Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Gündəliyə salınmadı, müzakirəyə çıxarılmadı...

Gündəliyə salınmadı, müzakirəyə çıxarılmadı...

30.11.2022 [10:47]

Qərəzli qətnamə Fransa siyasi elitasında fikir ayrılıqları yaradıb

Bir müddət öncə Fransa Senatının Azərbaycana qarşı qəbul etdiyi qərəzli qətnamənin aqibəti erməni lobbisinin arzuladığı istiqamətdə inkişaf etmir. Belə ki, bu “qətnamənin” noyabrın 28-də Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəsi gözlənilsə də, bu baş vermədi. Tam əksinə, qətnamə ilə bağlı məsələ Milli Assambleyanın gündəliyinə belə salınmadı. Təbii ki, prosesin bu istiqamətdə inkişaf edəcəyi gözlənilməz olsa da, proqnozlaşdırılan idi. Çünki qərəzli qətnaməyə güclü etiraz bildirilmişdi. İlk növbədə Azərbaycan dövlətinin qəti reaksiyası, qətnamənin qərəzli və yalan olması ilə bağlı arqumentləri əsas amil kimi qeyd edilməlidir.

Qeyd edək ki, Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyanın yaxınlığında Azərbaycan əleyhinə qətnamənin müzakirəsinə cavab olaraq dinc aksiya keçirilmişdi. Aksiyanı Avropada yaşayan azərbaycanlılar təşkil etmişdilər. Aksiya iştirakçıları Azərbaycan əleyhinə olan qətnamənin ədalətsiz və qərəzli olduğunu bildirmişdilər.

Eyni zamanda, Fransa Milli Assambleyasının anti-Azərbaycan qətnaməsini səsverməyə çıxarmasına etiraz məqsədilə Avropada yaşayan soydaşlarımız tərəfindən sosial şəbəkələrdə #StopHypocrisy (Riyakarlığa son!) həştəqi ilə kampaniya keçirildi. Kampaniya Ermənistanın 30 ildir Azərbaycana qarşı yürütdüyü təcavüz siyasətinə, vandallıq, soyqırım, müharibə və hərbi cinayətlərə, kütləvi məzarlıqlar, terror və mina məsələlərinə, ekologiyaya ziyan vurulması, meşələrin yandırılması və nadir ağacların kəsilməsinə dünya ictimaiyyətinin diqqətini cəlb etmək məqsədi daşıyırdı.

Bununla yanaşı, Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyasının (ADA) prezidenti Jerom Lamber Fransa Milli Assambleyasının 577 üzvünə müraciət etdi. Müraciətdə 28 noyabr 2022-ci il tarixində Fransa Milli Assambleyasında Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamənin müzakirəyə çıxarılmasına etiraz edildi. J.Lamber öz mövqeyini məlum qətnaməni hazırlayanların Ermənistanla Azərbaycan arasında mövcud vəziyyətdən tamamilə xəbərsiz olmaları və beynəlxalq hüquq normaları ilə əsaslandırmışdı. J.Lamber parlament üzvlərini reallığı və mövcud vəziyyəti əks etdirməyən retrograd qətnamənin əleyhinə səs verməyə çağırış etmişdi: “Fransa sülh üçün çalışmalı, onun parlament nümayəndələri icmalar arasında problem yaratmamalıdır”.

Bəzi siyasi analitiklər isə, qətnamənin müzakirəyə çıxarılmamasının səbəblərini gözlənilən Bayden - Makron görüşü ilə əlaqələndirirlər. Belə ki, görüşdə regional enerji mənbələri, təhlükəsizlik və digər bu kimi məsələlərin müzakirə obyekti olması gözlənilir. Bu mənada, Cənubi Qafqaz məsələsi də görüşün müzakirə predmeti ola bilər. Bu baxımdan, siyasi analitiklər Fransanın gözləmə mövqeyində olduğunu diqqətə çatdırırlar.

Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, qətnamənin müzakirəyə çıxarılmama səbəbləri fərqli ola bilər. Onun fikrincə, burada əsas məqam proseslə bağlı son hadisələrdir: “Bu qətnamənin Fransa siyasi elitasında müəyyən fikir ayrılıqları yaratdığı aydın şəkildə görünməkdədir. Azərbaycanın qəti etirazı, o cümlədən məsələyə verilən reaksiyalar bunu deməyə əsas verir. Artıq Fransanın bəzi parlament üzvləri erməni lobbisinin əlində kor-koranə vasitəyə çevrilmək, istifadə edilmək niyyətində deyillər. Fikrimcə, qətnamənin səsverməyə çıxarılmasının təxirə düşməsi bununla bağlıdır. Hətta bildirilir ki, bu məsələ ümumiyyətlə gündəliyə salınmayıb. Amma yenə də arxayın olmamalıyıq. Çox güman ki, qətnamə ilə bağlı məsələnin ikinci plana keçməsindən narazı qalan və narahatlıq keçirən erməni lobbisi növbəti mərhələdə daha da aktivləşəcək. Onlar çalışacaqlar ki, qətnamə məsələsini yenidən gündəliyə salsınlar. Təbii ki, bu qətnamənin səsverməyə çıxarılmaması heç də Fransanın Azərbaycana qarşı münasibətini dəyişdiyini deməyə də əsas vermir. Bütün hallarda Fransanın siyasi düşüncəsi anti-Azərbaycan mövqeyində qalır. Bu düşüncəni kökündən dəyişməsi ilə bağlı əlamətlər yoxdur”.

Politoloq nəzərdə tutulan Bayden-Makron görüşünün bu məsələyə təsirini o qədər də inandırıcı saymayıb. Onun sözlərinə görə, bu danışıqlarda Azərbaycanla bağlı mövzunun müzakirəsi real görünmür. “Hazırkı gündəm antiinfilyasiya planıdır. Bu plan Avropa şirkətlərinə, o cümlədən, Fransa şirkətlərinə böyük təhdidlər yaradır. Digər tərəfdən, Fransa - ABŞ münasibətləri son dövrlər elə də isti deyil. Arada ziddiyyətli fikirlər səsləndirilir. Amma danışıqlar prosesində postsovet məkanında gedən proseslərə nəzər salınsa, Cənubi Qafqazda gedən proseslərə də toxunulacağını gözləmək olar”, - deyə İ.Vəlizadə əlavə edib.

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 164 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Daha 39 casus

01 Fevral 12:06  

Xarici siyasət

Analitik

Sosial

Xəbər lenti

Siyasət

Dördüncü səfər...

01 Fevral 10:18  

Xəbər lenti

Tariflər yeniləndi

31 Yanvar 16:53

Xəbər lenti