvələrində keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın adamları çoxdur. Demək olar ki, erməni ordusunun rəhbər heyəti daha çox Koçaryan və Sarkisyanın adamlarından ibarətdir. Bilirsiniz ki, parlament seçkiləri ərəfəsində Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi açıq şəkildə Paşinyana qarşı çıxdı və onu bir sıra generallar da dəstəklədilər. Seçkilər zamanı generalitet daha çox Koçaryanı müdafiə etdi. Amma Paşinyan öz hakimiyyətini qoruya bildi. R.Koçaryan müxalifətdə olaraq revanşist qüvvələrin rəhbəri kimi tanınır. Buna görə də hakimiyyət orduda təmizləmə əməliyyatı aparır. Biz görürük ki, müharibədən bir ildən çox vaxt keçsə də, bu ölkədə gərginlik səngimir. Sosial-iqtisadi böhranla yanaşı, Ermənistanda siyasi-hərbi böhran da davam edir. Biz işğalçı ölkəyə müharibə dövründə elə bir zərbə vurmuşuq ki, uzun illər özünə gələ bilməyəcək. Onların çıxış yolu beynəlxalq hüquq normaları çərçivəsində    Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sülh müqaviləsi imzalamaqdır. Amma  görünən odur ki, erməni tərəfi beynəlxalq hüquq normaları əsasında iki ölkə arasında sülhün əldə olunmasını istəmir. Amma bütün hallarda ermənilər özlərinə ziyan edirlər. Onların sülhə gəlməkdən başqa şansları yoxdur. Ona görə də, nə qədər tez düzgün qərar versələr, bir o qədər özləri üçün yaxşı olacaq”.

Politoloq qeyd edib ki, Azərbaycan ermənilərin təxribatlarına həm siyasi, həm də hərbi müstəvidə layiqli cavab verir: “Bu gün Azərbaycanın fəal diplomatiyası sayəsində dünya birliyi regionda yaranan yeni reallıqları qəbul edir. Eyni zamanda, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, təkliflər beynəlxalq hüquq normalarına əsaslanır. Bu isə o deməkdir ki, diplomatik müstəvidə Ermənistanın Azərbaycana qarşı heç bir ciddi arqumenti yoxdur. Hərbi müstəviyə gəlincə, Vətən müharibəsində erməni ordusunu darmadağın etdik. Bizim güclü ordumuz var və silahlı qüvvələrimiz güclənməkdə davam edir. Bu səbəbdən də, erməni tərəfi hərbi təxribatlara son qoymalıdır. Əks halda, dəmir yumruğu yenə də başlarının üzərində görəcəklər”.

Paylaş:
Baxılıb: 124 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Turizm

Sosial

Xarici siyasət

Prezident bu gün

Prezident bu gün

29 İyun 10:17

MEDİA

İqtisadiyyat

Siyasət

Azadlıqdan abadlığa...

29 İyun 09:40  

Gündəm

Dəmir yumruq yerindədir

29 İyun 09:32  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30