/ / Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Eurovision" mahnı müsabiqəsinin tarixini əks etdirən sərgi ilə tanış olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "Eurovision" mahnı müsabiqəsinin tarixini əks etdirən sərgi ilə tanış olub
08.03.2012 [23:43]
Bakı Biznes Mərkəzinə gələn Azərbaycanın birinci xanımına gül dəstəsi təqdim olunub.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva əvvəlcə mərkəzin həyətində yeni gətirilən avtobusla tanış olub.
Azərbaycanın birinci xanımına məlumat verilib ki, 49 yerlik bu avtobuslar Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsi zamanı Azərbaycana gələn nümayəndə heyətlərinə xidmət göstərəcək. Hər nümayəndə heyətinə bir avtobus ayrılıb.
Bildirilib ki, fiziki imkanları məhdud insanlara xidmət edəcək yeni “Şatl bus” adlı nəqliyyat vasitələrinin də Azərbaycana gətirilməsi nəzərdə tutulub.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərkəzdəki şərait və “Eurovision” mahnı müsabiqəsi ilə əlaqədar yaradılan işçi qrupunun fəaliyyəti ilə tanış olub.
Birinci mərtəbədəki stendlərə baxış zamanı Heydər Əliyev Fondunun prezidentinə məlumat verilib ki, mərkəzdə 100-dən artıq mütəxəssisin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən guşələrə baxan Mehriban xanım Əliyeva milli musiqi alətlərimizin də yer aldığı stend ilə tanış olub. Burada milli musiqi alətlərimizin tarixi barədə ətraflı məlumatlar yer alıb.
Sonra Azərbaycanın birinci xanımı elektron tablo vasitəsilə həyata keçirilən əməliyyatlara baxıb. Bu tablolarda elektron biletlərin satışı prosesi göstərilir.
Bakı Biznes Mərkəzində “Eurovision-2012” mahnı müsabiqəsi zamanı yerli və xarici jurnalistlərin fəaliyyət göstərəcəyi konfrans zalı da var. Zalda müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb. Media nümayəndələrinin rahat işləməsi üçün sürətli Wi-Fi şəbəkəsi də qurulub.
Mehriban xanım Əliyeva “Eurovision” mahnı müsabiqəsinin tarixini - başlandığı 1956-cı ildən 2011-ci ilədək dövrü əks etdirən stendə də baxıb. Heydər Əliyev Fondunun prezidentinə müsabiqənin müxtəlif illərində qalib olan ölkələrin nümayəndələri haqqında məlumat verilib. Stenddə ötən il Azərbaycana qələbə qazandırmış Eldar Qasımov və Nigar Camalın fotoları da yer alıb.
İkinci mərtəbə ilə də tanış olan Azərbaycanın birinci xanımı konfrans zallarına baxdı, müsabiqənin keçirilməsi ilə bağlı təşkilati məsələlərə dair sənədlər ilə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

