Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 119 min erməni haradadır?

119 min erməni haradadır?

24.12.2022 [10:15]

Laçın yolundakı aksiyanın üzə çıxardığı həqiqətlər...

Xankəndidəki “mitinq” niyə çoxminli ola bilmədi?

Dekabrın 12-dən etibarən Şuşa-Laçın yolunda keçirilən dinc etiraz aksiyası Ermənistanı və Qarabağdakı separatçı rejimi narahat etməklə yanaşı, onların işini əmməli-başlı çətinə salıb.

Belə ki, Ermənistan tərəfinin azərbaycanlı ekoloqların, qeyri-hökumət təşkilatları nümayəndələrinin və fəalların Laçın-Xankəndi yolunda keçirdikləri aksiyadan nə üçün bu qədər narahatlıq və təlaş keçirdikləri əbəs deyilmiş. Görünən odur və bir daha sübut olundu ki, Ermənistan yuxarıda adını çəkdiyimiz yoldan heç də həmişə humanitar məqsədlər üçün istifadə etmirmiş. Bu yol həm də separatçı rejimin “gözdən pərdə asmaq” və ya öz çirkin niyyətlərini həyata keçirmələri üçün vasitə imiş.

Məlum olduğu kimi, deka­brın 22-də Xankəndinin mərkəzində bir qrup erməni “aksiya” keçirməyə cəhd göstərib. Lakin bu “aksiya”da təşkilatçıların gözlədiklərinin tam əksinə olaraq, 1000-ə yaxın insan iştirak edib. Bu fakt bir daha Xankəndi və ətrafında yaşayan ermənilərin sayı, eyni zamanda, guya orada “humanitar fəlakət”in yaşanması ilə bağlı irəli sürülən iddiaları tam şəkildə ifşa edir. Erməni rəsmiləri iddia edirlər ki, guya Xankəndidə 120 min erməni yaşayır. Əgər bu fakt doğrudursa, niyə həmin mitinqdə cəmisi 1000 adam iştirak edib? Yenə də onların idda etdikləri kimi əvvəlki mitinqlərdə 40-45 min şəxs iştirak etmiş olsaydı, məntiqlə budəfəki mitinqə “maraq” daha böyük olmalı idi.

Xatırladaq ki, iki gün öncə tanınmış erməni polit?loqu Armen Baqdasaryan da demişdi ki, Qarabağda 120 min erməninin yaşadığı haqqında statistika uydurmadır: “Hanı 120 min dediyiniz əhali? Bəsdir yalan danışdınız, orada heç min nəfər qalmayıb. Hamı qaçıb canını qurtarıb. Kimi İrəvana, kimi də erməni diasporu çox olan ölkələrə. “dqr”də yaşayanlar guya blokadadadırlar. Bəs niyə narazılıqlarını bildirmirlər? Çünki orada olan 100-dən bir az çox insan çölə çıxsa, bütün yalanlar ifşa olacaq, hazırda müxtəlif beynəlxalq platformalarda erməni diaspor nümayəndələrinin “Bakı 120 min erməniyə qarşı humanitar təzyiq göstərir” qışqırıqları puça çıxacaq”.

Fakt ortadadır. Ermənistan hakimiyyəti bu dəfə Xankəndidə keçirilən aksiyaya lazımi qədər “mtinqçi” daşıya bilməyib. Yaranan “acınacaqlı” mənzərə bunun nəticəsidir. Demək ki, Laçın yolundan həm də “mitinqçi” daşımaq mümkün olmadıqda Xankəndidə “irimiqyaslı aksiya” keçirmək də mümkün deyil.

Bu fakt bir daha onu təsdiqləyir ki, Xankəndi və ətrafında yaşayan ermənilərin sayı heç də iddia olunduğu qədər deyil və orada heç bir “humanitar fəlakət” yaşanmır. Əgər hər hansı bir “humanitar fəlakət”dən söhbət getsəydi, həmin aksiyaya orada yaşayan ermənilər toplaşardı. Xankəndi və onun ətrafında yaşayan ermənilərin sayının qəsdən şişirdilməsinin məqsədi də bəllidir. Əslində, bir çox erməni ailələr Qarabağda yaşamaq istəmirlər və onlar Ermənistana qayıdıblar. Sadəcə olaraq, Qarabağda qeydiyyatda olduqlarına görə Ermənistan hökumətindən dotasiya alan ermənilər məhz bunun üçün oranı tərk edərkən qeydiyyatdan çıxmırlar. Bu ilin sentyabrında Xankəndidəki separatçı-terrorçuların rəhbəri Araik Arutyunyan rəsmi açıqlama verərək özü etiraf edib ki, hazırda Qarabağda ümumilikdə 35 minə yaxın erməni yaşayır. Amma görünən odur ki, Arutyunyanın da məlumatı rəsmi rəqəmlərə istinadla söylənilib. Reallıq isə tamam fərqlidir - orada yaşayan erməni əhalinin sayı səsləndirilən rəqəmlərdən qat-qat azdır.

Bir daha vurğulanmalıdır ki, ermənilərin bu yalanlarının ifşa edilməsində Şuşa-Laçın yolunda keçirilən aksiya böyük rol oynayıb. Demək ki, aksiya başlayan gündən ermənilərin və xaricdəki havadarlarının etiraz aksiyası ilə bağlı aparmağa çalışdıqları müxtəlif siyasi manipulyasiyaların əsasında da bu fakt dayanır. Həmin şəxslər iddia edirdilər ki, guya etirazçılar yolu bağlayıblar. Amma yenə də xatırlatmalıyıq ki, birincisi, yolu azərbaycanlı fəallar deyil, ölkəmizin ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları bağlayıblar. Digər tərəfdən, yol heç də erməni tərəfinin iddia etdiyi kimi tam bağlı deyil, humanitar məqsədlər üçün istifadə olunan təchizat, təminat, eləcə də təcili tibbi yardım avtomobilləri, həmçinin sadə vətəndaşlar bu yolla tam sərbəst və maneəsiz hərəkət edirlər.

Əslində, Azərbaycan vətəndaşı olan ermənilər etirazı həmin ərazidə baş verən qanunsuzluqlara qarşı etməlidirlər - Azərbaycan ərazilərində, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden faydalı qazıntı yataqlarının qanunsuz istismarının yaratdığı ciddi ekoloji fəsadlara, qanunsuz silahlı erməni dəstələrinin Azərbaycan ərazilərindən hələ də tam çıxarılmamasına etiraz etməlidirlər. Çünki həmin sadə erməni vətəndaşlarının gələcək taleyi Azərbaycanla bağlıdır. Onlar Azərbaycan vətəndaşlarıdır və gec-tez ölkəmizin qanunları çərçivəsində yaşayacaqlar. Bu baxımdan, qondarma qurumun və Ermənistan hakimiyyətinin yerli ermənilərin gələcəkdə Azərbaycan cəmiyyətinə inteqrasiyasının, onların azərbaycanlılarla birlikdə yaşamalarının qarşısını almaq üçün göstərdikləri “səylər” əbəsdir və bunun heç bir nəticəsi olmayacaq. Ona görə Ermənistan hakimiyyəti və onun xaricdəki havadarları bunu nə qədər tez başa düşsə, bu, onlar üçün bir o qədər yaxşı olar.

2020-ci ildə Vətən müharibəsində Zəfər qazanan Azərbaycan bölgədə yeni reallıq yaradıb. Bu gün ölkəmiz azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparır, eyni zamanda, minaların təmizlənməsi istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir. Azərbaycan bütün bu işləri xaricdən heç bir yardım almadan öz gücü və vəsaiti hesabına görür. Ona görə də Ermənistan da, “düşmən dəyirmanına su tökən” qüvvələr də anlamalıdırlar ki, bölgədə söz sahibi Azərbaycandır və ölkəmizin icazəsi olmadan regionda heç bir proses baş verə bilməz.

SADİQ

Paylaş:
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28