Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Xəzərin problemləri necə araşdırılır?

Xəzərin problemləri necə araşdırılır?

08.07.2022 [10:06]

Ekspert qeyd edir ki, bu məsələ ilə əlaqədar ayrıca institut və ya tədqiqat mərkəzi fəaliyyət göstərməlidir

Nurlan QƏLƏNDƏRLİ

Azərbaycan bir sıra coğrafi üstünlüklərə malikdir. Dünyanın ən böyük su hövzəsi (gölü) olan Xəzər dənizi də Azərbaycana həm iqtisadi imkanların genişləndirilməsi, həm ikitərəfli münasibətlərin inkişafı, həm də nəqliyyat potensialından səmərəli istifadə olunması üçün mühüm imkanlar yaradır.

Xəzər dənizi hövzəsi, eyni zamanda, mühüm geosiyasi və geoiqtisadi faktordur, həm Azərbaycana, həm də sahilyanı ölkələrə regional təhlükəsizlik və əməkdaşlıqda fəal rol oynamağa imkan verir. Özəlliklə də, bölgədə və daha geniş coğrafiyada enerji təhlükəsizliyi məsələlərinin həllində Xəzərin karbohidrogen ehtiyatlarından əlverişli istifadə edilməsi olduqca əhəmiyyətlidir. 

Xəzər dənizinin problemləri hər zaman aktualdır

Xəzər dənizinin problemləri də kifayət qədərdir və sahilyanı dövlətlər üçün hər zaman aktualdır. O səbəbdən mütəxəssislər qeyd edirlər ki, Xəzər dənizinin və ətraf regionun geoloji və ekoloji problemlərinin elmi araşdırılması zəruridir. Bəs nə üçün ölkəmizdə bununla əlaqədar sistemli və fundamental elmi araşdırmalar aparan, müvafiq təklif və təşəbbüslərlə çıxış edən ayrıca mərkəz, yaxud institut yoxdur?

AMEA-nın nəzdində struktur var, amma...

AMEA-nın Coğrafiya institutunun nəzdində hələ 1953-cü ildə Xəzər dənizi şöbəsi açılıb, daha sonralar bu şöbə 2 tədqiqat gəmisi ilə təchiz olunub, onun nəzdində Xəzər Elmi-Tədqiqat Stansiyası təşkil edilib.

Hazırda Coğrafiya institutunun nəzdində Xəzər dənizinin bəzi problemlərinin tədqiqi ilə məşğul olan strukturlar var. Amma bu, daha çox nəzəri xarakter daşıyır, praktik faydası qənaətbəxş hesab oluna bilməz.

Ekspertlərin qənaətinə əsasən, ayrıca bir tədqiqat müəssisəsinin yaradılması zəruridir.

Təklif irəli sürülüb, nəticə yoxdur

Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzər dənizi sahilləri və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru, professor Əmir Əliyev də eyni fikirdədir. O qeyd edir ki, Xəzər dənizinin araşdırılması zəruri olan problemləri kifayət qədər çoxdur: “O səbəbdən bu məsələlərlə məşğul olan ayrıca tədqiqat institutunun və ya mərkəzin yaradılması lazımdır. Bununla bağlı müxtəlif təkliflər, təşəbbüslər irəli sürmüşük, çağırışlar etmişik. Amma təəssüflər olsun ki, ortada hər hansı bir nəticə yoxdur. Bu gün Xəzərin səviyyəsi aşağı düşdüyünə görə problem yenidən aktuallaşıb”.

Onlarda var, bizdə yox...

Professor söyləyib ki, Rusiya, Türkmənistan kimi Xəzəryanı dövlətlərdə bəhs olunan məsələlərin araşdırılması ilə əlaqədar fəaliyyət göstərən müvafiq elmi-tədqiqat institutları var. “Həmin strukturlar Xəzərdə donanma, neft və qaz ehtiyatlarının intensiv kəşfiyyatı və hasilatı, ekoloji problemlər, bioloji ehtiyatların qorunub saxlanılması və bu kimi digər məsələləri öyrənirlər. Belə bir mərkəzin yaradılmasına nail olmadan və digər Xəzəryanı ölkələrlə təşəbbüsləri birləşdirmədən sadaladığımız problemləri həll etmək mümkün deyil”, - deyə Əmir Əliyev əlavə edib.

5 dövlətin 1 dənizi - problemə yanaşma səthi olmamalıdır

Xalq şairi Süleyman Rüstəmin

“Səfər vaxtı dənizlərdən, ümmanlardan aşmışam,

Heç bir dəniz, heç bir ümman Xəzərimə bənzəməz” misraları bu gün də aktualdır.

5 dövlətin 1 dənizi olan Xəzər ümmandır - sərvəti bol, problemi çoxdur. Ümman boyda məsələyə, Xəzərin öyrənilməsinə, tədqiqinə yanaşma səthi və ya kiçik ola bilməz.

Paylaş:
Baxılıb: 172 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

18 Avqust 10:30

Siyasət

Bu da sübut!

18 Avqust 10:29

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31