Mehriban qonşular və strateji tərəfdaşlar
30.06.2022 [10:07]
Azərbaycan-Gürcüstan biznes forumu iki ölkənin əməkdaşlıq imkanlarının geniş olduğunu bir daha təsdiqlədi
2022-ci ilin sonunadək iki ölkə arasında ticarət dövriyyəsi 1milyard ABŞ dollarını
keçəcək
MÜBARİZ
Xalqımızın əsrlər boyu formalaşan milli mentalitetində qonşuluq münasibətləri xüsusi yer tutur. Tarixən qonşular süfrələrimizin başında əyləşib, onlara yüksək ehtiram və hörmət bəsləmişik. Elə Azərbaycan dövlətinin xarici siyasətində də qonşu ölkələrlə əlaqələrin dərinləşdirilməsi prioritet istiqamətlərdən birini təşkil edir. Prezident İlham Əliyev dəfələrlə belə bir fikri əsaslandırıb ki, hər bir dövlət, ilk növbədə, qonşularla münasibətlərini yüksək səviyyəyə qaldırmalıdırlar və bütün qonşu ölkələr yerləşdikləri coğrafiyanın təhlükəsizliyinə, sabitliyinə öz töhfələrini verməlidirlər. Bu baxımdan Azərbaycanın nümunəsi xüsusi diqqət çəkir. Respublikamızın işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə münasibətləri strateji tərəfdaşlıq zəminində inkişaf edir. Ölkəmizin yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətləri qurduğu qonşu ölkələrdən biri də Gürcüstandır.
Siyasi dialoqun yüksək səviyyəsi
Tarixən xoş günlərdə də, çətin məqamlarda da bir yerdə olan Azərbaycanın və Gürcüstanın yerləşdiyi coğrafiya geosiyasi baxımdan həssas bölgədir. İki ölkənin səylərini əlaqələndirərək münasibətlərini strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmələrində bu amil mühüm rol oynayır. Həm Azərbaycan, həm də Gürcüstan bir-biri ilə ikitərəfli və çoxtərəfli platformalarda sıx əlaqələr quraraq regionda təhlükəsizliyin və sabitliyin qorunmasına öz töhfələrini verirlər.
Gürcüstan Azərbaycanın müstəqilliyini 1991-ci ildə tanıyıb. İki ölkə arasında diplomatik münasibətlər 18 noyabr 1992-ci il tarixində qurulub. Azərbaycanın Gürcüstandakı səfirliyi 1996-cı ilin mart ayından etibarən fəaliyyət göstərir. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğu təsis edilib və 3 dekabr 2010-cu il tarixdən Baş Konsulluq rəsmi fəaliyyətə başlayıb. Gürcüstanın Azərbaycandakı səfirliyi 1995-ci ilin fevral ayından etibarən fəaliyyət göstərir. Gəncə şəhərində Gürcüstanın Baş konsulluğu 12 dekabr 2013-cü il tarixində rəsmi fəaliyyətə start verib. Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradılıb.
İki ölkə arasında strateji tərəfdaşlığın əsası 8 mart 1996-cı il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ilə qoyulub. Eləcə də, 4 mart 2004-cü il tarixində imzalanmış “Azərbaycan Respublikası və Gürcüstan arasında Birgə Bəyannamə” ölkələrimiz arasında konstruktiv əlaqələrin inkişafı üçün mühüm önəm daşıyır.
Bu gün ölkələrimiz arasında siyasi dialoq yüksək dinamizmi ilə fərqlənir. İki ölkənin liderləri və digər yüksək səviyyəli rəsmiləri tez-tez Azərbaycanda, Gürcüstanda və beynəlxalq platformalarda görüşərək regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparırlar. Son olaraq iyunun 16-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb. Liderlər arasında söhbət zamanı regional əməkdaşlıq və ikitərəfli gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb. Həmçinin nəqliyyat, enerji məsələlərinə toxunulub, tranzit sahəsində yeni imkanların yaradıldığı qeyd edilib.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycanla Gürcüstan arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq iqtisadi sahədə əməkdaşlıq da uğurla inkişaf edir. Bu barədə dünən Bakıda işə başlayan Azərbaycan-Gürcüstan biznes forumunda ətraflı bəhs olunub. Enerji sektoru iqtisadi sahədə əməkdaşlığın prioritet istiqamətini təşkil edir. Prezident İlham Əliyevin çıxışlarının birində vurğuladığı kimi, bu əməkdaşlığın böyük tarixi var və biz birgə səylərlə çox önəmli böyük layihələri icra edə bilmişik. Ötən əsrin doxsanıncı illərinin sonlarında Bakı-Supsa neft kəmərinin tikintisi böyük hadisə idi. Bu, imkan verdi ki, Xəzər dənizi Qara dənizlə neft kəməri vasitəsilə birləşsin. Bundan sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri tikildi. Regional və qlobal əhəmiyyət daşıyan bu layihələri üç qonşu dövlət - Azərbaycan, Türkiyə və Gürcüstan birgə səylərlə reallaşdırıblar. Üç ölkənin tərəfdaşlığı ilə araya-ərsəyə gələn meqa layihələrdən biri də Cənub Qaz Dəhlizidir. Bu gün sözügedən layihələr ölkələrimizin iqtisadi inkişafında mühüm rol oynayır.
İki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın digər prioritet istiqaməti nəqliyyat sektorudur. Ölkələrimiz üzərindən Avropa ilə Asiyanı birləşdirən ən qısa və təhlükəsiz nəqliyyat marşrutu keçir. Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Azərbaycanın və Gürcüstanın tranzit imkanları əhəmiyyətli dərəcədə artıb.
Biznes forumda qeyd olunduğu kimi, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşı olmaqla, bu ölkəyə ən çox sərmayə yatıran ölkələrdən biridir. Azərbaycan şirkətləri tərəfindən indiyədək Gürcüstan iqtisadiyyatına 3,5 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Təkcə SOCAR tərəfindən Gürcüstan iqtisadiyyatına təxminən 1,5 milyard dollar həcmində investisiya yatırılıb.
Azərbaycan şirkətləri, o cümlədən SOCAR Gürcüstanın ən böyük vergi ödəyiciləridir. Həmçinin bu şirkətlər tərəfindən yatırılan sərmayələr hesabına Gürcüstanda minlərlə iş yeri yaradılıb. Statistikaya əsasən, Gürcüstanda 3000-ə yaxın Azərbaycan kapitallı şirkət qeydiyyatdan keçib və onlardan təxminən 1000-dən artığı aktivdir. Azərbaycan şirkətləri əsasən enerji, nəqliyyat və kommunikasiya, tikinti, istehsalat, mehmanxana və restoran xidmətləri, daşınmaz əmlak, maliyyə və dağ-mədənə sərmayə qoyublar. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən qeyri-neft sektorunda fəaliyyət göstərən Gürcüstan kapitallı 600-ə yaxın şirkət qeydiyyatdan keçib və onlar da uğurlu fəaliyyət göstərirlər. “Ölkələrimiz arasındakı münasibətlər dünyanın digər qonşu ölkələri üçün nümunədir. Bu gün Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsinin artması deyilənləri sübut edir”. Bu sözləri Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Sərxan İsmayılov Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışı zamanı söyləyib. Onun sözlərinə görə, 2022-ci ilin yanvar-may ayları ərzində ölkələrimiz arasındakı ticarət dövriyyəsi 390 milyon ABŞ dolları təşkil edib. COVID-19 pandemiyasının dünya üzrə yayılmasına baxmayaraq, əminliklə söyləmək olar ki, 2022-ci il ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dollarını keçəcək.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 20:17
Dünya
07 İyun 19:31
Sosial
07 İyun 18:34
Sosial
07 İyun 17:12
Siyasət
07 İyun 16:13
Dünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29

