Siyasi oyunların faciəsi...
20.01.2023 [10:17]
SSRİ-ni qorumaq istəyənlər xalqın azadlıq arzusuna məğlub oldular
1990-cı ilin 20 Yanvar faciəsindən - müasir Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsinin yazıldığı gündən 33 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın azadlıq və istiqlal mübarizəsini “beşikdə” boğmaq məqsədilə sovet imperiyası fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərinə böyük hərbi qüvvə yeritdi, günahsız insanlar qanına qəltan olundu, misli görünməmiş vəhşiliklər törədildi. Bu qırğın siyasi maraqlar naminə Azərbaycan xalqına qarşı törədilmiş cinayət kimi tarixə düşdü.
Xalq həmin dövrdə qəti şəkildə milli maraqlara zidd addımlar atan Azərbaycanın ozamankı rəhbərlərinin istefası tələbini irəli sürür, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxırdı. Bunları əlində əsas götürən Kreml Qanlı Yanvar qırğınını törətdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi. Dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi şəkildə qətlə yetirildi. Ən ağır hadisələr isə Azərbaycan paytaxtında baş verdi. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsinin ardından xalqa qarşı xüsusi qəddarlıq nümayiş olundu. Tətbiq edilmiş fövqəladə vəziyyət haqqında isə əhali xəbərdar edilməmişdi. Nəticədə Bakıda və respublikanın rayonlarında 131 nəfər qətlə yetirildi, 744 nəfər yaralandı, 841 nəfər isə həbs olundu.
1980-ci illərin sonu, 90-cı illərin əvvəli SSRİ-də mühüm siyasi proseslər gedirdi və həmin dövrdə İttifaqın dağılması qaçılmaz faktora çevrilmişdi. SSRİ-ni dağıdan ən fəal ocaqlardan biri isə Azərbaycandakı xalq hərəkatı idi. O dövrdə Azərbaycan xalqı öz azadlığı uğrunda mübarizəyə qalxmışdı və bunun nəticəsi kimi 1989-cu ildə xalqımız “İlin xalqı” elan edilmişdi. Həmin dövrdə Azərbaycanda proseslər həddən artıq aktiv yön almışdı. Azərbaycanla müqayisədə İttifaqın digər ölkələrində, hətta Baltikyani ölkələrdə belə bu cür dinamika müşahidə olunmurdu. İmperiya rəhbərləri isə fikirləşdilər ki, bu yolla xalqın gözünü qorxuda, öz yolundan çəkindirə bilərlər. Onlar öz siyasi maraqlarından çıxış edərək düşünürdülər ki, məhz qırğın törətməklə nəyəsə nail olmaq mümkündür. Atılan addımlar isə bu prosesin qarşısını ala bilmədi.
Beləliklə, Azərbaycanın ovaxtkı hakimiyyəti imperiya qoşunlarını ölkəyə dəvət etdi. Bu yolla onlar SSRİ-nin dağılmasının qarşısını almaq istəsələr də, bu, mümkün deyildi. Proses əksinə işlədi - 20 Yanvar faciəsi prosesi daha da sürətləndirdi. 20 Yanvar və buna bənzər faciələr bir daha göstərdi ki, ittifaq üzvü olan heç bir xalqın təhlükəsizliyinə təminat yoxdur. 20 Yanvar Azərbaycanın müstəqilliyinin, suverenliyinin zərurətini ortaya qoydu.
20 Yanvar tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu.. Əliyalın soyuq güllələrin qarşısına sipər olan vətən övladları böyük bir imperiyaya hər şeyin güclə həll edilmədiyini əyani şəkildə sübut etdi. Xalqımız həmin gün bir millət olaraq varlığını dünyaya nümayiş etdirdi. Azərbaycan xalqının iradəsi qırılmadı və millətimiz öz azadlığı uğrunda sona qədər mübarizə apardı.
20 Yanvar bir faciə olmaqla yanaşı, Azərbaycan xalqının müstəqilliyə gedən yolunun başlanğıcıdır. Böyük ehtimalla bu qətliam o dövrdə Kremlin və ya DTK-nın otaqlarında hazırlanan bir ssenari idi. Hər halda bu cinayətin əsas günahkarı olan Mixail Qorbaçovun və ətrafının əsas məqsədi Azərbaycan xalqının gözünü qırmaq, sındırmaq idi. Bu faciə, eyni zamanda, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ məsələsində ermənilərin tərəfini tutmasının bir daha əyani sübutu idi. Amma 20 Yanvar bir daha sübut etdi ki, xalqın azadlıq ruhunu sındırmaq, iradəsini zorla tabe etmək olmaz. Baxmayaraq ki, hətta 20 Yanvardan sonra ölkə bir ilə yaxın fövqəladə vəziyyət rejimində yaşadı, amma Azərbaycan xalqı Moskvanın təkidləri ilə barışmadı, imperiyanın siyasi oyunlarını pozdu.
Bəli, tarix nümunədir və ondan dərs götürmək lazımdır. 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan xalqını tarixində ən böyük uğurlardan birinə - Zəfərə, qələbəyə qovuşdurdu. Bu qələbə isə həm də 1990-cı ilin soyuq 20 yanvarında sinəsini düşmən gülləsinə sipər edən oğullarımızın, qızlarımızın qələbəsi idi.
P.Sadayoğlu
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 15:40
Dünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45

