Paşinyanın son təxribatı...
28.05.2023 [22:09]
Moskva görüşündə rəzalət yaşayan erməni baş nazirin uğursuz "diversiya əməliyyatı"
Mayın 14-də Brüssel görüşündə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını rəsmən bəyan edən, ardından isə Qarabağın Azərbaycan torpağı olduğunu etiraf edən Ermənistanın baş naziri Nikol Paşinyan özünü Moskvada "reabilitasiya" etmək istədi. Amma erməni baş nazir bu cəhdi ilə də gülüş obyektinə çevrildi – sadə siyasi-iqtisadi terminalogiyanı belə düzgün qavramayan Paşinyanın arqumentsiz, əsassız, kor-koranə "replikaları" Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə baş tutan iclasının iştirakçıları tərəfindən ironiya ilə qarşılandı. Hətta Rusiya Prezidenti Putinin Paşinyana verdiyi "düzəlişlər" də işə yaramadı – erməni baş nazir danışdıqca özünü "batırdı" – batdıqca daha dərinliyə qərq oldu. Beləliklə, Moskva görüşü bütövlükdə Paşinyan üçün fiasko sayılmalıdır. Aİİ sammitində prezident İlham Əliyevlə şifahi "söz savaşına" başlamağa cəhd edən, amma nəticədə həm Azərbaycanda, həm də Ermənistan və Rusiyada özünü gülüş obyektinə çevirən Nikol Paşinyan növbəti biabırçılığının zirvəsini yaşadı.
Paşinyan çıxılmaz vəziyyətdədir – sülh qaçılmazdır
Erməni baş nazir üçün yol bitir – artıq sülh sazişinin imzalanmasını min bir bəhanə ilə uzatmaq mümkün deyil. Çünki regionda Azərbaycanın müəllifliyi ilə formalaşan geosiyasi reallıqlar bütün dünya gücləri, aparıcı beynəlxalq təşkilatlar tərəfindən təqdir olunur. Bu reallıqlar həm də gələcək iqtisadi əməkdaşlıq üçün mühüm perspektiv yaradır. Bu baxımdan, Azərbaycanın diqtə etdiyi müddəalar bütövlükdə sülh prosesinin ana xəttini təşkil edir. Azərbaycanın ərazi bütövlüyünü tanıdığını elan edən Ermənistanın isə geriyə yolu yoxdur – artıq nəticəyə hesablanan addımlar davamlı xarakter almalıdır. Həm Rusiyanın, həm ABŞ-ın, həm də Avropa İttifaqının gözləntiləri budur.
Ermənistanın aylardır min bir manipulyasiya ilə prosesi fəqli məcralara yönəltmək həvəsi isə ürəyində qalıb. Baş nazir Paşinyanın Qarabağı Azərbaycan torpağı kimi tanıması, Azərbaycanın sülh üçün irəli sürdüyü 5 şərtin əsas müddəası sayılan ərazi bütövlüyü məsələsini etiraf etməsi Paşinyanın daxili auditoriyadakı vəziyyətini də gərginləşdirib. Azərbaycan Prezidentinin Ermənistanın Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıması ilə bağlı sözlərinə etiraz etmədiyi üçün Paşinyan müxalifət tərəfindən də sərt tənqidə məruz qalır.
Paşinyanın sonuncu "yolu" - diversant qrupu zərərsizləşdirildi
Bu cür çətin vəziyyətdən çıxış yolu tapmaq üçün isə Paşinyan hər yola əl atır. Görünür son "diversant" təxribatı da bunun təzahürüdür. Xatırladaq ki, mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Nəticədə Ermənistanın 2 hərbi qulluqçusu saxlanılıb. Azərbaycanda saxlanılan iki erməni diversanta - Harut Hovakimyan və Karen Qazaryana cinayət işi açılıb, onlar istintaqa cəlb edilib. Diversantların qoyub qaçdıqları avtomobilin fotoları paylaşılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti məsələ ilə bağlı birgə məlumat yayıb. Məlumatda deyilir ki, faktla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsində araşdırma başlanılıb. Məlum olub ki, Ermənistan Respublikasının hərbi qulluqçuları – Hovakimyan Harut Yuriki, Qazaryan Karen Aşoti və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşib 26 may 2023-cü il tarixdə saat 16 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qanunsuz əldə edib özləri ilə daşıdıqları odlu silah və döyüş sursatları ilə birlikdə qanunsuz olaraq nəzarət-buraxılış məntəqələrindən və gömrük sərhədindən gömrük nəzarətindən kənar keçiblər. Onların Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyü ziddinə qərar qəbul edilməsinə təsir göstərmək və milli düşmənçilik salmaq məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması üçün Zəngilan rayonu Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin hərbi qulluqçularına odlu silahla atəşlər açmaqla onlara qarşı zor tətbiq edib terror aktı törədəcəkləri ilə hədələmələrinə əsaslı şübhələr müəyyən edilib.
Cinayət işi açılıb...
Məsələ ilə bağlı Azərbaycan Respublikasının Baş Prokuroru tərəfindən Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib. Toplanmış sübutlar əsasında Harut Hovakimyan və Karen Qazaryan şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Ermənistan terror axtarışındadır
Göründüyü kimi, düşdüyü rəzil durumdan qurtulmaq, gülüş və lağ obyekti olmaqdan xilas olmaq, nəhayət daxili auditoriyanı ələ almaq üçün Ermənistanın baş naziri belə bir yol seçib - "uğurlu lokal qələbə" ilə nəticələnəcək hərbi təxribata əl atmaq qərarına gəlib. Bununla o, həm daxili siyasi mövqelərini gücləndirəcəyinə, həm də Kişineu görüşündən əvvəl danışıqlar fonunu pozacağına ümid edirdi. Hər kəsə bəllidir ki sülh danışıqlarını uzatmaq Ermənistanın məlum taktikasıdır –Paşinyan düşünürdü ki, diversant qrupunun əldə edəcəyi nəticə, törədəcəyi təxribat onları "bir addım qabağa" atacaq. Amma onun bu planı da baş tutmadı – oxu daşa dəydi. Ermənistanın diversant qrupu Azərbaycan hərbçilərini öldürməyi planlaşdırsa da, Dövlət Sərhəd Xidmətinin hərbçiləri tərəfindən vaxtında aşkar edilib zərəsizləşdirildi. Bu, həm də Ermənistanın məkrli və çirkin niyyətlərdən əl çəkmədiyinin göstəricisidir. Diversiyanın baş tutacağı ehtimalında bu terrorçuların Azərbaycan ərazisinin dərinliyində də təxribat törədib dinc vətəndaşları hədəf götürə biləcəyi istisna edilmirdi. Bu isə onu göstərir ki, Ermənistan dildə sülh desə də, əməldə hələ də təxribat və terror axtarışındadır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
25 Sentyabr 23:45

Xəbər lenti
25 Sentyabr 19:57

Xəbər lenti
25 Sentyabr 19:28

Xəbər lenti
25 Sentyabr 18:55

Xəbər lenti
25 Sentyabr 18:53

Xəbər lenti
25 Sentyabr 18:44

Siyasət
25 Sentyabr 18:03

Xəbər lenti
25 Sentyabr 17:53

Xəbər lenti
25 Sentyabr 17:20

Xəbər lenti
25 Sentyabr 17:17

Xəbər lenti
25 Sentyabr 17:09

Siyasət
25 Sentyabr 17:07

Xəbər lenti
25 Sentyabr 17:06

Siyasət
25 Sentyabr 17:05

Xəbər lenti
25 Sentyabr 17:04

Gündəm
25 Sentyabr 17:01

Xəbər lenti
25 Sentyabr 16:41

Xəbər lenti
25 Sentyabr 16:35

Gündəm
25 Sentyabr 16:33

Xəbər lenti
25 Sentyabr 16:17

Xəbər lenti
25 Sentyabr 15:26

Siyasət
25 Sentyabr 15:15

Xəbər lenti
25 Sentyabr 15:13

Xəbər lenti
25 Sentyabr 15:07

Xəbər lenti
25 Sentyabr 14:48

Xəbər lenti
25 Sentyabr 14:40

Xəbər lenti
25 Sentyabr 14:28

Xəbər lenti
25 Sentyabr 14:06

Xəbər lenti
25 Sentyabr 13:36

Mədəniyyət
25 Sentyabr 13:18

Xəbər lenti
25 Sentyabr 13:17

Xəbər lenti
25 Sentyabr 12:55

Xəbər lenti
25 Sentyabr 12:45

Xəbər lenti
25 Sentyabr 12:41

Xəbər lenti
25 Sentyabr 12:37

Xəbər lenti
25 Sentyabr 12:35

Xəbər lenti
25 Sentyabr 12:23

Xəbər lenti
25 Sentyabr 11:56

Xəbər lenti
25 Sentyabr 11:36

Sosial
25 Sentyabr 11:34

Xəbər lenti
25 Sentyabr 11:24

Xəbər lenti
25 Sentyabr 11:13

Xəbər lenti
25 Sentyabr 11:10

Xəbər lenti
25 Sentyabr 11:09

Xəbər lenti
25 Sentyabr 10:55

Dünya
25 Sentyabr 10:43

Xəbər lenti
25 Sentyabr 10:40

Xəbər lenti
25 Sentyabr 10:31

Xəbər lenti
25 Sentyabr 10:26

Siyasət
25 Sentyabr 10:01

İqtisadiyyat
25 Sentyabr 09:40

Dünya
25 Sentyabr 09:38

Xəbər lenti
24 Sentyabr 21:21

Xəbər lenti
24 Sentyabr 19:14

Xəbər lenti
24 Sentyabr 16:59

Xəbər lenti
24 Sentyabr 16:11

Xəbər lenti
24 Sentyabr 15:14

Xəbər lenti
24 Sentyabr 14:58

Xəbər lenti
24 Sentyabr 14:47

Xəbər lenti
24 Sentyabr 14:26

Xəbər lenti
24 Sentyabr 14:06

Xəbər lenti
24 Sentyabr 13:39

Xəbər lenti
24 Sentyabr 12:44

Xəbər lenti
24 Sentyabr 12:20

Xəbər lenti
24 Sentyabr 11:53

İdman
24 Sentyabr 11:40

Xəbər lenti
24 Sentyabr 10:16

Xəbər lenti
24 Sentyabr 10:14

Xəbər lenti
24 Sentyabr 10:02

Xəbər lenti
23 Sentyabr 22:28
