Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycanın qətiyyəti...

Azərbaycanın qətiyyəti...

06.08.2022 [10:00]

Görünür,

Duyulur,

Qəbul edilir!

Fransadan İlham Əliyevə zəng

Pərviz SADAYOĞLU

Cənubi Qafqazın aparıcı siyasi-iqtisadi aktoru olan Azərbaycanın 2020-ci il Vətən müharibəsindəki qəti qələbəsi yeni siyasi və iqtisadi reallıqlar formalaşdırıb. Bunun nəticəsidir ki, artıq Cənubi Qafqaz dünyanın yeni iqtisadi münasibətlərinin formalaşacağı ərazi kimi xarakterizə olunur. Təsadüfi deyil ki, Azərbaycan qısa zamanda işğaldan azad edilmiş regionlarda mühüm infrastrukturların formalaşdırılması, yeni yolların çəkilməsi istiqamətində mühüm addımlar atır. Bununla belə, regionda tam təhlükəsizliyə nail olunması, sabitliyin təmin edilməsi üçün bütün tərəflər üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Başqa sözlə, 10 noyabr üçtərəfli razılaşmasının müddəalarına tam əməl etməyən Ermənistan atdığı addımlarla regional inkişafa, sabitliyə və təhlükəsizliyə təhdid yaradır. Bu isə regionda yenidən gərginliklərin ortaya çıxmasını şərtləndirir. Qarabağ münaqişəsinin bitdiyini və məğlub olduğunu həzm edə bilməyən rəsmi  İrəvan isə bu kimi qeyri-real addımları və təsəvvürləri ilə davamlı sülhə maneə yaradır. Təbii ki, baş verənlər beynəlxalq aləmdə də mühüm müzakirələrə yol açır. Azərbaycanı yaxın tərəfdaş qismində qəbul edən beynəlxalq aləm baş verənlərdən narahatlığını dilə gətirir.

Avqustun 4-də Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Telefon danışığı əsnasında Emmanuel Makron son günlərdə regionda yaranmış gərginlikdən narahatlığını ifadə edərək, Ermənistan ilə Azərbaycan arasında danışıqların davam etdirilməsinin və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarının həyata keçirilməsinin vacibliyini qeyd edib. O, Fransanın iki ölkə arasında dialoqun davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.

Bütün məsuliyyət Ermənistanın üzərindədir

30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan 2020-ci ildə imzaladığı kapitulyasiyada hərbi təxribatlara əl atmayacağını “vəd etsə də” bu gün fərqli mənzərinin şahidiyik. Belə ki, müharibənin sona yetməsindən artıq iki ilə yaxın vaxt ötməsinə baxmayaraq, hələ də Azərbaycan ərazisini tərk etməyən silahlı birləşmələr ölkəmizə qarşı silahlı təxribatlar törədir, sabitliyə təhdid yaradır. Hər zaman sülhün tərəfdarı kimi çıxış edən Azərbaycan isə regionun sabit və təhlükəsiz inkişafını hədəfləməkdədir. Təəssüf ki, Ermənistanın atdığı qeyri-adekvat addımlar həm danışıqlar prosesinə, həm də regionda yaranan yeni siyasi-iqtisadi reallıqlara kölgə salır. Azərbaycan ordusu bu təxribatları lazımi şəkildə cavablandırır. Fransa prezidenti ilə telefon danışığı zamanı Prezident İlham Əliyev Ermənistan tərəfindən növbəti hərbi təxribatın törədildiyini və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuzun həlak olduğunu vurğulayıb. Dövlətimizin başçısı Azərbaycan Silahlı Qüvvələrinin bu təxribatın qarşısını aldığını, lazımi cavab tədbirləri gördüyünü deyib və baş vermiş gərginliyə görə bütün məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.

Qanunsuz erməni hərbi birləşmələrinin ünsürləri ərazimizdən çıxarılmalıdır

Azərbaycanın mövqelərini davamlı şəkildə atəşə tutan Ermənistan silahlıları davamlı sülhün bərqərar olmasına mane olur. Azərbaycan Prezidenti Fransa dövlət başçısı ilə telefon danışığı zamanı onu da qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində mövcudluğunu davam etdirən Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni hərbi birləşmələrinin ünsürlərinin ərazimizdən çıxarılması təmin edilməlidir. Prosesin Ermənistan tərəfindən hələ də təmin edilməməsi isə öz növbəsində rəsmi İrəvan tərəfindən 2020-ci il 10 noyabr Bəyanatının müddəalarının pozulması deməkdir. Bunu Ermənistanın üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi kimi qiymətləndirmək olar.

Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib

Ən əsası isə, üçtərəfli razılaşmada üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitəni təmin edən yeni bir nəqliyyat marşrutunun inşası nəzərdə tutulur. Təəssüfləndirici haldır ki, üçtərəfli razılaşmaya əməl etməyən Ermənistan alternativ yolun tikilişi ətrafında da “ajiotaj” yaratmağa çalışır. Onlar hələ də dərk etmirlər ki, 10 noyabr razılaşmasının müvafiq bəndi ilə ermənilərin işğal etdiyi Laçın rayonu Azərbaycana qaytarılıb. Çəkilən alternativ yol da həmin bəyanatda öz əksini tapıb. Sözügedən yolun çəkilişi isə dəhlizin Laçın şəhərindən deyil, onun ətrafından keçməsini təmin edəcək. Azərbaycanın davranışları birmənalı şəkildə beynəlxalq hüquqa, üçtərəfli razılaşmalara və dövlətlərin ərazi bütövlüyünə hörmət müstəvisində müəyyənləşir. Makron ilə telefon danışığı zamanı Prezident İlham Əliyev bu məsələyə də toxunub. Ölkə başçısı bildirib ki, üçtərəfli Bəyanatın müddəalarına uyğun olaraq, Rusiya Müdafiə Nazirliyi ilə əldə olunmuş razılaşma nəticəsində Laçın dəhlizinə alternativ yeni yolun marşrutu müəyyən edilib və Azərbaycan tərəfindən bu yolun inşası başa çatdırılmaq üzrədir. Bu işlər yekunlaşan kimi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata əsasən Rusiya sülhməramlı qüvvələrinin həmin yola dislokasiya olunması nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 336 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

13-cü görüş...

02 Oktyabr 13:39

Xəbər lenti

Xəbər lenti

Neftin qiyməti artıb

02 Oktyabr 09:24

Gündəm

Humanizmin "kor gözü"…

01 Oktyabr 13:31  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xarici siyasət

Tarixdə ilk dəfə...

30 Sentyabr 11:30

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31